Transfer rekordunu o qıracaq!

Baş məşqçi postuna Joze Mourinyonu gətirməklə İngiltərə Premyer Liqasında yeni mövsümə damğa vurmaq istəyən "Mançester Yunayted" ulduzları heyətinə qatmağa davam edir.

XəzərXəbər xəbər verir ki, PSJ ilə anlaşması bitən Zlatan İbrahimoviçi transfer edən "Qırmızı şeytanlar" indi də "Yuventus"un yarımmüdafiə xəttinin dirəyi Pol Poqbaya maraq göstərir.

İngiltərə mətbuatının iddiasına görə, MY rəhbərliyi Poqbanı "Old Trafford"a gətirmək üçün kisənin ağzını tam açıb. İngilislər fransız futbolçuya görə "Yuve"yə 100 milyon funtluq təklif göndərməyə hazırlaşır.

Bu keçid baş tutsa, 2013-cü ildə 86 milyon funta "Tottenhem"dən "Real"a keçən Qaret Beyl dünyanın "ən bahalı oyunçusu" statusunu itirəcək. Poqbanın Madriddə həftəyə 250 min funt alacağı deyilir.