Bakıda azyaşlı beşinci mərtəbədən yıxılaraq ölüb

Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.

Binəqədi rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumat agörə, hadisə iyulun 3-də qeydə alınıb. Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Nadir Xəlilov evlərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb. 

N.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.