yuxarıya
Onlayn Ödəmə
DİN Elşad Abdullayevin yaydığı sonuncu videoda Ramil Usubov və Vilayət Eyvazovun adının hallanmasına münasibət bildirib
18.11.2012 00:20
A A
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu videogörüntüdə Ramil Usubovun və Vilayət Eyvazovun adlarının hallanmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavabında bildirib ki, Vilayət Eyvazov vətəninə, xalqına son dərəcə bağlı, ən vicdanlı, ən prinsipial, şərəfini hər şeydən üstün tutan ləyaqətli və peşəkar polis generallarından biridir: "Kimin nə deyib-deməməsindən, hansı nağılı danışıb-danışmamasından asılı olmayaraq, heç kəs onunla hər hansı qanunsuz məsələlərlə bağlı "bazarlıq yapmağa" cəsarət belə edə bilməz. Bir daha bildirirəm ki, bunlar hamısı cəfəngiyatdır və bizə məlum qüvvələrin oyunudur. Hansı məntiqə sığa bilər ki, kimsə iki il, üç il məhkəmənin qərarı olmadan haradasa saxlanılsın, heç kim də bundan xəbər tutmasın? Ramil Usubovu da, Vilayət Eyvazovu da möhtərəm prezidentimiz də, xalqımız da yaxşı tanıyır. Kimlər hansı oyunları oynayırlarsa oynasın, axırı öz başlarında çatlayacaq. Bildiyiniz kimi, cənab prezidentin göstərişi ilə Baş Prokurorluqda müstəqil İstintaq Komissiyası yaradılıb və heç şübhəsiz ki, komissiya bu məsələlərə aydınlıq gətirəcək və öz sözünü deyəcək".

Qeyd edək ki, Elşad Abdullayev Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən video yayıb.

Video materialda hakimlə qardaşı barədə danışılır, onun məhkəmə istintaqına çıxarılmadan azad edilməsi üçün sövdələşmə aparılır.

Videoda Daxili İşlər naziri Ramil Usubovun və nazir müavini Vilayət Eyvazovun da adı hallanır.

19
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
118
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Nəqliyyat Nazirliyinin səlahiyyəti artırıldı
    20.10.2014 22:15
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədəfərman imzalayıb.Mil...
  • Goranboy rayonuna 2 milyon manat ayrıldı
    20.10.2014 19:47
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:"Azərbaycan Respublikası regionlarının s...
  • İrandan Azərbaycana "narkotik axını" davam edir
    21.10.2014 15:48
    İrandan Azərbaycana 2 kq-dan artıq narkotik vasitələr gətirmək və satmaq cəhdlərinin qarşısı alınıbDövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə İr...
  • Londonun "Heathrow" aeroportunda 130-a yaxın aviareys ləğv edilib
    21.10.2014 14:48
    Bakı, 21 oktyabr, AzərTAcƏlverişsiz hava şəraiti ilə əlaqədar Londonun "Heathrow" hava limanında 130-a yaxın reys ləğv olunub. Bu tədbirlər əsasən Frankfurt və Münhen şəhərləri, həmçinin bir sıra Karib hövzəsi ölkələri ilə hava əlaqəsinə təsir edib.AzərTAc Eurone...
  • Onların ölkədən çıxışına qadağa qoyulub
    21.10.2014 13:46
    2014-cü ilin 9 ayı ərzində vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilən tədbirlər nəticəsində oktyabrın 1-nə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği yanvarın 1-i ilə müqayisədə 5,4 faiz, ötən ilin müvafiq ...
  • Türkiyə prezidenti TANAP layihəsi ilə bağlı iki sənədi təsdiq edib
    21.10.2014 13:43
    Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Trans-Anadolu" əsas qaz ixrac boru kəmərinin (TANAP) tikintisi ilə bağlı iki əlavə sənədi təsdiq edib."APA-Economics" Türkiyənin "Resmi Gazete"sinə istinadən xəbər verir ki, sözügedən sənəd...
  • ÇL həyəcanı davam edir
    21.10.2014 11:12
    İlk oyun günündə 8 qarşılaşma keçiriləcək.E qrupunun lideri "Bavariya" "Roma"nın qonağı olacaq. "Mançester Siti" Moskvada CSKA ilə üz-üzə gələcək.F qrupunda "Barselona" öz meydanında "Ayaks" klubunu, APOEL isə PSJ-ni qonaq edəcək.G qrupunun lideri olan"Çelsi" klubu doğma ...
  • Abşeron sakininin evi yandı
    21.10.2014 10:28
    Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və mətbəxinin tavanı 20 kv.m sahədə və əşyaları qismən yanıb.Fövqəladə Hallar nazirliyindən AZADİNFORM-a verilən məlumata görə, evin qalan hissəsi yanğından müha...
  • Vergidən yayınma hallarının qarşısı alınır
    21.10.2014 10:02
    Tovuz, 21 oktyabr, AzərTAcCari ilin yanvar-sentyabr aylarında Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin 11 saylı "Regionalnəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən nəqliyyat xidməti göstərən avtobus və taksi fəaliyyəti ilə məşğul olan 3634...
  • Neft bahalaşıb
    21.10.2014 09:47
    Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,12 dollar artaraq 1 barelə görə 82,83 dollar təşkil edib."APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjası...
XƏBƏR LENTİ
  • MSK-da bələdiyyə seçkiləri bağlı ekspertlər qrupu yaradılıb
    21.10.2014 16:54
    http://img.salamnews.org/9e9bab8fde5f9ea7d82ca8d439954367/thumb_secki466_527.jpg
    http://img.salamnews.org/9e9bab8fde5f9ea7d82ca8d439954367/thumb_secki466_527.jpg
    Bakı, 21 oktyabr, SalamNews, R.Ziya. Mərkəzi Seçki Komissiyasının bu günki iclasında "Azərbaycan Respublikasında Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" ilə bağlı müzakirələr keçirilib.

    SalamNews xəbər verir ki, MSK-nın katibi Arifə Muxtarova bununla bağlı bəzi təkliflər irəli sürüb.

    Seçki Məcəlləsinin müvafiq maddələrində göstərilən müddəalardan danışan katib bildirib ki, seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər: "Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş: əhalisi 99.999-dan çox olan ərazidə 150; əhalisi 49.999-dan çox olan ərazidə 100; əhalisi 19.999-dan çox olan ərazidə 75; əhalisi 9.999-dan çox olan ərazidə 50; əhalisi 4.999-dan çox olan ərazidə 30; əhalisi 4.999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır".

    Tədbirdə eyni zamanda vətəndaşların seçim hüqunu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK tərkibində ekspert qrupunun yaradılması müzakirə olunub.

    MSK sədri Məzahir Pənahovun təklifi ilə bu məsələ səsverməyə çıxarılıb və ümumi rəylə ekspert qrupunun tərkibi müəyyən olunub.

    Qeyd edək ki, ekspertlər qrupunun tərkibi 9 nəfərdən ibarətdir. Bunların arasında həm MSK, MSK Aparatının üzvləri var.





    0
  • MSK-nın nəzdində şikayətlərin araşdırılması məqsədilə ekspert qrupu və sənədləri yoxlamaq üçün işçi qrup yaradılıb
    21.10.2014 16:53
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK-nın nəzdində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə ekspert qrupunun yaradılması məsələsi müzakirəyə çıxarılıb.

    APA-nın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, 5 MSK üzvü və qurum əməkdaşları (MSK katibliyinin şöbə müdiri, MSK-da baş məsləhətçi, aparıcı məsləhətçi, MSK-nın Monitorinq şöbəsinin baş məsləhətçisi) daxil olmaqla, 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması təklif olunur. Eyni zamanda dairə seçki komissiyalarında 3 nəfərdən ibarət ekspert qrupunun yaradılması təklif edilib.

    MSK sədri Akif Qurbanov eyni şəxslərin həm MSK üzvü, həm də ekspert qrupunun üzvü olmasının obyektivliyə xidmət etmədiyini söyləyib: "Çünki MSK üzvü ekspert kimi rəy verəcək, sonra da MSK-nın iclasında həmin rəyə münasibət bildirəcək. Bu, nə dərəcədə düzgündür? Bu, formallıqdır. Bu format Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmir".

    Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

    İclasda imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün İşçi Qrupu yaradılması və tərkibin müəyyən edilməsi məsələsi də müzakirəyə çıxarılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
    0
  • Qadınların cəmiyyətdə rolunun artırılması Azərbaycan dövlətinin prioritetlərindəndir
    21.10.2014 16:53
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14138922631060939641_600x400.JPG
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14138922631060939641_600x400.JPG
    Bakı, 21 oktyabr, Aidə Quluzadə, AzərTAc

    Azərbaycanda qadınların həyat şəraitinin yaxşılaşdırılması, onların cəmiyyətin müxtəlif sahələrində rolunun daha da artırılması dövlətin prioritetlərindən biridir. Ölkəmizdə bu məsələ ilə bağlı vacib işlər görülüb, müvafiq fərman və sərəncamlar imzalanıb, proqramlar qəbul edilib.

    Bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT baş katibinin köməkçisi və BMT-nin qadınlar təşkilatının icraçı direktorunun müavini Lakşmi Puri ilə görüşündə səslənib.

    Hicran Hüseynova Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransda iştirakına və Azərbaycanda həyata keçirilən qadın siyasətini yüksək qiymətləndirdiyinə görə qonağa təşəkkürünü bildirib. Komitə sədri deyib ki, Azərbaycan müxtəlif mövzularda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Keçirilən tədbirlərin böyük əksəriyyətində gender bərabərliyi məsələsi öz əksini tapır.

    Lakşmi Puri bildirib ki, Bakıda keçirilən konfransda İƏT-ə üzv ölkələrdə qadınların üzləşdikləri problemlərin aradan qaldırılmasında birgə səyləri gücləndirməklə bağlı səmərəli fikir mübadiləsi aparıldı. O, cəmiyyətdə müəyyən sahələrdə qadınların problemlərinin hələ də tam həllini tapmadığını, bu istiqamətdə islahatlar aparılmasına cəhd olunmasının isə bəzən yanlış təəssürat yaratdığını söyləyib. L.Puri deyib ki, əsas məqsəd İslamda qadınlara verilən dəyəri cəmiyyətə aşılamaqdır.

    Konfransda qəbul edilmiş Bakı Bəyannaməsinin əhəmiyyətinə toxunan L.Puri bu Bəyannamənin qarşıya qoyulan məqsədlərə çatmağa və İƏT ölkələri arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.
    0
  • Azərbaycan və İran qadınlarının dostluq cəmiyyətinin yaradılması təklif olunur
    21.10.2014 16:53
    http://az.trend.az/article_photo/2012/05/09/Azerbaijan_Iran_flags_Album_090512.jpg
    http://az.trend.az/article_photo/2012/05/09/Azerbaijan_Iran_flags_Album_090512.jpg
    Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

    "İran və Azərbaycan qadınlarının dostluq cəmiyyətinin yaradılması və hər iki ölkədə qarşılıqlı dostluq həftələrinin təşkili kimi məsələləri iki ölkə arasında imzalanacaq saziş layihəsində təklif etmişik və sabah azərbaycanlı həmkarlarımızla müzakirə edəcəyik". Bunu çərşənbə axşamı Trend-ə Azərbaycanada səfərdə olan İran Prezidentinin ailə və qadın məsələləri üzrə müavini Şahindoxt Movlaverdi deyib.

    Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransda iştirak edən Ş.Movlaverdi bildirib ki, oktyabrın 22-də Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşəcək: "Görüşdə İran və Azərbaycan arasında əlaqələri inkişafi üzrə saziş layihəsi haqqında müzakirələr aparacağıq".

    Onun sözlərinə görə, Prezident Həsən Ruhaninin Azərbaycana səfəri zamanı imzalanacaq əməkdaşlıq sazişində, əsasən, Azərbaycan və İran qadınlarından ibarət idmançıların, universitet tələbələrinin, sahibkarların, ticarətçilər və QHT-lərin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili kimi məsələlər də yer alıb: "Bundan başqa, qadınların iş fəaliyyətini özündə əks etdirən bütün sahələrdə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması haqqında da müzakirələrimiz olacaq".

    Ş.Movlaverdi İran və Azərabycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Bir il ərzində Azərbaycan tərəfi ilə bir neçə dəfə görüşümüz olub. Hicran Hüseynova ilə Nyu York və Parisdə iki dəfə görüşmüş, əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparmışıq".
    0
  • "Uşaqlar sual verirlər ki, budurmu haqq dalınca qaçanın aqibəti?"
    21.10.2014 16:50
    http://mediaforum.az//images/articles/2014/10/21/th050500837.jpg
    http://mediaforum.az//images/articles/2014/10/21/th050500837.jpg
    Ancaq bu yaşananlar insana pis təsir edir. Uşaqlar böyüyür, sual verirlər ki, budurmu haqq dalınca qaçanın aqibəti? Deyirlər atamız gözümüzü açandan bizə haqqı, məzlumu müdafiə etməyi, vətəni sevməyi öyrədib, bu xüsusiyyətlərin hamısını daşıyan adama münasibət niyə belədir? Bu suallar qarşısında pis oluram. Yoxsa Allahın hökmünə tabeyik, razıyıq. Dörd il gözləmişik, iki il də gözləyərik. Dünya dağılmayacaq ki".

    Həcər Pənahlı Nemət Pənahlı ilə telefon əlaqəsi saxladığını da deyib: "Dərmanlarla yaşayır. Şəkərinə görə ona müalicə lazımdır, açıq havada gəzməlidir. Darısqal kamerada havasız şəraitdə oturub".

    6 övlad atası olan 52 yaşlı Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

    Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.

    "Media forum"
    0
  • Müxtəlif canlılara bənzər çiçəklər
    21.10.2014 16:49
    http://deyerler.org/uploads/thumbs/Z7FG5PJ.jpg
    http://deyerler.org/uploads/thumbs/Z7FG5PJ.jpg
    Təbiətdə müxtəlif canlıların görünüşlərinə bənzəyən maraqlı çiçəklər mövcuddur. Deyerler.org təbiətin bu maraqlı incilərini sizlərə təqdim edir.

    Meymun üzlü arxideya (Dracula simia)

    Ördəyə bənzər arxideya (Caleana Major)

    Pələng üzlü arxideya

    Yad planetliyə bənzər çiçek (Calceolaria Uniflora)

    Göyərçin görünüşlü arxideya (Peristeria Elata)

    Qanadlarını açmış quşa bənzər orxideya

    Darth Vader (Aristolochia Salvadorensis)

    Quş üzlü arxideya (Phalaenopsis)

    Dodaq görünüşlü arxideya (Psychotria Elata)

    Rəqs edən körpələr (Impatiens Bequaertii)

    Gülər üz arıya bənzər arxideya (Ophrys bomybliflora)

    Bələyə bükülmüş körpələrə bənzər arxideya (Anguloa Uniflora)

    Tutuquşuya bənzər arxideya (Impatiens Psittacina)

     

    İnsan kəllə skeletinə bənzər arxideya
    9
  • Fikrət Sadıqov: "Fransada prezidentlərin görüşünün müsbət nəticəsinə ümidimiz çox azdır"
    21.10.2014 16:49
    http://deyerler.org/uploads/thumbs/PETURVX.jpg
    http://deyerler.org/uploads/thumbs/PETURVX.jpg
    Oktyabrın 27-də Ermənistan və Azərbaycan prezidentlərinin Fransa prezidenti Ollandın iştiraklı ilə üçtərəfli görüş keçirməsi gözlənilir. Görüşə Minsk qrupunun üç həmsədri də qatılacaq. Minsk qrupunun həmsədrləri Fransa prezidenti Ollandın təklifi ilə bu ay Parisdə keçirilməsi planlaşdırılan prezidentlərin sammitinə hazırlığı da müzakirə ediblər. Bəzi ekspertlər bu görüş haqqında fərqli düşüncələr paylaşırlar. Belə ki, bu görüşün ciddi dönüş nöqtəsi ola biləcəyini istisna etmirlər.

     

    Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən politloq Fikrət Sadıqov deyib ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır: "Əlbətdə ki, Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli ilə bağlı ümidlər tükənməyib. Azərbaycan və Ermənistan prezidentlərinin Fransada keçriləcək görüşü bu istiqamətdə atılan növbəti addım ola bilər. Onu da nəzərdən qaçırmaq lazım deyil ki, Fransa hökuməti ermənilərə qarşı xüsusi həssaslıq nümayş etdirirlər. Erməni lobbisi Fransanın bu mövzuda Ermənistan tərəfinin mövqeyini dəsətkləməsi üçün ciddi işlər görür. Hətta Fransa hökumətində erməni əsilli şəxslər də təmisl olunur. Amma son günlər Fransanın Azərbaycanla münasibətlərinin inkişaf etməsinin nəzərə alaraq demək olar ki, Fransanın birmənalı Ermənistanı dəsətkləməsi bir o qədər də asan olmayacaq. Bu baxımdan hətta ola bilər ki, Fransa prezidenti bu münaqişənin müsbət həlli üçün müəyyən bir təkliflə də çıxış etsin. Bu heç də istisna olunmur. Çünki, Qərb Dağqlı Qarabağ münaqişəsinin həllində maraqlıdır. Ümumi olaraq Fransada Dağlıq Qarabağın taleyi ilə bağlı müsbət addımlar atılacağını istisna etmək olmaz. Amma təbii ki, çox acı da olsa onu qeyd etmək lazımdır ki, buna olan ümidimiz çox azdır".

     

    0
  • Fransa Kristof de Marjerinin həlak olmasının təfsilatını araşdırmaq üçün Moskvaya ekspertlər göndərir
    21.10.2014 16:48
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14138918322507640198_600x400.jpg
    http://azertag.az//files/galleryphoto/2014/3/600x400/14138918322507640198_600x400.jpg
    Bakı, 21 oktyabr, AzərTAc

    Təyyarə qəzalarının təhqiqatı üzrə büro (BEA) Total konserninin icraçı direktoru Kristof de Marjerinin həlak olmasının təfsilatını araşdırmaq üçün öz ekspertlərini Moskvaya göndərir. Büronun üç müstəntiqinin yaxın saatlarda Rusiyaya gəlməsi gözlənilir.

    AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kristof de Marjerinin faciəli ölümü Fransa üçün əsl sarsıntı olub. Artıq bu ölkənin prezidenti Fransua Olland, hökumət başçısı Manuel Vals və bir çox nazirlər bununla əlaqədar başsağlığı veriblər.

    Bu gün Paris birjasının açılışı Totalın aksiyalarının 7 faizə qədər enməsi ilə müşayiət olunub. Lakin kompaniyanın direktorlar şurasının Kristof de Marjerinin sələfini təyin etmək üçün yaxın saatlarda toplanacağı barədə xəbər ehtirasları bir qədər səngidib. Hazırda Totalın aksiyalarının qiyməti 42,675 avro (-0,62 faiz) ətrafında dəyişir.
    0
  • Bakıda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərində monitorinq
    21.10.2014 16:48
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 21 oktyabr, AzərTAc

    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərində monitorinq keçirilir.

    Məqsəd turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə mövcud nöqsanların aradan qaldırılmasıdır.

    Monitorinq zamanı "Bakı-2015" birinci Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması da nəzərdə tutulub.

    Cari ildə monitorinqin 3 mərhələdə keçirilməsi planlaşdırılıb. Hazırda üçüncü mərhələdə Bakı şəhəri üzrə oktyabrın 20-dən başlayan monitorinq noyabrın 13-dək davam edəcək.
    5
  • Fuad Qəhrəmanlı: "AXCP-nin qurultayında hər hansı dəyişiklik gözlənilmir"
    21.10.2014 16:48
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Etibar Məmmədov - APA. "AXCP-nin qurultayını noyabr ayının sonlarında keçirməyi planlaşdırırıq".

    Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.

    O, partiyanın qurultaya hazırlıqları barədə danışıb: "Qurultayın dəqiq tarixi partiyanın rayon təşkilatlarında keçirilən konfransların yekunlaşmasından asılı olacaq. Artıq qurultaya hazırlıq başlayıb, yerlərdə qurultaya nümayəndələr seçilir".

    F.Qəhrəmanlı qeyd edib ki, hazırda partiya sədrliyinə namizədlər barədə məsələlər müzakirə olunmur: "Namizədlər qurultay günü məlum olur. Ancaq onu deyə bilərəm ki, bizdə hər hansı dəyişiklik gözlənilmir".
    1
  • Səudiyyə Ərəbistanında "şiə böhranı" böyüyür
    21.10.2014 16:48
    http://www.olaylar.az/foto/xeberler/sie bohrani.jpg
    http://www.olaylar.az/foto/xeberler/sie bohrani.jpg
    Səudiyyə Ərəbistanında şiə lideri Şeyx Nemr Bair əl-Nemrə azadlıq tələbi ilə aksiyalar keçirilir. "Qətif Nyus"-un verdiyi məlumata görə, Nemrənin edam edilməsi qərarına etiraz edən şiələr artıq iki gündən çoxdur ki, Kərbəla meydanındadılar. Etirazçılar kral hökumətindən edam hökmünün ləğv edilməsini tələb edirlər. Səudiyyə hökuməti oktyabrın 15-də Şeyx Nemrə milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamı ilə edam cəzası verib. ("OLAYLAR" İA)
    5
  • Səhiyyə Nazirliyi şagirdlərin sağlamlıq vəziyyətini araşdıracaq
    21.10.2014 16:48
    http://az.trend.az/article_photo/2014/03/26/school_260314.jpg
    http://az.trend.az/article_photo/2014/03/26/school_260314.jpg
    Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

    Azərbaycan Səhiyyə Nazirliyi orta məktəb şagirdlərinin sağlamlıq vəziyyətini araşdıracaq.

    Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə Bakıda keçiriləcək sorğu bu ilin sonuna kimi baş tutacaq. Sorğu xüsusi metodologiyaya əsaslanan sistematik təsadüfi seçmə üsulla keçiriləcək və bunun nəticəsində bütün Bakı məktəbliləri haqqında fikir yürütmək mümkün olacaq.

    Nazirlikdən bildirilib ki, 2013-cü ildə "Uşaqların icbari dispanserləşdirilməsi" haqqında qanun qəbul olunub. Həmin ildən başlayaraq poliklinikalar tərəfindən 18 yaşınadək olan uşaqların icbari dispanserləşdirilməsi həyata keçirilir. Sorğu zamanı uşaqların dispanserləşdirmədən keçməyə nə dərəcədə meyilli olduqları, kecdikləri zaman onların nəticələrinin necə olduğu, uşaqların sağlamlıq vəziyyətinin hansı istiqamət üzrə dəyişdiyi araşdırılacaq.

    Sorğu zamanı şagirdlər arasında daha çox hansı xəstəliklərə rast gəlindiyi, onların fiziki aktivlik səviyyəsi, qidalanma vəziyyəti, nə dərəcədə sağlam həyat tərzi keçirdikləri öyrəniləcək. Həmçinin sorğu zamanı şagirdlərin fiziki aktivlik vəziyyətinin öyrənilməsinə xüsusi diqqət yetiriləcək. Çünki fiziki aktivliyin olmaması böyüdükcə piylənməyə, sonda isə şəkərli diabetin yaranmasına gətirib çıxarır.

    Sorğu zamanı bütün bunlarla yanaşı, şagirdlərin reproduktiv sağlamlıq vəziyyəti də araşdırılacaq.
    0
  • "Paralel hökumət"ə ağır zərbə
    21.10.2014 16:47
    http://anspress.com/images/photos/55477.jpg
    http://anspress.com/images/photos/55477.jpg
    Türkiyənin paytaxtı Ankarada "paralel hökumət"ə qarşı əməliyyat keçirilib.

    ANS PRESS-in məlumatına görə, Ankara Təhlükəsizlik Müdirliyi qeyri-qanuni dinləmələrlə əlaqədar olaraq istintaq başladıb.

    Əməliyyat çərçivəsində bəzi ünvanlarda axtarış edildiyi, aralarında şöbə müdirlərinin də olduğu 18 nəfər haqqında həbs qərarı olduğu ifadə edilib.

    Əməliyyat çərçivəsində sabiq kəşfiyyat dairə başçısı Ömər Altıparmak və sabiq Ankara təhlükəsizlik müdir müavini Loğman Kırcılının da siyahıda yer aldığı bildirilib. Altıparmakın polisə gələrək təslim olduğu ifadə edilib.

    Siyahıda yer alan adlardan biri də İzmir kəşfiyyat şöbəsi sabiq müdiri Həsən Əli Okandır.
    1
  • Qarabağ müharibəsinin veteranı AXCP-ni tərk elədi
    21.10.2014 16:47
    http://avropa.info/new/fotobaza/orta/1399.jpg
    http://avropa.info/new/fotobaza/orta/1399.jpg
    Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş AXCP Qubadlı rayon şöbəsinin üzvü İslam Mahmudov partiya sıralarından çıxdığını bəyan edib.

    Avropa.info xəbər verir ki, İslam Mahmudov bu barədə facebook səhifəsində yazıb. Həmin yazını olduğu kimi təqdim edirik:

    "1989-cu ildən AXC-nin üzvü olmuşam. Mən bu təşkilatın sıralarına torpaqlarımızın qorunması və ölkəmizin müstəqillik qazanması üçün qoşulmuşdum. Qarabağ müharibəsinin könüllü iştirakçısı olmuşam. Qubadlının erməni təcavüzündən qorunmasında, Laçın rayonun Ermənistanın işğalından azad olunması uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişəm.

    Bu gün AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğrusuz savaş açdıqlarını müşahidə edirəm. AXCP sədri bütün bu yersiz kampaniyalara göz yumursa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məğlubiyyətinin qısasını xalqdan almaq iddiasındadı. Azərbaycanda şərəfli siyasi keçmişi olan bir partiyanın bu cür çirkin kampaniyada yer almasına etiraz olaraq AXCP sıralarından çıxdığımı bəyan edirəm.

    Onu da əlavə etməyi borc bilirəm ki, kimsə mənim AXCP üzvü olmamağım barədə cəfəng iddiayaya düşməyə cəhd etməsin. Bunun şahidi olan bütöv bir rayon şöbəsi var. Sonuncu prezident seçkisi zamanı bu partiyanı məntəqə seçki komissiyasında təmsil etmişəm".
    2
  • Ərdoğan: Kobani bizim üçün strateji yerdir, ABŞ üçün yox"
    21.10.2014 16:44
    http://deyerler.org/uploads/thumbs/PCZRVX5.jpg
    http://deyerler.org/uploads/thumbs/PCZRVX5.jpg
    "Ayn Əl-Ərəb bizim üçün strateji yerdir, ABŞ uçun deyil. Dolayısı ilə bizim burada görəcəyimiz işlər mühüm əhəmiyyət kəsb edir. Ayn Əl-Ərəb üçün bu qədər narahat olub ondan başqa digər şəhərlər üçün niyə kiçik bir narahatlıq belə yoxdur. Qaldı ki, Ayn Əl-Ərəbdə hal-hazırda heç kim yoxdur. Orada olanların hamısını biz qəbul etdik, onları ev sahibi edirik. 200 min Ayn Əl-Ərəbli kürd hazırda ölkəmizdədir", - deyə Ərdoğan ildirib.

     

    4
  • "Məhəbbət əfsanəsi" baletinin premyerası Böyük Teatr səhnəsində
    21.10.2014 16:43
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 21 oktyabr, AzərTAc

    Oktyabrın 23-də Rusiya Dövlət Akademik Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, professor Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası keçiriləcək.

    Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, premyerada iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Moskvaya gedəcək.

    Bəstəkar Arif Məlikova böyük şöhrət qazandıran "Məhəbbət əfsanəsi" baleti yarım əsrdən çoxdur ki, dünya səhnələrini bəzəyir. Əsər ilk dəfə 1961-ci ildə S.Kirov adına Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Mariinski Teatrı) tamaşaya qoyulub. Həmin tamaşanın quruluşçu baletmeysteri SSRİ Xalq Artisti Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru maestro Niyazi olub.

    İndi isə uzun fasilədən sonra tamaşa bərpa edilərək yeni ifaçıların iştirakı ilə sənətsevərlərə təqdim olunacaq. Y.Qriqoroviçin quruluşunda və S.Virsaladzenin səhnə tərtibatında nümayiş etdiriləcək yeni tamaşanın dirijoru Rusiya Federasiyasının Əməkdar Artisti Pavel Sorokindir.
    2
  • Daha bir bankdan elektron arayışla kredit almaq olacaq
    21.10.2014 16:42
    http://www.olaylar.az/foto/xeberler/elektron arayis.jpg
    http://www.olaylar.az/foto/xeberler/elektron arayis.jpg
    Artıq "Elektron hökumət" portalı ilə əməkdaşlıq sayəsində "Unibank" Kommersiya Bankı ASC (Unibank) kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, müqavilə MHM və "Unibank" arasında imzalanıb. Müqavilə şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır. "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vətəndaşlara dövlət və özəl təşkilatlar tərəfindən tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədi üçün yaradılıb. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edəcək. Xidmətdən istifadə etmək üçün vətəndaş "Elektron hökumət" portalında autentifikasiyadan keçməlidir. İstifadəçi autentifikasiyadan keçdikdən sonra xidmətdən yararlana biləcək və bu zaman portal artıq öz istifadəçisini identifikasiya etdiyi üçün vətəndaşın fərdi məlumatları elektron arayışda avtomatik olaraq öz əksini tapacaq. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsi ilə də göndərə bilər. Qeyd edək ki, elektron xidmətə daxil olunan zaman 7 dövlət qurumu tərəfindən vətəndaş haqqında məlumatlar təqdim olunacaq. Gələcəkdə daha çox qurumların məlumatları təqdim etməsı nəzərdə tutulub. İyunun 17-də istifadəçilərə təqdim olunan bu xidmətə indiyədək 6710 dəfə müraciət olunub. Xatırladaq ki, ilk olaraq "Bank of Baku" "Elektron hökumət" portalı vasitəsilə kredit rəsmiləşdirilməsi üçün elektron arayışın verilməsi xidmətindən istifadəyə başlayıb.
    3
  • Pensiyalarla bağlı problem
    21.10.2014 16:42
    http://anspress.com/images/photos/70809.jpg
    http://anspress.com/images/photos/70809.jpg
    "Əhalinin pensiya ilə təmin olunmasında problemlərin yaşanmaması üçün Azərbaycandakı pensiya islahatları müasir beynəlxalq çağırışlara və inkişafa uyğunlaşdırılmalıdır. Bunun üçün isə uzunmüddətli və dayanıqlı maliyyə təminatı və tam təşəkkül tapmış sosial sığorta pinsipləri olmalıdır."

    ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

    O, "Azərbaycan" qəzetinə müsahibəsində bildirib ki, vətəndaşlara əlavə pensiya təminatına imkan verən mexanizmlər formalaşdırılmalı, pensiya sistemləri fərdi yığım planları ilə əvəz edilməlidir. Azərbaycanda məcburi real yığım komponentindən istifadə edilir. Lakin bununla bağlı kifayət qədər ehtiyatlı olmaq lazımdır. Belə ki, qlobal maliyyə böhranı bu üsulun təhlükəsiz olmadığını göstərib.

    Onun sözlərinə görə, dünyada yaşlı insanların artması, işləyən gənclərin isə azalması pensiya sistemlərinin maliyyələşdirilməsində problemlər yaradır. Pensiya sistemlərindəki problemlər demoqrafik tendensiyalar, iqtisadiyyatın qloballaşması, miqrasiya artımı kimi təsirlərdən qaynaqlanır. Dünyada doğum səviyyəsinin azalması və orta ömür həddinin artması, "qlobal yaşlanma" problemi ailə xarakteristikasına, dünya quruluşuna, bir sözlə, bütün sosial, iqtisadi, siyasi aspektlərə təsir edir.

    BMT-nin hesablamaalarına görə, dünyada 59 yaşdan yuxarı əhalinin xüsusi çəkisi qarşıdakı 20 ildə təqribən 50 faiz artacaq. Nəticədə 25 yaşlı insanların sayı hər 25 ildən bir 20 faiz azalacaq. Gənclərin azalması isə pensiya mənbələrinin ödənilmə mənbəyinin azalması deməkdir.

    E.Mehdiyevin fikrincə, yaşlı insanların artması, işləyən gənclərin isə azalması pensiya sistemlərinin maliyyələşdirilməsində problemlər yaradır. Bütün bunlar inkişaf etməkdə olan bazar iqtisadiyyatı ölkələrinin pensiya sistemlərinə daha çox təsir göstərir.
    11
  • Rusiyanın "Yeni adlar" fondu Bakı və Sumqayıt məktəblərindən şagird seçəcək
    21.10.2014 16:40
    http://www.olaylar.az/foto/xeberler/medeniyyet ve turizim nazirliyi.jpg
    http://www.olaylar.az/foto/xeberler/medeniyyet ve turizim nazirliyi.jpg
    Uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün müxtəlif ixtisaslar üzrə ustad dərslərini, istedadlı uşaqların ifalarının dinləmələrini keçirmək və birgə konsert proqramı ilə çıxış etmək məqsədilə Rusiya Federasiyasında fəaliyyət göstərən "Yeni adlar" ictimai fondun nümayəndələrinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2014-cü il 22-24 oktyabr tarixlərində Bakı şəhərinə səfərləri təşkil olunacaq. Fondun nümayəndələri Bakı və Sumqayıt şəhərinin onbirillik və uşaq musiqi və incəsənət məktəblərinin istedadlı şagirdlərinin dinləyişini keçirəcək, onlardan beş nəfərinə "Yeni adlar" ictimai fondununun mükafatlarını verəcək. Bundan başqa Bakı və Sumqayıt şəhərinin musiqi və incəsənət məktəblərinin skripka və fleyta ixtisasları üzrə müəllimləri üçün ustad dərsləri, habelə Azərbaycan və Rusiyanın istedadlı uşaqlarının birgə konsert proqramları da təşkil olunacaq. ("OLAYLAR"İA)
    6
  • Türkiyə generalı: "Mən hərbi nazirəm"
    21.10.2014 16:39
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Türkiyənin Müdafiə naziri İsmət Yılmaz peşmərgələrin Türkiyə ərazisindən Kobaniyə tərəf keçməsi ilə bağlı ordunun məlumatsız olması iddialarına son qoyub.

    Axar.az CNN Türk-ə istinadən xəbər verir ki, Müdafiə naziri İsmət Yılmaz hər şeydən məlumatlı olduğunu xatırladıb:

    "Peşmərgələrin Kobani sərhədlərinə daxil olması ilə bağlı xəbərimiz var. Mən ordunun naziriyəm, olanlardan məlumatlıyam. "Peşmərgələrin Kobaniyə keçməsindən xəbərimiz yoxdur" kimi açıqlamamız olmayıb".

    Xatırladaq ki, Türkiyə mətbuatında peşmərgələrin Türkiyədən Kobaniyə keçməsindən bölgədəki hərbçilərin xəbərsiz olması ilə bağlı iddialar ortaya çıxmışdı.
    4
  • Azərbaycan hökuməti yaşayış minimumu və ehtiyac meyarının MƏBLƏĞİNİ
    21.10.2014 16:39
    http://modern.az/images/2014/TAZA/manat_y11yy.jpg
    http://modern.az/images/2014/TAZA/manat_y11yy.jpg
    Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği müəyyənləşdirilib. 2014-cü illə müqayisədə 2015-ci ildə yaşayış minimumu və ehtiyac meyarının məbləği artacaq.

    Modern.az saytının xəbərinə görə, "2015-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği aşağıdakı kimi nəzərdə tutulub:

    2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat,  pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat olacaq.

    "2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub.

    Xatırladaq ki, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat,  pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat idi.

    2014-cü il üçün ehtiyac meyarının həddi isə 100 manat məbləğində təsdiq edilib.

    8
  • Ukrayna ordusu seperatçılara qarşı kimyəvi silahdan istifadə etdi
    21.10.2014 16:39
    http://www.olaylar.az/foto/xeberler/ukrayna ordusu.jpg
    http://www.olaylar.az/foto/xeberler/ukrayna ordusu.jpg
    "Human Rights Watсh" ukraynalı hərbçilərin oktaybr ayının əvvəllində Donbasda seperatçılara qarşı təhlükəli "şar" bombası istifadə etdiyini açıqlayıb. Təşkilat bombaların təhlükəli və bir sıra ölkələrdə qadağan olunduğunu bildirib. Ukrayna ordusu məsuliyyəti üzərindən atasa da təşkilatın arasşdırmalarında "şar" bombalarından istifadə edildiyi məlum olub. Oktyabrın 2-də bombanın atılması nəticəsində Donetskdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşının öldüyünü bildirən "Human Rights Watсh"-un rəsmisi Mark Xiznay, indiyədək ukraynalı əsgərlərin ən azı 5 dəfə "şar" bombasından istifadə etdiyini qeyd edib. ("OLAYLAR" İA)
    4
  • "Oskar"lı aktyorlar "erməni soyqırımı" haqda filmdə çəkiləcək
    21.10.2014 16:39
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Rusiyada prodüserliklə məşğul olan erməni mənşəli Valeri Saaryan "erməni soyqırımı"ndan bəhs edəcək film çəkiləcəyini bildirib. Filmin əsas qəhrəmanı isə ömrünün son illərini Parisdəki ruhi xəstəxanada keçirən erməni bəstəkarı Komitas olacaq. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı prodüser filmdə "Oskar" mükafatı alan aktyorlar Edrian Broudi, Dastin Hoffman və Alen Delonun çəkiləcəyini vurğulayıb:

    "Edrian Broudi filmdə erməni bəstəkar Komitası canlandırıcaq. O, ssenarini oxuyub və çəkilişlərə razılığını verib.

    Əgər hər hansı çətinlik yaranmasa, Broudi Komitas rolunu ifa edəcək".

    Bundan başqa, Saaryan ssenaridə yer alan komissar Verjye obrazını ya Jerar Depardyenin, yaxud Jan Renonun canlandıracağını bildirib. Komitasın əsəb xəstəxanadakı müalicə həkimini isə Fransa kinosunun canlı əfsanəsi, 79 yaşlı Alen Delon oynayacaq.

    Komitasla xəstəxanada dostluq edəcək digər obraz, yəhudi şahmatçısı Şpilmahr sürətini isə 2 dəfə "Oskar"a layiq görülən Dastin Hoffman canlandırcaq.

    Valeri Saaryan 2016-cı ilin yazında premyerası keçiriləcək filmin rejissorunun isə Romçan Polnaski ilə Miloş Formandan biri olacağını vurğulayıb. "Erməni soyqırımı"nın təbliğinə hesablanan filmin büdcəsi 17 milyon dollardır.

    4
  • BAXCP Avropa Parlamentində təmsil oluna bilər
    21.10.2014 16:37
    http://avrasiya.net/wp-content/uploads/niyameddin1.jpg
    http://avrasiya.net/wp-content/uploads/niyameddin1.jpg
    "BAXCP-nin Avropa Parlamentinin Avropa Mühafizəkarları və İslahatçıları qrupuna üzlüyünə qəbulla bağlı danışıqlar aparılır"

    Bu barədə BayMedia-ya məlumatı BAXCP sədrinin İcitimai və siyasi məsələrə üzrə müavini Niyaməddin Orduxanlı verib. Onun sözlərinə görə, BAXCP sədri Qüdrət Həsənquliyev Avropa Parlamentinin Avropa Mühafizəkarları və İslahatçıları qrupunun rəhbərləri ilə görüşü keçirilib:

    "Görüşdə əsas müzakirələrdən biri də BAXCP-nin qrupa üzvülüyü məsələsi idi. Bu yönümdə rəhbərliklə xeyli müzakirələr aparılıb. Hazırda bu qrupda Gürcüstandan Xristian-Demokrat Hərəkatı, Ermənistandan isə Çiçəklənən Ermənistan Partiyası təmsil olunur. Avropa Parlamentində qərarlar öncə qruplarda müzakirə edilir və qəbul olunur, daha sonra isə plenar iclasa çıxarılır. Buna görə də Avropa Parlamentinin qruplarında Azərbaycan partiyalarının təmsil olunması son dərəcə vacib məsələdir. Hazırda Azərbaycandan yalnız Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin ən böyük qrupu olan Avropa Xalq Pariyası qrupunda müşahidəçi statusu ilə təmsil olunur. Digər 6 qrupda isə Azərbaycanı heç bir siyasi təşkilat təmsil etmir. Bu baxımdan, Avropa Parlamentinin qruplarında təmsilçilik ölkəmiz üçün son dərəcədə önəmli bir məsələdir. Güman edirəm ki, BAXCP-nin qrupda təmsilçilik məsələsi müsbət həllini tapacaq. Bu, ölkəmiz üçün də önəmli olacaq".
    8
  • Sensasion iddia: "Putin Ukraynanı parçalamaq planına qoşulması üçün Polşaya təklif göndərib"
    21.10.2014 16:34
    http://www.olaylar.az/foto/xeberler/polsanin kecmis xarici isler.jpg
    http://www.olaylar.az/foto/xeberler/polsanin kecmis xarici isler.jpg
    Polşa Parlamentinin sədri (keçmiş xarici işlər naziri) Radoslav Skorski Rusiya barədə şok iddia ilə çıxış edib. Skorski bildirib ki, Rusiya Varşavaya Ukraynanı parçalamaq planına Polşanın da qoşulmasını təklif edib. "Politico Magazine"-nin verdiyi məlumata görə, spiker Putinin Polşadan Ukraynaya ordu yeritməsini istədiyini də açıqlayıb: "O, bununla bağlı biz bir neçə dəfə təklif göndərdi. Polşa Putinin Ukraynanı parçalayacağı barədə çoxdan bilirdi. Donald Tuskun Moskva səfərindən əvvəl Putin ilk dəfə bu barədə ona təklif göndərib. Rusiyalı lider Ukraynanın süni ölkə olduğunu, Lvovun Polşa ərazisi olduğunu deyirdi. Bu məsələnin birlikdə həllinin mümkünlüyünə diqqət çəkirdi". Radoslav Skorski qeyd edib ki, Rusiya öz sərhədlərini Qərbi Avropayadək uzatmaq niyyətindədir: "Putin özündən zəif qrupla mübarizə apardığını hesab edir. Balkan ölkələrini müdafiə etməyəcəyimizi zənn edir. Bəlkə də o haqlıdır". ("OLAYLAR" İA)
    5
  • Alimlərin əmək şəraiti yaxşılaşdırılacaq
    21.10.2014 16:34
    http://www.olaylar.az/foto/xeberler/amea.jpg
    http://www.olaylar.az/foto/xeberler/amea.jpg
    AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa AlıyevCoğrafiya İnstitutunun əməkdaşları ilə görüşüb. Coğrafiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev bu elmi qurumun həmkarlar komitəsinin vəzifələri və mövcud problemlərin həlli yolları haqqında ətraflı məlumat verib. Həmkarlar ittifaqının qarşısında duran vəzifələrdən söz açan AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev akademiya sistemində çalışanların əmək şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, işçilərin sağlamlığının mühafizəsi istiqamətində ardıcıl tədbirlərin həyata keçiriləcəyini bildirib. ("OLAYLAR"İA)
    7
  • Nazirlikdən Yanıq Mərkəzinin rəhbərinin istefasına REAKSİYA:
    21.10.2014 16:33
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Yanıq Mərkəzi respublikanın bütün xəstəxanaları kimi hər bir avadanlıq və preparatlarla tam təchiz olunub. İşdən ayrılandan sonra hamı nəsə deyir".

    Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Vüqar Ələkbərovun mərkəzin rəhbəri vəzifəsindən istefa verməsinə münasibət bildirərkən söyləyib. Nazirlik rəsmisi deyib ki, belə məsələlərə ciddi yanaşmaq lazım deyil: "Yanıq Mərkəzində heç bir problem olmayıb.

    Ümumiyyətlə, Səhiyyə Nazirliyinin təchizatla bağlı struktur bölmələrində heç problemi yoxdur. Hər bir xəstəxanada büdcə hesabına müasir avadanlıq da var, 180 adda dərman vasitəsi ilə də təmin olunub. Vüqar Ələkbərovun danışdıqları cəfəngiyyatdır. İşdən ayrılıb, çünki işinin öhdəsindən gələ bilməyib, bacarmayıb".

    Həkim Vüqar Ələkbərov Modern.az-a işdən istefa ərizəsi yazaraq getdiyini bildirib.

    Gülşən RAUFQIZI
    4
  • Klub uduzduğuna görə azakeşlərin pullarını qaytaracaq
    21.10.2014 16:33
    http://az.trend.az/article_photo/2014/08/22/football_220814_2.jpg
    http://az.trend.az/article_photo/2014/08/22/football_220814_2.jpg
    Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

    İngiltərənin "Sanderlend" futbol klubunun rəhbərliyi ölkə çempionatı çərçivəsində səfərdə "Sauthempton"a 0:8 hesabı ilə məğlub olduqlarına görə həmin oyuna bilet almış azarkeşlərinin pullarını qaytarmaq qərarına gəlib.

    Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bununla belə, klub azarkeşlərin yol xərclərini ödəməyəcək.

    Səfər tribunasında biletlərin qiyməti 24 funt-sterlinq təşkil edib, lakin Sauthemptona getmək üçün yol xərci isə daha çox olub. Belə ki, bəzi azarkeşlər təkcə qatarla getmək üçün 152 funtlarından keçməli olublar.

    Daha əvvəl isə "Sanderlend"in qapıçısı Vito Mannone klubun oyununu izləmək üçün Sauthemptona gəlmiş 2600 azarkeşin yol pulunu kompensasiya etməyi təklif etmişdi.
    4
  • "Qalatasaray"a erməni rəhbər
    21.10.2014 16:33
    http://anspress.com/images/photos/36651.jpg
    http://anspress.com/images/photos/36651.jpg
    İstanbulun "Qalatasaray" futbol klubunun rəhbərliyi ermənilərin nəzarəti altına keçə bilər.

    ANS PRESS-in məlumatına görə, kluba keçiriləcək prezident seçkilərinə əsas namizədlərdən biri olan Alp Yalmanın komandasına Türkiyə erməni toplumunun tanınmış nümayəndələrindən biri olan Tiqran Gülməzgilin adı daxildir. Tiqran Gülməzgil həm də Türkiyə ermənilərinə məxsus "Karagözyan" fondunun prezidentidir.

    25 oktyabrda keçiriləcək seçkidə əsas iki namizəd var: Duyqun Yarsuvat və Alp Yalman. Alp Yalman seçkiləri qazanarsa, Tiqran Gülməzgil idarə heyətinin üzvü olacaq və klubun maliyyə işlərinə rəhbərlik edəcək.
    5
  • Bağdad yenə partlayışla silkələndi: 14 ölü
    21.10.2014 16:32
    http://interaztv.com/sites/default/files/kljhfgdsab6djyuyuyytyeuma_420x250.jpg
    http://interaztv.com/sites/default/files/kljhfgdsab6djyuyuyytyeuma_420x250.jpg
    Bağdadın şərqində ət-Talibiyyə rayonunda restoran qarşısında törədilən ardıcıl terror aktlarında xeyli insan həalk olub və yaralanıb.

    İnterAz-ın "əl-Məyadin"ə istinadla verdiyi xəbərə görə, silsilə terror aktları iki minalanmış maşınların ardıcıl şəkildə partladılması ilə həyata keçirilib.

    Məlumata əsasən, 14 nəfərin ölümü qeydə alınıb və 26 nəfər yaralanıb.

    "İslam Dövləti" terror təşkilatı terror aktlarının məsuliyyətini üzərinə götürüb.
    5
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri