Ekspert: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi Qərbin addımlarının intensivləşməsinə təsir edir

Bakı. Anaxanım Hidayətova - Trend:

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi Qərbin bu məsələdə addımlarının intensivləşməsinə təsir edir.

Bunu Trend-ə Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib.

Onun sözlərinə görə, Rusiyanın regionda artan siyasi və hərbi çəkisini nəzərə almamaq olmaz: "ABŞ xüsusən Obamanın prezidentliyi dövründə Qafqazda olduqca passiv siyasət yürüdür. Qərb bu məsələdə yalnız adi görüşlər təşkil edə bilər. Rusiyanın bu məsələdə əhəmiyyətini azaltmaq mümkün deyil".