Tolik həmkarına görə sevindi

Xəbər verdiyimiz kimi, tanınmış prodüser, "KEvetns Group"un rəhbəri Kənan Bayramov Xəzər Televiziyasının, eyni zamanda kanalın radio dalğası olan 103 FM-in musiqi departamentinin rəhbəri təyin edilib. SİA-nın verdiyi xəbərə görə, K.Bayramovun təyin ediliyi vəzifə ilə yanaşı daha bir əmri verilib. Belə ki, o, həm də Xəzər Televiziyasının ən böyük bölməsi olan Proqram Departamentinin də rəhbəridir. Bu haqda prodüser Tolik məlumat verib: "10 ildən çox tanıdığım Kənanana dostum deyim, həmkarım deyim bilmirəm. Amma bircə onu bilirəm ki, bir dəfə də olsa, aramızda inciklik olmayıb. Baxmayaraq ki, Röya ilə illərdir ki, danışmıram. Hər zaman həmin xanım sənətçi ilə dava etmişəm. Amma K. Bayramovla bu barədə heç vaxt söhbətimiz olmayıb. Bu gün xoş gündür. Çünki Kənana yeni vəzifə verilib. Onu bu münasibətlə təbrik edirəm. Kənan Bayramovun yerinə çox sevindim. Bəlkə də Kənanın yerinə başqa prodüser olsaydı, bu qədər sevinməzdim. Çünki bəzi prodüserlər qurdudurlar. Allah Kənana ürəyinə görə versin, işlərini avand etsin".