"Daçiya"- "Kəpəz" oyununu gürcüstanlı hakimlər idarə edəcək

Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də Moldovanın Speya şəhərindəki eyniadlı stadionda keçiriləcək "Daçiya"- "Kəpəz" oyununu gürcüstanlı hakimlər idarə edəcək.

Oyunun baş hakimi Laşa Silagava olacaq. Baş hakimin köməkçiləri Zaza Menteşaşvili və Levan Todriadır. Dördüncü hakim funksiyasının Goga Kikaçeişvili yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi Tammo Beishuizen (Hollandiya), hakim-inspektoru isə İçko Lozev (Bolqarıstan) olacaq.