"Air Cairo" aviaşirkəti Bakıdan Şarm əş-Şeyxə olan aviareysləri dayandırıb

Bakı, 4 iyul, Elvin Camalov, AZƏRTAC

Misirin "EgyptAir" aviaşirkətinə məxsus olan "Air Cairo" çarter aviaşirkəti Bakıdan Şarm əş-Şeyxə olan aviareysləri dayandırıb.

AZƏRTAC "EgyptAir" aviaşirkətinə istinadla xəbər verir ki, uçuşların dayandırılmasına səbəb bu reys üzrə tələbatın az olmasıdır.

Qeyd edək ki, uçuşlar avqustun 1-də bərpa olunacaq.