Kim Çen In 40 kq kökəldi

Şimali Koreya lideri Kim Çen In 40 kiloqram kökəlib və yuxusuzluqdan əziyyət çəkir.

Bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, 33 yaşlı dövlət başçısı tez-tez yemək yeyir və özünə qarşı qəsd təşkil oluna biləcəyindən qorxduğu üçün yuxusuzluqdan əziyyət çəkir.

"Həddən artıq qidalanma və spirtli içkilərin qəbulu onda xəstəliklərin yaranmasına yol açıb" - deyə mənbə məlumat verib.

Kim Çen In 2012-ci ildə 90 kiloqram idisə, 2014-cü ildə bu göstərici 120 kiloqrama, hazırda isə 130 kiloqrama qədər yüksəlib.

Şimali Koreyada piylənmə və kökəlmə elit ailələrdə ən böyük problemlərdən sayılır./