yuxarıya
Tibbdə yeni kəşf: sintetik dəri
14.11.2012 10:18
A A
"Nature Nanotechnology" jurnalında nümayiş olunan araşdırmaya görə Stanford Universiteti Mühəndislik Fakültəsinin bir qrup elm adamı tərəfindən inkişaf etdirilən sintetik dəri protez istehsalında yeni yol açıb. Bərpa etmə prosesində materialın quruluşunda hər hansı bir dəyişiklik meydana gəlmədiyinə işarə edən Prof. Bao, materialın beləcə özünü saysız sayda düzəldə biləcəyini söyləyib. Hidrogen bağları ilə bir-birinə bağlanmış uzun molekul zəncirlərindən ibarət olan davamlı plastik polimerdən əldə edilən sintetik dəri, atomlar arasındakı cazibə sayəsində özünü bərpa edə bilir.
Mənbə: xezerxeber.com   
Hörmətli İstifadəçi, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
12
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • MMC direktoru 419 min manat pul mənimsəyib
    19.06.2013 17:55
    Baş Prokurorluq külli miqdarda pul mənimsəmiş vəzifəli şəxs barəsində məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla "Törnist Konstrak..
  • Alina Kabayeva: "Mənim Putinlə münasibətim..."
    19.06.2013 17:46
    Rusiyalı keçmiş idmançı Alina Kabayeva ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə aralarında gəzən söz-söhbətə aydınlıq gətirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu mövzudan və şəxsi həyatının bu qədər müzakirə edilməsindən bezdiyi...
  • Toğrul Nərimənbəyovun meyiti ortada qalıb
    19.06.2013 20:01
    İyunun 2-də Fransada dünyasını dəyişən Azərbayanın xalq rəssamı Toğrul Nərimanbəyovun Parisdə dəfn ediməsi ilə bağli məhəkəmənin qərarından sonra mərhumun qizi Əsmər Nərimanbəyova appelyasiya şikayəti verib. Apelyasiya şikayətinə sabah günün ikinci yarisi baxila...
  • Milli Şuranın sessiyası Müsavatda keçiriləcək
    19.06.2013 17:59
    Milli Şuranın təsisdən sonrakı ilk sessiyası 21 iyunda keçiriləcək.Bu barədə musavat.com-a MŞ-nin təsisçilərindən biri məlumat verib. O, deyib ki, MŞ-nin sessiyası səhər 11-də başlayacaq. Gündəlikdə ölkədəki ictimai-siyasi vəziyyət və Milli Şuranın vəzifələridir....
  • Kamran Ağayev Türkiyəyə gedir
    19.06.2013 19:09
    "Bakı" futbol klubunun qapıçısı Kamran Ağayev iyunun 20-də Turkiyəyə yola düşəcək. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisində də çıxış edən qolkiper "Acıbadem" klinikasında əməliyyat olunacaq.Tibbi müdaxilə Ağayevin qası...
  • Cərimə meydançasında 15 maşın yandı
    19.06.2013 15:21
    Bu gün Bakışəhərinin Nizami rayonu ərazisində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) cərimə meydançasında yanğın baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “7 Gözəl” rstoranı ilə üzbəüz ərazidə yerləşən cərimə...
  • Dini icmalar üçün Qubada keçirilən konfransda İlham Əliyevin namizədliyinin dəstəklənəcəyi bildirilib
    19.06.2013 17:11
    Bu gün Quba rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Respublikanın Şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiy...
  • Bəyanatın ardınca ittihamlar gəldi
    19.06.2013 12:45
    "Media forum" saytı xəbər verir ki, Nalbandyan həmsədrlərin Dağlıq Qarabağla bağlı bəyanatının beşinci belə sənəd olduğunu bildirib: "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ problemi ilə bağlı ardıcıl səylərinə böyük önəm veririk. Ermənistan həms...
  • "Zorakılıq halları üzrə monitorinq sistemi yaradılacaq"
    19.06.2013 16:31
    "Hazırda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28%-ə, qadın sahibkarların sayı isə 17% -ə çatıb".AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib."Bədən tərbiy..
  • ADP-nin təşkilat sədri AXCP-yə keçdi
    19.06.2013 14:05
    Novruz Əlixanov istefasının səbəbini Sərdar Cəlaloğlunun Milli Şuraya mənfi münasibətilə əlaqələndirib.ADP Xəzər Rayon Təşkilatının sədri Novruz Əlixanov partiyadan istefa verib. Bu barədə APA-ya N.Əlixanov özü məlumat verib. Onun sözlərinə görə, istefaya partiyan..
XƏBƏR LENTİ
Topnews.az facebook page
  • WTI markalı neft yenidən ucuzlaşdı
    20.06.2013 11:42
    http://www.milli.az/bpictures/picture196582.jpg
    http://www.milli.az/bpictures/picture196582.jpg
    İyunun 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,63 dollar və ya 1,66% azalaraq 1 barelə görə 96,61 dollar təşkil edib.

    APA-nın məlumatına görə, iyunun 18-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,1 dollar və ya 0,1% artaraq 106,12 dollar olub.

    0
    Mənbə: milli.az  
  • Son 10 ildə Azərbaycanda sığorta şirkətlərinin ümumi kapitalı 16 dəfə artıb - nazir
    20.06.2013 11:41
    http://img.salamnews.org/9cfeeac93bd2da82149915c7ed44de9e/thumb_samir1_40.jpg
    http://img.salamnews.org/9cfeeac93bd2da82149915c7ed44de9e/thumb_samir1_40.jpg
    Bakı, 20 iyun, SalamNews, İ.Amid. Son 10 ildə Azərbaycanda sığorta şirkətlərinin ümumi kapitalı 16 dəfə artıb.

    SalamNews-un xəbərinə görə, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə IV Azərbaycan Beynəlxalq Sığorta Forumunda maliyyə naziri Samir Şərifov çıxışı zamanı bildirib.

    Nazirin sözlərinə görə, 2003-2012-ci illərdə ölkədəki sığorta şirkətlərinin ümumi nizamnamə kapitalı 18,4 milyon manatdan 300 milyoon manatdək artıb. Bu dövrdə sığorta şirkətlərinin xalis gəliri 17,5 dəfə artaraq 50 milyon manata çatıb.





    0
    Mənbə: az.salamnews.org  
  • Rafiq Tağının xanımı: "Bunlar qatilin əlində bu qədərmi acizdirlər?"
    20.06.2013 11:41
    http://mediaforum.az//images/articles/2013/06/19/MaileTagiyeva2.jpg
    http://mediaforum.az//images/articles/2013/06/19/MaileTagiyeva2.jpg
    Mərhum yazar Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva iyunun 19-da "Media forum" saytına danışıb.

    O, istintaqın gedişindən narazı olduğunu deyib: "Daima müstəntiqlə əlaqə saxlayıram. Müstəntiq hər dəfə tez bir zamanda nəticənin olacağını bildirir. Ancaq heç bir iş getmir. Rafiqin ölümünün 2 ilinə bir neçə ay qalıb, amma hüquq mühafizə orqanları hələ bir nəticə ortaya qoymayıb. Bu çox müəmmalıdır. Necə olur bıçaqlanan başqa adamların qatili iki-üç günə tapılır, amma Rafiqin qatili tapılmır? Maraqlıdır, bunlar qatilin əlində bu qədərmi acizdirlər?

    Prezidentin qəbuluna düşmək üçün iki dəfə müraciət etmişəm. Üçüncü dəfə də prezidentə teleqram vuracam. Dövlət başçısının bizi qəbul etməsini istəyirik.

    İnanın ki, ürəyim partlayır. Rafiqin ölümünə hələ də vərdiş edə bilmirəm. Hər axşam elə bilirəm Rafiq bu saat işdən gələcək".

    Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

    "Media forum"
    0
    Mənbə: mediaforum.az  
  • İğtişaşlar Türkiyə büdcəsinə ümumilikdə 140 trilyon türk lirəsi zərər vurub
    20.06.2013 11:40
    http://www.atvxeber.az/cache/637689d1a080a7f725ef3d3259692f62_200.jpg
    http://www.atvxeber.az/cache/637689d1a080a7f725ef3d3259692f62_200.jpg
    Türkiyədə bir neçə həftədir davam edən Gezi parkı mitinqləri ölkəyə baha başa gəlib.

     

    Ötən gün jurnalistlərin qarşısına çıxan hakim Ədalət və İnkişaf partiyasının sözcüsü Hüseyn Çəlik ölkəyə aksiyalar nəticəsində dəyən zərərin miqdarını açıqlayıb. Məlum olub ki, iğtişaşlar Türkiyə büdcəsinə ümumilikdə 140 trilyon türk lirəsinə başa gəlib. Buraya turizmə dəyən zərərlər daxil edilməyib.

     

    Onu da qeyd edək ki, hadisələr zamanı 291 iş yeri tamamilə dağıdılıb, 271 şəxsi avtomobil aksiyaçılar tərəfindən yandırılıb,116 polis maşını və 41 təxili tibbi yardım avtomobili yararsız hala salınıb. Eyni zamanda Ədalət və İnkşaf partiyasına aid olan 14 partiya binası yandırılıb.

     
    0
    Mənbə: atvxeber.az  
  • Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərə çağırış etdi
    20.06.2013 11:40
    http://ann.az/file/pic/news/2013-06/1371706576_neqliyyat-idaretme-merkezi.jpg
    http://ann.az/file/pic/news/2013-06/1371706576_neqliyyat-idaretme-merkezi.jpg
    Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

    Mərkəzdən verilən məlumata görə, paytaxtın Neftçilər prospektindən Azadlıq meydanına qədər, Cavanşir körpüsündən şəhər istiqamətinə, Metronun "Koroğlu" stansiyasından Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində tıxac yaranıb.

    Yaranan tıxacın qarşısını almaq üçün Cavanşir körpüsündə yol iki tərəfli olub.

    NİİM-in sürücülərə müraciətində bildirilib ki, şəhər istiqamətinə hərəkət edərkən, paytaxtın 28 May küçəsindən istifadə etsinlər.

    0
    Mənbə: ann.az  
  • Bakıda IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir
    20.06.2013 11:40
    http://img.salamnews.org/3885dd3c5878da98e93cc5f5ceb7f373/thumb_samir_495.jpg
    http://img.salamnews.org/3885dd3c5878da98e93cc5f5ceb7f373/thumb_samir_495.jpg
    Bakı, 20 iyun, SalamNews, İ.Amid. Bu gün Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə IV Azərbaycan Beynəlxalq Sığorta Forumu işə başlayıb.

    SalamNews-un məlumatına görə, forumun açılış mərasimində maliyyə naziri Samir Şərifov çıxış edib.

    İki gün davam edəcək forumda Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri, Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri, Kənd təsərrüfatı sığortası - dövlət tənzimləmələri və bazar reallıqları, Tibbi sığorta - köhnə problemlərin yeni həlləri və Avtomobil sığortası panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

    Toplantıda Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyənin sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış aparıcı ekspertləri, həmçinin Dünya Bankı, Avropanın iri təkrarsığorta şirkətlərindən olan Swiss Re və Europe Re şirkətləri, dünyanın iri sığorta broker şirkətlərindən olan Willis Re şirkəti, tibbi sığorta üzrə ixtisaslaşmış Munich Health şirkəti, Türkiyənin TARSİM (Kənd təsərrüfatı sığortaları Hovuzu) sistemi, AUDOTEX, AVUS, OtoAnaliz şirkətləri, eləcə də Azərbaycanın aparıcı sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edəcəklər. Ekspertlər həyat sığortası, tibbi sığorta, kənd təsərrüfatı sığortası və avtomobil sığortası mövzularında təqdimatlar keçirəcəklər.





    0
    Mənbə: az.salamnews.org  
  • Bakı metrosunda qorxulu anlar
    20.06.2013 11:39
    http://xezerxeber.com/NewsImage/metro-600.jpg
    http://xezerxeber.com/NewsImage/metro-600.jpg
    Dünən axşam saat 21.45 radələrində Bakı Metropoliteninin 28 May stansiyasında bədbəxt hadisə baş verib.20-25 yaşlarında cavan oğlan qəfildən metronun relsləri üzərinə yıxılıb. Hadisə qatarın stansiyaya yaxınlaşdığı anda olub. Bundan sonra isə hadisələr film səhnələrini xatırladıb. Bələdçinin qatarın yaxınlaşmasını elan etməsini eşidən cavan oğlanlar metronun relsləri üzərinə atılaraq oğlanı oradan çıxarıblar.

    Daha sonra hadisə yerinə polis əməkdaşları gəliblər. Əvvəlcə oğlanı kiminsə itələməsindən şübhələnilsə də, su içdikdən sonra özünə gələn cavan, sadəcə başının gicəlləndiyini və müvazinətini itirərək yıxıldığını deyib.

    0
    Mənbə: xezerxeber.com  
  • "Xəzər Lənkəran"dan daha bir futbolçu uzaqlaşdırıldı
    20.06.2013 11:39
    http://anspress.com/images/photos/2104.jpg
    http://anspress.com/images/photos/2104.jpg
    "Xəzər Lənkəran" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Klubun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, komandanın əvəzedici heyətində çıxış edən, müəyyən matçlarda əsas komandaya da cəlb olunan Akif Tağıyev "Xəzər Lənkəran"ın heyətindən uzaqlaşdırılıb.

    Qeyd edək ki, gənc yarımmüdafiəçi "Xəzər Lənkəran"a 2011-2012 mövsümündə transfer olunmuşdu.
    0
    Mənbə: anspress.com  
  • "Suriyanın dostları" konfransı ölkələri Suriyada hakimiyyət ordusunun yeni nailiyyətlərindən narahatdırlar
    20.06.2013 11:39
    http://img.salamnews.org/8956a93441f9d788febb5554fda41943/thumb_16_26.jpg
    http://img.salamnews.org/8956a93441f9d788febb5554fda41943/thumb_16_26.jpg
    Bakı, 20 iyun, SalamNews, B.Samid. "Suriyanın dostları" konfransına üzv ölkələr ölkədə hakimiyyət ordusunun yeni nailiyyətlərindən narahatdırlar.

    SalamNews-un "Reuters"ə istinadla verdiyi xəbərə görə, Fransa Xarici İşlər Nazirliyinin (XİN) adının açıqlanmasını istəməyən yüksək rütbəli diplomatlarından biri şənbə günü Qətərin paytaxtı Dohada keçiriləcək konfransda Suriya müxalifətinə yeni və əhəmiyyətli dəstəyin verilməsi ilə bağlı müzakirələrin aparılacağını bildirib.

    Diplomat, həmçinin konfransda Britaniya, ABŞ, Misir və Səudiyyə Ərəbistanı da daxil olmaqla 11 ölkənin xarici işlər nazirlərinin bir araya gələcəyini deyib. Diplomatın sözlərinə görə, konfrans iştirakçıları G8 ölkələrinin Suriya münaqişəsi ilə bağlı İrlandiyada keçirilən danışıqlarının nəticələrini də araşdıracaqlar.

    Bildirək ki, sözügedən konfransın bundan əvvəl Türkiyədə keçirilən iclasında müxalifətin "Azad Suriya Ordusu"nun baş komandanı Səlim İdris döyüşçülərin ağır silahlarla təchiz edilməsi yollarını müzakirə edib. ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri ilə müqayisədə Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Suriya müxalifətinin ağır silahla təchizatına çoxdan başlayıblar. Aİ ölkələrindən Fransa və Britaniya bu istiqamətdə səylərini davam etdirirlər.





    0
    Mənbə: az.salamnews.org  
  • Gənclər Fondunun təşkilatçılığı ilə "Qan verməklə başqasına həyat verirsən" aksiyası başlayıb
    20.06.2013 11:38
    http://img.salamnews.org/5cd67c84ca1da402bc641efba21582ac/thumb_qanverme_843.jpg
    http://img.salamnews.org/5cd67c84ca1da402bc641efba21582ac/thumb_qanverme_843.jpg
    Bakı, 20 iyun, SalamNews. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun prioritet elan etdiyi sahələrdən biri də gənclərin fiziki sağlamlıqlarının təmin olunmasıdır. Bu məqsədlə son zamanlar cəmiyyətdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanıb.

    Gənclər Fondunun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu Azərbaycanın 12 şəhər və rayonunda 1 günlük aksiyalar keçirməyi nəzərdə tutub.

    İlk aksiya iyunun 20-də, saat 10:00-da Hacıqabulda Mərkəzi Xəstəxananın qarşısında başlayıb. Daha sonra aksiya Bərdə, Mingəçevir, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Tovuz, Gəncə, Göygöl, Xaçmazda davam etdiriləcək.





    0
    Mənbə: az.salamnews.org  
  • BMT-nin Baş Katibi dünya ictimaiyyətinə müraciət edib
    20.06.2013 11:38
    http://img.salamnews.org/9a63eee1c85d9b7fd3a3614578a92697/thumb_pangimun
    http://img.salamnews.org/9a63eee1c85d9b7fd3a3614578a92697/thumb_pangimun
    Bakı, 20 iyun, SalamNews, Ş.Nəzərli. Bu gün - ümumdünya Qaçqınlar Günü münasibətilə BMT-nin Baş Katibi Pan Gi Mun dünya ictimaiyyətinə müraciət edib.

    BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən SalamNews-a verilən məlumata görə, Baş Katib dünyada məcburi köçkünlərin sayının getdikcə artmağından narahatlıq ifadə edib. Bildirib ki, hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün var. Bu, son 20 ildə müşahidə edilən ən böyük göstəricidir. Təkcə keçən il hər qırx beş saniyədə bir nəfər evini tərk etmək məcburiyyətində qalıb.

    Baş katib müraciətində Azərbaycanda bir miyondan çox qaçqın və məcburi köçkünün 20 ildən çox bir zaman ərzində çəkdiyi əziyyətlərə toxunmasa da, son illər digər müsəlman ölkələrində yaranmış vəziyyəti xatırladır: "Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında qeyd edilən qaçqınların yarıdan çoxu məhz beş müharibə gedən ölkədəndir: Əfqanıstan, Somali, İraq, Suriya və Sudan".

    Baş Katib müraciətini bu sözlərlə bitirir:"Ümumdünya Qaçqınlar Günüdə mən beynəlxalq ictimaiyyəti münaqişələrin qarşısını almaq və həll etmək istiqamətində səylərini artırmağa və ailələrin yenidən birləşməsi və qaçqınların evlərinə qayıtmaları naminə sülh və təhlükəsizliyə nail olmağa yardım etməyə səsləyirəm".





    0
    Mənbə: az.salamnews.org  
  • İzləyənləri dəhşətə gətirən körpə
    20.06.2013 11:38
    http://xezerxeber.com/NewsImage/kkkk.png
    http://xezerxeber.com/NewsImage/kkkk.png
    Suriyada 2 ildir davam edən və humanitar böhrana çevrilən vətəndaş müharibəsi əli yalın dinc insanlar, qocalar, qadınlar hətta uşaqları da qurbana çevirib.

    İndi suriyalıların yeganə arzusu 100 min civarında insanın öldüyü və nəhəng dövlətlərin mənfəət meydanına çevrilən ölkədə müharibənin bir an əvvəl başa çatmasıdır...

    Uşaqların ahnaləsi isə ürək dağlayır... Dayanmadan Allah deyən bu körpə kimi...

    O, Bəşər Əsəd qoşunlarının yerlə yeksan etdiyi kəndlərdən sağ xilas edilən uşaqlardandır.

    Bəlkə də ölən anasına, ya atasına, ya da qardaş bacılarına ağlayır.

    Dəra şəhərindən tapılan körpə dayanmadan ard-arda 28 dəfə Allah deyir.

    İnternetdə yerləşdirilən bu kadrlar izləyənləri də heyrətə gətirir.

    /* */
    0
    Mənbə: xezerxeber.com  
  • Braziliyada aksiyalar davam edir: xəsarət alanlar var
    20.06.2013 11:38
    http://www.atvxeber.az/cache/92c9e39535225e3513c6ec6cf66ae742_200.jpg
    http://www.atvxeber.az/cache/92c9e39535225e3513c6ec6cf66ae742_200.jpg
    Braziliyada mitinqlər səngimək bilmir.

     

    Ölkənin şimal şərqində yerləşən Fortaleza şəhərində bir qrup aksiyaçının Konfedarasiya kuboku çərçivəsində oynanılması planlaşdırılan Braziliya-Meksika oyunun keçiriləcəyi stadiona hücumu toqquşmalarla nəticələnib. Mitinq iştirakçılarını stadiona buraxmayan təhlükəsizlik əməkdaşları əraziyə əlavə qüvvələr çağırmalı olub.

     

    Sayları sürtlə artan aksiyaçılar qısa zaman ərzində 15 minə çatıb. Toqquşmalarda  xeyli sayıda insanın xəsarət aldığı bildirilir. Hökumətin həyata keçirdiyi iqtisadi islahatlara etiraz edən aksiyaçılar mitinqlərini dayandırmayacaqlarını bəyan ediblər.

     
    0
    Mənbə: atvxeber.az  
  • Cem Yılmaz Bakıya qışda gələcək
    20.06.2013 11:36
    http://assets.gun.az/media/W1siZiIsIjEzNzM3NS8xMzcxNzA4NjcxQEFSIl0sWyJwIiwidGh1bWIiLCIzMjZ4MjEwIyJdXQ
    http://assets.gun.az/media/W1siZiIsIjEzNzM3NS8xMzcxNzA4NjcxQEFSIl0sWyJwIiwidGh1bWIiLCIzMjZ4MjEwIyJdXQ
    Türkiyənin məşhur komediya ustası Cem Yılmazın Bakıda xüsusi proqramla çıxışı hələ də reallaşmır.

    Məşhur aktyoru Azərbaycana gətirəcəyini vəd edən təşkilatçı Samir Xəttab Gün.Az-a açıqlamasında aktyorun Bakıda bu ilin sonunda çıxış edəcəyini deyib.

    Çıxışın gecikməsinin səbəbini isə aktyorun yaradıcılığına fasilə verməsi ilə əlaqələndirib:

    "Biz onun çıxışını bu yay reallaşdırmaq istəyirdik, alınmadı. Aktyorun Bakı səhnəsində çıxışı bu ilin sonuna qədər təxirə salındı. Çünki Cem Yılmaz "stand-up"larına ara verib. O, hazırda səhnəyə çıxmaq istəmir. Özü rəsmi açıqlamasında fasilə verdiyini bildirib"

    Xatırladaq ki, Samir Xəttab Cem Yılmazın Bakı konserti üçün 150 min avro qonorar istədiyini demişdi.

    Qeyd edək ki, "G.O.R.A", "A.R.O.G", "Yahşi Batı" və sair filmlərin quruluşçu rejissoru olan Cem Yılmaz, gözəl aktyor olmaqla yanaşı, karikatura rəssamı, dublyaj səsləndirməsi, musiqi ilə də məşğuldur.

    Aytən Həsənova

    11
    Mənbə: gun.az  
  • Qurban Pirimovun məşhur tarı və digər əşyaları barədə bilgilər əldə olunub
    20.06.2013 11:36
    http://www.azadinform.az/up/news/article/2013/iyun/20/qurban_pirimov.jpg
    http://www.azadinform.az/up/news/article/2013/iyun/20/qurban_pirimov.jpg
    Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi" layihəsi çərçivəsində müvafiq tədbirlərini davam etdirir.

    SAMF-dan "Azadinform" verilən məlumata görə, layihənin yekunu olaraq hazırlanacaq "Qarabağ muzeyləri" ensiklopedik kitabının materiallarının toplanması üçün fondun əməkdaşları Nəzirməmməd Zöhrablı və Murad Həsənov Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyindəki eksponatlarla tanış olublar. Paytaxt Bakıda yerləşən bu muzeyə baş çəkməkdə məqsəd Azərbaycanın görkəmli sənətkarı, tarzən, mərhum Qurban Pirimov barədə bilgilərin əldə edilməsi olub.

    Qeyd edək ki, Qurban Pirimovun xatirə muzeyi vaxtilə Ağdam rayonunun Gülablı kəndində 1991-ci ildə fəaliyyət göstərmiş, ermənilərin bu kəndi işğal etməsi nəticəsində vəhşicəsinə məhv edildiyindən SAMF Azərbaycan incəsənətinə xüsusi töhfələr bəxş etmiş sənətkarın Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunub saxlanılan şəxsi əşyaları barədə məlumatları toplamağa məcbur olub. Əşyalar içərisində ən çox diqqəti çəkən sənətkarın Azərbaycan Musiqi Mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış tarıdır. Qurban Pirimovun məşhur tarı ilə yanaşı, solo konsertlərdəki çıxışlarının fotolarını, onun təsbehini, qəlyanını və s. əşyalarını böyük hörmətlə qoruyub saxlayan muzey əməkdaşlarına fondun xüsusi təşəkkürləri ifadə olunub.

    Xatırladaq ki, layihə çərçivəsində axtarışlarını davam etdirirən SAMF Qarabağ muzeyləri barədə məlumatlı olan ölkə vətəndaşlarından bu layihəyə informasiya dəstəyi vermələrini xahiş edir.
    0
    Mənbə: azadinform.az  
  • Türkiyə polisinin qazı qurtarır
    20.06.2013 11:35
    http://anspress.com/images/photos/40243.jpg
    http://anspress.com/images/photos/40243.jpg
    Türkiyədə iki həftədir bitmək bilməyən etirazlar, görünür, polisi yaman əldən salıb. Nümayişçilərin intensivliyi və aksiyaçıların sönməyən entusiazmı gözlənilməz nəticələrə səbəb olub.

    ANS PRESS-in məlumatına görə, "CNN" Turk yazır ki, polisin nümayşçiləri dağıtmaq üçün gözyaşadırıcı və bibər qazı qumbarası demək olar ki, tamamilə tükənib. Bu xəbəri ölkənin Baş Təhlükəsizlik İdarəsi də təsdiqləyib. Bütün aksiyalar boyu təxminən 130 min qaz qumbarası istifadə olunub. Məsələ ilə bağlı polisə xüsusi mühafizə və təhlükəsizlik vasitələrinin tədarükü üçün tender keçirilib. Hökumət də təzyiqli su maşınınlarının sayını artırmaq qərarına gəlib.

    Türkiyə hökuməti bu məsələni həll etmək üçün dövlət büdcəsindən əlavə vəsait ayırmalı olacaq. Türkiyə Daxili İşlər Nazirilyi isə Maliyyə Nazirliyindən subsidiya almağı planlaşdırır. Lakin konkret məbləğ hələlik məlum deyil, çünki etiraz aksiyalarının nə vaxt bitəcəyini heç kim bilmir.

    Xatırladaq ki, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan çərşənbə axşamı çıxış edərkən bildirib ki, ölkədə vəziyyət tam nəzarət altına alınıb.
    1
    Mənbə: anspress.com  
  • "Muhteşem yüzyıl"da yeni Hürrəm Sultan qalmaqalı
    20.06.2013 11:35
    http://www.milli.az/bpictures/picture196549.jpg
    http://www.milli.az/bpictures/picture196549.jpg
    Bu isə serialla bağlı qalmaqal yaradıb.

    Milli.Az AHT-yə istinadən bildirir ki, türk tamaşaçılar V.Gördümün ifasındakı Hürrəm Sultanı bəyənməyiblər.

    Sosial şəbəkələrdə aktrisa və onun oyunu çox sərt tənqid olunur.

    "Muhteşem yüzyıl" serialı ilə bağlı Star TV telekanalına reklam vermiş bir sıra şirkətlər isə reklam müqavilələrinin müddətini uzatmaqda tərəddüd edirlər.

    Onlar serialın reytinqinin aşağı düşməsi ilə bağlı rəqəmlərdən narahat olublar.

    Twitter və Facebook istifadəçilərinin fikrincə, "Muhteşem yüzyıl"da Vahidə Gördümün oyunu, onun "Hürrəm Sultan"ı tam fiaskodur.

    Türkiyənin məşhurlarının Twitter-də olayla bağlı yazdıqlarının bəzilərini təqdim edirik:

    Burak Özçivit: "Vəssalam. Balıbəy dördnala çaparaq vətəninə döndü. Serialda zəhmət çəkmiş hər kəsə təşəkkür edirik. Əlvida"

    Demet Akalın: "Hürrəmin gedişindən bir ay keçdi. Ah, Məryəm, ah... Bunu etməyəcəkdin. Vallahi ki, sağal, gəl. Qurban olum, əl çək bu inaddan!"

    Erol Köse: "Yeni postmenopauza Hürrəm Vahidə Gördüm tam fiasko! Qanuni Sultan Süleymanın anası yaşındadır. Üstəlik, inandırıcı oynamır. Ah, Məryəm Üzerli, ah!"

    Burak Süleyman: "Serialın yeni mövsümündə Sultan Süleyman belə qoca, belə qart Hürrəm Sultandan uzaq durmaq üçün vaxtını at belində keçirəcək"

    Sultan Yalçın: "Hürrəm Sultan sultanın anası kimi geri dönüb"

    Ayşe Pınar: "Sultan Süleyman bu Hürrəmlə öpüşsə, ürəyim ağzıma gələcək"

    2
    Mənbə: milli.az  
  • Kamran Ağayev Türkiyədə əməliyyat olunacaq
    20.06.2013 11:35
    http://teleqraf.az//images/xebersekilleri/11iyun2013/200.jpg
    http://teleqraf.az//images/xebersekilleri/11iyun2013/200.jpg
    Futbolçunun bir ay sonra məşqlərə başlanmasını gözlənilir.

    "Bakı" futbol klubunun qapıçısı Kamran Ağayev sabah səhər saatlarında Turkiyəyə yola düşəcək. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, uzun müddət qasıq nahiyyəsindəki ağrılardan əziyyət çəkən qapıçı klubumuzun sağlamlıq sponsoru olan "Acıbadəm" klinikasında əməliyyat olunacaq.

     

    Komandamızın həkimi Rafiq Hüseynovun məlumatına əsasən, əməliyyat olunacaq Kamranın təxminən, bir ay sonra məşqlərə başlanmasını gözlənilir.
    4
    Mənbə: teleqraf.az  
  • İcra başçısı Xızını viran qoyub
    20.06.2013 11:32
    http://www.tia.az/uploads/1371708817_Xizi.jpg
    http://www.tia.az/uploads/1371708817_Xizi.jpg
    Zeynəb Xanlarovanın tənqidləri nəticəsiz qalıb

    TİA.AZ xəbər verir ki, Xızının hazırkı icra başçısı Xəzər Aslanov Yardımlıdan bu rayona göndərilib. Geridə qalan müddət ərzində isə xızılıların güzəranında, problemlərinin həllində irəliləyiş olmayıb.

    Yerli sakinlərdən biri saytmıza bildirib ki, parlamentin iclaslarının birində deputat Zeynəb Xanlarovanın tənqidləri qulaqardına vurulub: "Bu rayonun deputatı olan Zeynəb xanım dözməyib dilə gəldi. Milli Məclisdə oturanlara dedi ki, Altıağac qoruğunda boş yer qalmayıb, torpaqlar məmurlar tərəfindən zəbt edilib, orada villalar, saraylar ucaldılıb, yerli camaat isə qara gündə yaşayır".

    Vəziyyət dəyişməyib. Xızı əhlini dağa qalxmağa da qoymurlar. Hər addımda post qoyulub, nəzarətçilərsə orada gecə-gündüz keşik çəkir. Dağların həndəvəri tikanlı məftillərlə mühasirəyə alınıb. Səbəb də budur ki, Qızılqazma kəndi ərazisində ölkə rəhbərliyinə daxil olan şəxslərin, nazirlərin, iri ranqlı məmurların villa və iqamətgahları yerləşir. Ümumiyyətlə, bu kənddə mühafizəçilər hərəkəti məhdudlaşdırıblar. Xızı sakini bildirib ki, məmur sarayları olan əraziyə yaxınlaşmaq mümkün deyil və kəndlilər bu zolağa tez-tez vertolyot qonduğunu görürlər.

    Hər kəsin bu məsələdən tərəddüd, pıçıltı ilə danışdığını deyən həmsöhbətimiz bildirir ki, bu massivdə rəsədxana da tikilib. Bura təşrif buyuran villa sahiblərinin rəsədxanadan xoşu gəlir. Qızılqazma kəndi tamamilə mühasirədə olduğuna görə kənardan gələn şəxsləri orada istirahət etməyə, dağa qalxmağa qoymurlar.

    Burada taxtadan tikilən çoxsaylı orijinal villalar da var. Kənddə bu cür malikanələrin tikilməsinə görə bütün meşələr məhv, yaşıllıqlar isə qəsb edilib. Xızıda fövqəladə hallar nazirindən tutmuş biznesmen deputatlara qədər hər kəsin villası ucaldılıb.

    Əvəzində isə Xızı sürətlə boşalır, "böyük köç" prosesi yaşanır, ərazilərin işğal olunması imkanı daha da genişlənir, kasıb əhali isə işsizlikdən baş götürüb şəhərə üz tutur. Rəsmi məlumatlarda Xızıda 15062 nəfər əhalinin yaşadığı qeyd olunsa da sakinlər əksini iddia edir. Deyirlər ki, əhalinin sayında ilbəil azalma müşahidə olunur.
    3
    Mənbə: tia.az  
  • İran: atalar dörddən deyib?
    20.06.2013 11:31
    http://mediaforum.az//images/articles/2013/06/19/iran1.jpg
    http://mediaforum.az//images/articles/2013/06/19/iran1.jpg
    Gələn il Braziliyada keçiriləcək dünya çempionatına qonşu İranın futbol yığması da qatılacaq. Bu, İran üçün dördüncü dünya çempionatı olacaq. İlk dəfə 1978-ci il birinciliyində çıxış edən İran komandası 1998-ci ildən maraqlı qrafik cızır: DÇ-1998-də oynayıb, DÇ-2002-dən kənar qalıb, DÇ-2006-da da olub, DÇ-2010-a çıxa bilməyib və nəhayət, DÇ-2014-ə qatılacaq.

    Əvvəlki üç dünya çempionatında İran qrup mərhələsini adlaya bilməyib və 9 oyunda 1 qələbəsi var. Amma necə qələbə: DÇ-1998-də ABŞ-la oyundakı tarixi qələbə (2:1).

    İran yığmasını 2011-ci ilin aprelindən tanınmış portuqaliyalı mütəxəssis Karluş Keyroş çalışdırır. "Mançester Yunayted" (köməkçi kimi), "Real" və Portuqaliya yığmalarında iş təcrübəsi olan 60 yaşlı məşqçi.

    Komandanın əsasını yerli çempionatda çıxış edən futbolçular təşkil edir. Legionerlərdən isə 2008-ci ildən İspaniya "Osasuna"sının formasını geyinən yarımmüdafiəçi Məsud Şücai, İngiltərə "Fulhem"inin yarımmüdafiəçisi Əşkan Dejage və Belçika "Standard"ının hücumçusu Rza Quçannejadın adlarını çəkmək olar. Xüsusilə sonuncu məhsuldarlığı ilə seçilir: vaxtilə Hollandiyanın U-19 yığmasında oynamış 25 yaşlı futbolçu millidə 7 oyunda 5 qol vurub.

    Cənubi Azərbaycanın fəxri olan "Traktorsazi" klubunda oynayan və ya ötən mövsüm oynamış futbolçulardan isə qapıçılar Hamid Lək və Möhsün Furuzan, müdafiəçilər Məhəmmad Nüsrəti və Milad Fəxrəddini, yarımmüdafiəçi Əli Kərimi, hücumçular Mehdi Seyid Salehi və Məhamməd İbrahimi İran yığmasının son bir ildəki qarşılaşmalarına dəvət alıblar.

    Komandanın əsas heyətində 30 yaşlı erməni yarımmüdafiəçi Andranik Teymuryan da çıxış edir.

    "Media forum"
    2
    Mənbə: mediaforum.az  
  • Milli Şuraya qarşı repressiya
    20.06.2013 11:29
    http://www.tia.az/uploads/1371708237_IsaSadixov.jpg
    http://www.tia.az/uploads/1371708237_IsaSadixov.jpg
    Müdafiə nazirinin sabiq müavini beynəlxalq axtarışa verildi; hakimiyyət İsa Sadıqovun mühacirətdən qayıdıb keçmiş hərbçiləri ətrafına toplayaraq seçkilərdə orduya nüfuz edə biləcəyindən narahatdır

    Müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik İsa Nəzər oğlu Sadıqov beynəlxalq axtarışa verilib. Bu barədə məlumatı vesti.az saytına hüquq-mühafizə orqanlarındakı mənbə verib. Məlumata görə, Hərbi Prokurorluğun Xüsusi İstintaq İdarəsində İsa Sadıqov barəsində Cinayət Məcəlləsinin 341.3 (müharibə dövrü və ya döyüş şəraitində və ya hakimiyyət və ya qulluq mövqeyindən sui-istifadə, səlahiyyət həddini aşma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda bu iş üzrə araşdırma aparılır. Qeyd edək ki, ilk dəfə olaraq "Yeni Müsavat" 2001-ci ildə Azərbaycanı tərk edərək Norveçdə sığınacaq alan mühacir polkovnikin bu yaxınlarda ölkəsinə dönəcəyini yazıb. Bu barədə əldə etdiyimiz məlumatları İ.Sadıqov özü də təsdiqləyərək bildirmişdi ki, iki ay əvvəl Norveçi tərk edərək Gürcüstana gəlib. Onu da öyrənmişdik ki, İ.Sadıqov bu yaxınlarda Türkiyədə səfərdə olub, bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib.
    2
    Mənbə: tia.az  
  • "ABŞ dünyada nüvə silahlarının azaldılmasını tələb etdiyi halda, özü sürətlə silahlanır"
    20.06.2013 11:29
    http://www.atvxeber.az/cache/f81da2923ba95029cea6e8bd3f57b391_200.jpg
    http://www.atvxeber.az/cache/f81da2923ba95029cea6e8bd3f57b391_200.jpg
    Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının sürətlə silahlanmasını tənqid edən bəyanatla çıxış edib.

     

    Yerli telekanallardan birinə müsahibəsində o bildirib ki, Birləşmiş Ştatlar dünyada nüvə silahlarının azaldılması istiqamətində tədbirlər görməsinə baxmayaraq, özü də sürətlə silahlanır.

     

    Raketdən müdafiə sistemlərinə və uzaq mənzilli raketlərin yeni modellarinin istehsalına toxunan Rusiya lideri etiraf edib ki, super dövlətlərin belə sürətlə silahlanma yarışına davam etməsi yaxşı nəticə verməyəcək. O, bildirib ki, istənilən dövlətin güclü silah ehtiyyatına sahib olması onun hücum potensiyalını artırır.

     
    0
    Mənbə: atvxeber.az  
  • ABŞ-ın "Səbirsiz aslan-2" hərbi təlimləri yekunlaşdırılıb
    20.06.2013 11:28
    http://www.atvxeber.az/cache/ba29bf32169cb8e0b160463e53bd5e5b_200.jpg
    http://www.atvxeber.az/cache/ba29bf32169cb8e0b160463e53bd5e5b_200.jpg
    Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında İordaniyada təşkil olunan  hərbi təlimlər başa çatıb.

     

    Türkiyə də daxil olmaqla 18 dövlətin iştirak etdiyi hərbi məşqlər uğurla yekunlaşıb. "Səbirsiz aslan -2" adlandırılan sözügedən təlimlərdə  F-16 qırıcı təyyarələri, Patriot raket sistemlərinin iş qabiliyyəti, ağır hərbi texnika sınaqdan çıxarılıb. 10 minə qədər hərbçinin iştirak etdiyi təlimlərin olduqca uğurlu nəticələrlə başa çatdığı qeyd olunur. 

     
    0
    Mənbə: atvxeber.az  
  • "DolceGabbana"nın yaradıcıları həbs olunub
    20.06.2013 11:18
    http://news.lent.az/upload/images/news/2013/june/20/big/d9229620b0824c2dffcb19b6137ae160.jpg
    http://news.lent.az/upload/images/news/2013/june/20/big/d9229620b0824c2dffcb19b6137ae160.jpg
    Dünyanın məşhur "Dolceamp;Gabbana" brendinin yaradıcıları Domeniko Dolçe və Stefano Gabana vergidən yayınmağa görə həbs olunub.

    APA-nın məlumatına görə, İtaliyanın Milan şəhərində keçirilən məhkəmədə brendin sahiblərinin 2004-cü ildə Lüksemburqda səyyar şirkət quraraq "Dolceamp;Gabbana" və başqa bir neçə məşhur brendi bu şirkətə sataraq 1 milyon avro mənimsədiyi, vergidən yayındığı bəlli olub. Məhkəmə modelyerlər barəsində 500.000 avro ödəməklə, 1 il 8 ay müddətinə həbs qərarı seçib.
    11
    Mənbə: news.lent.az  
  • Yol polisi qəzaya düşdü
    20.06.2013 11:17
    http://xeber24.az//images/stories/polis-qeza2(1).jpg
    http://xeber24.az//images/stories/polis-qeza2(1).jpg
    Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

    AzNews.az xəbər verir ki, saat 23:00 radələrində, Heydər Əliyev prospektində yol polis əməkdaşları qəza törədib.

    DYP avtomobili Əmircan qəsəbəsi ərazisində olan körpünün üzərində yol hərəkəti qaydalarını pozaraq, "Opel" markalı avtomobillə toqquşub.

    Hadisə nəticəsində hər iki maşın ciddi xəsarət alıb.
    7
    Mənbə: xeber24.az  
  • Fukuşima AES yenidən təhlükə yaradıb
    20.06.2013 11:17
    http://www.atvxeber.az/cache/e50b6ff08bc8c753f1143ed0800f69a6_200.jpg
    http://www.atvxeber.az/cache/e50b6ff08bc8c753f1143ed0800f69a6_200.jpg
    Yaponiyanın Fukuşima atom elektrik stansiyasının Daiçi nüvə reaktorunda yeni radiaktiv sızıntı qeydə alınıb.

     

    Nüvə reaktoru yaxınlığında aparılan araşdırmalar nəticəsində məlum olub ki, reaktorun yerləşdiyi ərazidə yeraltı sularda radiasiyanın miqdarı normadan qat-qat artıqdır.

     

    Sözügedən radiaktiv suyun 27 metr uzaqlıqdakı dənizə qarışmaması üçün təcili tədbirlər həyata keçirilib. Yeri gəlmişkən onu da qeyd edək ki, Fukuşima atom elektrik satansiyasında baş verən hadisə Çernoblda qeydə alınan qəzadan sonra ən iri nüvə fəlakəti kimi tarixə düşüb. 

     
    3
    Mənbə: atvxeber.az  
  • Bakıda IV Azərbaycan Beynəlxalq sığorta forumu işinə başlamışdır
    20.06.2013 11:16
    http://topnews.az/images/logo.png
    İyunun 20-də Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda IV Azərbaycan Beynəlxalq sığorta forumu işinə başlamışdır.

    Forumda 20-dən çox ölkənin sığorta, təkrarasığorta və broker şirkətlərinin 200-dən çox nümayəndəsi iştirak edir.

    İki gün davam edəcək forumda "Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri", "Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri", "Kənd təsərrüfatı sığortası-dövlət tənzimlənmələri və bazar reallıqları", "Tibbi sığorta-Köhnə problemlərin yeni həlləri", "Avtomobil sığortası" mövzularında müzakirələr aparılacaqdır.
    1
    Mənbə: azertag.com  
  • Kraliça və ölkə o uşağı gözləyir
    20.06.2013 11:15
    http://www.milli.az/bpictures/picture196542.jpg
    http://www.milli.az/bpictures/picture196542.jpg
    Milli.Az Mail Online-a istinadən bidirir ki, Keytin dünyaya gətirəcəyi uşağın oğlan və ya qız olacağı bilinmir.

    Şahzadə Uilyamla xanımı bu uşağın cinsiyyətini əvvəlcədən öyrənməmək qərarına gəliblər.

    Uşaq iyulun ortalarında doğulacaq.

    Doğuş üçün hersoginya Keyt Londonun qərbindəki Peddinqton səmtində yerləşən "St Mary's Hospital"ı seçib.

    31 il əvvəl şahzadə Çarlz və onun xanımı Diananın böyük oğlu Uilyam məhz bu xəstəxanada dünyaya gəlmişdi.

    Hersoginya Diananın doğuşunu kral sarayının ginekoloqu Markus Setçell qəbul edəcək.

    Uşağın doğulması barədə ictimaiyyət yalnız həkimlərin doğuşla bağlı imzaladığı rəsmi sənədin polis mühafizəsi altında kraliçanın ailəsinə, sonra da Middltonlar ailəsinə çatdırmasından sonra xəbər tutacaq. Yalnız bundan sonra Bukinhem Sarayı gələcək əlahəzrətin doğulması barədə rəsmi açıqlama verəcək.

    Açıqlamadan sonra Tauer və Hayd-Parkda artilleriya salyutu olacaq.

    5
    Mənbə: milli.az  
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri