Lavrov Ermənistanda səfərdədir

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir.

"Xəzər Xəbər" RusiyaXarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Edvard Nalbaldyanla görüşüb.

Görüşdən sonra Rusiya XİN başçısı bu gün Yerevanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Rusiyanın xarici işlər nazirinin Ermənistana səfərindən sonra Azərbaycana gələcəyi gözlənilir.