Sosial şəbəkələrin ulduzu: "Paxıllığımı çəkirlər"

Stilist Samiraldo pərəstişkarlarından söz açıb. SİA-ya açıqlama verən stilist sevənlərinin çox olmasına görə onu qısqananların çox olduğunu da xüsusi ilə vurğulayıb: "Bir müddət öncə bir çox telekanallar mənə qadağa qoymuşdu. Verilişlərə dəvət etmirdilər. Amma sosial şəbəkələrin vasitəsi ilə yenidən tanındım və gündəmdə oldum. Hazırda bir çox müğənnilərdən məşhuram və kifayət qədər sevənlərim var. Hətta məni balaca uşaqlar belə çox istəyir. Pərəstişkarlarımın da çox olması əksər şou-biznes nümayəndələrində qıcıq yaradır. Paxıllığımı çəkirlər. Hətta ayağımın altını qazmağa çalışırlar. Amma mən onların bu cür reaksiyalarını normal qarşılayıram. Allah paxıl olan insanlara kömək olsun".