"Excelsior Hotel Baku" mətbuatın birincisi oldu

"Media Consulting Services" şirkəti 2016-cı ilin iyun ayında mətbuatda ən çox xatırlanan otellərin adlarını açıqlayıb. Şirkətin apardığı araşdırmalara əsasən "Excelsior Hotel Baku" oteli iyun ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. İyun ayında "Excelsior Hotel Baku" otelinin fəaliyyəti ilə bağlı mətbuatda 279 məlumat işıqlanmışdır. Media monitorinq 10 televiziya, 35 çap və 170 online media daxil olmaqla 215-dən çox mənbədə işıqlanan məlumatlar say, xarakter və məzmun üzrə təhlil edilərək, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

"AtaHolding" ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova bildirdi ki, "Excelsior Hotel Baku"nun fəaliyyəti, xidmətləri və yenilikləri haqqında geniş məlumatın təqdim edilməsi otelin fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır. Iyun ayında "Excelsior Hotel Baku" oteli PR və moda sahələrini inkişafına və təbliğinə həsr edilmiş maraqlı layihələr həyata keçirmişdir".

"Excelsior Hotel Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.