Peşəkar Futbol Liqasının prezidenti postuna seçki keçiriləcək

Bakı, 4 iyul, AZƏRTAC

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçki keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mərasim iyulun 5-də baş tutacaq.

AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq. Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri də iştirak edəcəklər.