İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşa

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 2016-cı il "Multikulturalizm ili" çərçivəsində üç müxtəlif- azərbaycan, rus və yəhudi mədəniyyətlərini bir məkanda cəmləşdirərək "O da aşiq olub yaza dünyada" adlı layihə çərçivəsində yeni tamaşa nümayiş etdirəcək. SİA-nın verdiyi xəbərə görə, dövlət sifarişi ilə hazırlanacaq A.P.Çexovun "Ayı", Elçinin "O da aşiq ola..." və yəhudi dramaturqu Yosef Bar-Yosefin "Qəliz adamlar" pyeslərini üç müxtəlif mədəniyyətlərin ortaq səhnə təcəssümü olan tamaşa gənc rejissor Nicat Qəribin quruluşunda təqdim olunacaq.

Premyerası bu ilin sentyabr ayında nəzərdə tutulan tamaşanın hazırda məşqləri gedir.