Bu məşhurlar niyə alt paltarı geyinmirlər?

"Geordie Shore" realiti-şousunun ulduzu, aktrisa və model Marni Simpson NTAS mərasiminə alt paltarsız, krujevalı geyimdə yollanmışdı.

Amerikalı supermodel Kendall Cenner ötən həftə Los-Ancelesdə mərasimlərdən birinə alt paltarsız qatılmışdı.

Milli.Az TMZ-yə istinadən bildirir ki, onlar alt paltarı geyinməyərək şoulara gedən, kameralar qarşısına çıxan ulduzlardan sadəcə, ikisidir.

Belə geyim seçimi provokasiyalı sayılsa da, şou-biznes ulduzları nə etdiklərini bilirlər.  Məşhur moda eksperti Naomi İstedin dediyinə görə, məşhurlar bu minvalla öz aləmlərində "elitar, qlamur" görünməyə çalışırlar.