Türkiyədə qaçaqmalçılıqda şübhəli bilinən azərbaycanlı saxlanılıb

Bakı. Trend:

Türkiyədə qaçaqmalçılıqda şübhəli bilinən azərbaycanlı saxlanılıb.

Trendin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan azərbaycanlı Birləşmiş Ərəb Əmirliklərindən İstanbula dəyəri təxminin bir milyon dollar olan zümrüd qaşlarla işlənən zinət əşyası gətirərkən Sabiha Gökçen hava limanında saxlanılıb.

Məlumata əsasən, zinət əşyasının ümumu çəkisi 5 kq.500 qramdır.