Rusiya İstanbul terroruna görə ABŞ-ı günahlandırdı

Rusiya Dövlət Duması Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov Atatürk Hava Limanında terakt törədən Əhməd Çatayev ilə bağlı ABŞ Federal Təhqiqat Bürosunu (FTB) günahlandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, rusiyalı deputat Çatayevin bir müddət öncə Rusiyada axtarışa verildiyini xatırladıb:

 

"Biz FTB-dən Çatayevin ekstradisiyasını istədik, ancaq vermədilər. O da gedib İstanbulu partlatdı. Bunun məsuliyyətini kim daşıyır?"

 

Xatırladaq ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb. Partlayışın əsas təşkilatçısı Dağıstan əsilli Rusiya vətəndaşı Əhməd Çatayev olub.