Mənzildən külli miqdarda oğurluq FAKTI

Bakıda mənzildən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlayan şəxslər yaxalanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Cahangir Əliyevin evindən 70000 ABŞ dolları, 30000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tutulublar.