EBRD-nin Bakı ofisinin rəhbəri işdən çıxdı

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin direktoru Nil Makkeyn (Neil McKain) iş yerini dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, bundan sonra N. Makkeyn EBRD-nin Bişkek (Qırğızıstan) ofisinin direktoru kimi fəaliyyət göstərəcək.

Hazırda EBRD-nin Bakı ofisinin direktoru vəzifəsinə təyinat yoxdur.

 

Qeyd edək ki, N. Makkeyn Azərbaycanda 5 ilə yaxın çalışıb.