EBRD-nin Bakı ofisinin rəhbəri işdən çıxıb

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin direktoru Nil Makkeyn (Neil McKain) iş yerini dəyişib.

"APA-Economics" xəbər verir ki, bundan sonra N. Makkeyn EBRD-nin Bişkek (Qırğızıstan) ofisinin direktoru kimi fəaliyyət göstərəcək.

Hazırda EBRD-nin Bakı ofisinin direktoru vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, N. Makkeyn Azərbaycanda 5 ilə yaxın çalışıb.