Binəli Yıldırım: Türkiyə-Rusiya əlaqələri əvvəlki kimi olacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə və Rusiya arasında əlaqələr əvvəlki kimi olacaq.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, rusiyalı turistlər artıq Türkiyəyə gəlməyə başlayıblar: "İki ölkə arasındakı böhran və Türkiyədəki terror aktları ölkənin turizm sektoruna güclü təsir edib".