Qaraşov maşında yanıb öldü

Ötən gün Kürdəmir rayonunda VAZ-2106 markalı maşının yanması faciə ilə nəticələnib.

Axar.az xəbər verir ki, saat 14 radələrində Kürdəmir rayonunun Atakişi kəndində rayon sakini Əli Qaraşova məxsus VAZ-2106 markalı avtomobildə yanğın baş verib. Nəticədə avtomobil tamam yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş Əli Qaraşov isə vəfat edib.

Fakt üzrə araşdırma aparılır.