Lavrovun regiona səfəri nə vəd edir? ŞƏRH

"Rusiya xarici işlər nazirinin regiona növbəti səfəri münaqişənin dondurulmasına xidmət edən addım kimi dəyərləndirilməlidir". Bu fikirləri SİA-ya müstəqil hərbi-eskpert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Sergey Lavrovun əvvəlcə Ermənistana, daha sonra Azərbaycan səfəri münaqişənin köklü həlli istiqamətində hansı bir irəliləyişə səbəb olmayacaq: "Ona görə ki, bu vaxta kimi biz həm Lavrovun, həm də onun birbaşa tabe olduğu Putin-Medvedyev cütlüyünün çox "konstruktiv" fəaliyyətinin şahidi olmuşuq. İndi də, ortalıqda müzakirə üçün adı sənəd olub, özü isə münaqişənin köklü həlli istiqamətində heç də ciddi əsaslar olmayan hansısa təkliflər, ideyalar var. Amma, onların tezliklə reallaşması və hər iki tərəfi qane edəcək formatını görmürəm. Bu baxımdan hesab edirəm ki, biz daha çox BMT Təhlükəzilik Şurasının 4 məlum qətnamələrinə istinad eləməliyik".

Ekspertin fikrincə, Rusiya özünü Dağlıq Qarabağ problemin həllində bir qədər fəal göstərməklə regiondakı nüfuzuna xələl gətirməməyə çalışır: "Əslində isə, Ermənistanın 20 ildən artıq bir vaxtda işğalçılıq siyasətinin başında rəsmi Moskvanın apardığı ədalətsiz siyasət durur. Hələ qarşıdakı dönəmdə, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində "sülh missiyası" olacaq. Yenə ən yüksək səviyyədə görüş və saatlarla müzakirələr və sonda eyni mənzərə. İşğalçı öz ampulasında, biz də öz halal haqqımızı tələb etməkdə davam edirik".