​Bakı-Şarm əl-Şeyx aviareysləri dayandırıldı

(adsbygoogle = window.adsbygoogle || []).push({});

(adsbygoogle = window.adsbygoogle || []).push({});

Bakı - Şarm əl-Şeyx - Bakı aviareyslərinin icrası müvəqqəti olaraq dayandırılıb.

"Report" xəbər verir ki, bu istiqamət üzrə uçuşlar bu gündən etibarən iyulun 31-dək sərnişin azlığı səbəbi ilə dayandırılıb.

Bu marşrut üzrə reyslər avqust ayından etibarən yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu il Bakıdan Şarm əl-Şeyxə ilk uçuş iyunun 3-də "Silk Way Travel" şirkəti tərəfindən təşkil edilib. "Airbus A320" təyyarəsi ilə həftədə bir dəfə olmaqla uçuşları "Air Cairo" aviaşirkəti (Misir) həyata keçirib. Bu istiqamət üzrə 09:30-da Bakıdan havaya qalxan təyyarə, yerli vaxtla 11:00-da Şarm əl-Şeyxə, əks istiqamətdə isə 03:00-da havaya qalxan təyyarə 08:30-da Bakıya enirdi. Bu istiqamət üzrə ikitərəfli biletin qiyməti 300 ABŞ dolları təşkil edir.

www.