Bakı sakinindən silah götürülüb

Bakı. Hafiz Heydərov - APA. Bakıda silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Musayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TT" markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.