Smartfon istifadə edənlər bu xəbəri mütləq oxusun!

"Kasperski laboratoriyası" mobil qurğuların pul tələb edən viruslara yoluxması hallarının kəskin artımı haqda məlumat verib.

XəzərXəbər "ictnews.az" saytına istinadla xəbər verir ki, bir ildə "Kasperski Laboratoriyası"nın məhsulları tərəfindən aşkar edilmiş belə virusların sayı 4 dəfə artıb.

Bir qayda olaraq belə zərərli proqram qurğunun tərkibini şifrləyir və məlumatları deşifr edən kod üçün pul tələb edir. Başqa bir variant əməliyyat sisteminə və ya onun əsas funksiyalarına girişin tam bloka salınmasıdır.

Almaniya, Kanada, Böyük Britaniya və ABŞ-da "Android" mobil sistemli qurğularına "Kasperski Laboratoriyası"nın məhsullarını quraşdırmış istifadəçilər əksər hallarda belə virusların qurbanına çevrilirlər.