ETSN-dən hava XƏBƏRDARLIĞI

İyulun 5-də Bakıda və Abşeron yarımadasında şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-yaverilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında səhər və axşambəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntıların intensiv olacağı,dağlıq ərazilərdədolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentiAzərbaycanın rayonlarında havaşəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edilib. Belə ki,iyulun 5-dən 9-u gündüzədəkbəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Yağıntının leysan xarakterli, intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.