Qənirə Paşayeva TUSİAB rəsmiləri ilə bir arada

Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TUSİAB) rəsmiləri qarşıdan gələn Ramazan bayramı münasibəti ilə millət vəkili Qənirə Paşayeva ilə birlikdə Ermənistanla ön cəbhə rayonlarından olan Tovuzda, Əlibəyli kəndində sakinlərlə görüşüblər. SİA-nınməlumatına görə, Qənirə Paşayeva, TUSİAB-ın sədri Celil Polat və təşkilat rəsmiləri Ramazanın yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq kənd sakinlərinin qayğı və problemləri ilə maraqlanıblar. TUSİAB-a və onun rəhbərliyinə təşəkkürünü bildirən Qənirə Paşayeva cəbhə bölgələrinə bu cür dəstəklərin edilməsinin çox önəmli olduğunu bildirib.

Ön cəbhədə yaşayan insanların fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışan millət vəkili dövlətin daim ön cəbhə kəndlərini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini deyib.

Q.Paşayeva sakinlərin fikir və qayğılarını da dinləyib. Q. Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gənc orta məktəb illərindən tarixi, ədəbiyyatı yaxşı öyrənməlidirlər. Millət vəkili bütün müəllimlərə və yaxşı oxuyan şagirdlərə kitab hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.

Azərbaycan-Türkiyə qardaşlığı barədə danışan Celil Polat isə sakinlərə TUSİAB adından qarşıdan gələn bayramla bağlı hədiyyələr təqdim edib.