ARDNF-də MHŞT üzrə çoxtərəfli qrupun növbəti iclası keçirilib

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı il iyulun 4-də Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib. Fonddan "APA-Economics"ə verilən xəbər görə, MHŞT üzrə beynəlxalq katibliyin nümayəndələri Diveke Roqan və Tatyana Sedovanın iştirakı ilə keçirilən ÇQ-nin iclasında Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti qiymətləndirmə prosesi müzakirə edilib.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.