Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Apellyasiya Məhkəməsinə müraciət edib

Bakı. Şəhriyar Əlizadə -APA. Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

APA-nın məlumatına görə, apellyasiya şikayətində R. Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayətə yaxıngünlərdə Bakı Apellyasiya Məhkəməsindəbaxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Məmmədovvə İsfəndiyarİsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlarməhkəmə zalından azadlığa buraxılıblar,Arzu Məmmədov barəsində seçilmişev dustaqlığı qətimkan tədbiri isə ləğv olunub.

Həmin şəxslər dələduzluqda təqsirləndirilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.