Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber bu ay Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə H.Zalber özü məlumat verib.

O, səfərin dəqiq tarixini açıqlamayıb.

Xüsusi nümayəndə Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.

Qeyd edək ki, H.Zalber sonuncu dəfə aprelin 15-də Azərbaycana səfər edib.