Səhiyyə Nazirliyi liderliyə "yüksəldi" - mənfi xəbərlərə görə

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzinin nazirliklərlə bağlı iyun ayı üzrə məlumatları təqdim edirik.

2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 63427 xəbər yerləşdirilib. Bunlardan 66201-i neytral, 136-sı mənfi, 990-u isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında "liderlər": Səhiyyə Nazirliyi (33 xəbər - Oqtay Şirəliyevlə bağlı qərar verildi - Səhiyyə naziri üçün yolun sonu), Ədliyyə Nazirliyi (16 xəbər - Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verdi), Mədəniyyət və Turizm Nazirliyi (22 xəbər - Bir MTN ləğv olundu, bəs, o biri MTN? - Qarayevin qaragünlü nazirliyi).

Müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (755 xəbər - qanunsuzluqlar aşkar edib), Fövqəladə Hallar Nazirliyi (192 xəbər - Xəzər dənizində 3 nəfər xilas edilib), Mədəniyyət və Turizm Nazirliyi (31 xəbər - Əbülfəs Qarayev Rusiyada inam mükafatina layiq görülüb).

Xəbər sayına görə sıralama:

1. Daxili İşlər Nazirliyi - 8870 xəbər

2. Müdafiə Nazirliyi - 7225 xəbər

3. Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 6047 xəbər

4. Səhiyyə Nazirliyi - 4764 xəbər

5. Fövqəladə Hallar Nazirliyi - 4675 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 4776 xəbər dərc edilib. Bu xəbərlərdən 4751 xəbər neytral, 25-si isə müsbət xəbərdir.

Yazılı mətbuatda (qəzet və jurnallarda) müsbət xəbərlər arasında liderlər: Daxili İşlər Nazirliyi (21 xəbər - qanunsuzluqlar aşkar edib), Vergilər Nazirliyi (3 xəbər - qanunsuz mərc oyunları təşkil edilməsi üzrə 82 fakt aşkar edilib), Fövqəladə Hallar Nazirliyi (1 xəbər - çayda batan şəxs xilas edilib).

Xəbər sayına görə sıralama:

1. Daxili İşlər Nazirliyi - 587 xəbər

2. Mədəniyyət və Turizm Nazirliyi - 513 xəbər

3. Təhsil Nazirliyi - 498 xəbər

4. Müdafiə Nazirliyi - 368 xəbər

5. Ədliyyə Nazirliyi - 350 xəbər

İyun ayında televiziya kanallarında nazirliklər haqqında 2035 xəbər göstərilib. Bu xəbərlərdən 2027 xəbər neytral, 8 xəbər müsbətdir.

Televiziya kanallarında nazirliklər haqqında müsbət xəbərlər: Daxili İşlər Nazirliyi (8 xəbər - qanunsuzluqlar aşkar edib)

Xəbər sayına görə sıralama:

1. Təhsil Nazirliyi - 285 xəbər

2. Gənclər və İdman Nazirliyi - 247 xəbər

3. Mədəniyyət və Turizm Nazirliyi - 277 xəbər

4. Müdafiə Nazirliyi 182 xəbər

5. Səhiyyə Nazirliyi - 165 xəbər

İyun ayında radio kanallarında nazirliklər haqqında 292 xəbər yayımlanıb. Bu xəbərlərdən 289 xəbər neytral, 3 xəbər müsbətdir.

Radio kanallarında nazirliklər haqqında müsbət xəbərlər: Daxili İşlər Nazirliyi (3 xəbər - qanunsuzluqlar aşkar edib)

Xəbər sayına görə sıralama:

1. Xarici İşlər Nazirliyi - 61 xəbər

2. Təhsil Nazirliyi - 40 xəbər

3. Daxili İşlər Nazirliyi - 37 xəbər

4. Müdafiə Nazirliyi - 29 xəbər

5. Gənclər və İdman Nazirliyi - 25 xəbər