Firuzə İbadova ona yaxın olan həmkarından danışdı

Əməkdar artist Firuzə İbadova ona quyu qazan sənət yoldaşlarından söz açıb. SİA-ya açıqlama verən ifaçı ona şou-biznesdə dəstək olan həmkarının adını da açıqlayıb: "Ayağımın altını qazıb, arxamda iş görənlər çoxdur. Heç bir həmkarımla problemim olmasa da amma nədənsə bəzi ifaçıların ünvanıma söylədikləri xoşagəlməz sözləri eşidirəm.Lakin belə insanlar və onların sözləri mənim üçün önəmli deyil. Çünki mənim bu incəsənət ailəmində öz möhürüm və dəsti xəttim var. Heç kim mənim kürsümdə otura bilməz. Onu da deyim ki, şou-biznes ailəmində mənə məsləhət verən və düzgün yol göstərən insan var. O da illərdir duet ortağım olan əməkdar artist Cavanşir Məmmədovdur. Həmin insanla tək sənət yoldaşı yox, eyni zamanda ailəvi dostuq. Çətinliyə düşəndə ondan məsləhət alıram".