Talış kəndini belə azad etdik

Azərbaycan Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə "Addım" GİM ictimai birliyi tərəfindən Dağlıq Qarabağ müharibəsinin gedişatından bəhs edən "Qələbə Muzeyi" adlı animasiya çarxı hazırlanıb.

Publika.az xəbər verir ki, animasiya çarxının hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətinə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırmaqdır.

Təşkilatımız bu həqiqətlərin ərsəyə çıxaraq yayılması üçün buna qədər bir neçə sənədli filmlər hazırlayaraq geniş auditoriyaya çatdırıb.

Yeni, daha kreativ üsul olan animasiyadan istifadə günümüzün reallıqlarından doğur.

Animasiya çarxının hazırlanması zamanı məcburi köçkünlərin ağır vəziyyətini göstərən müxtəlif fotomateriallardan, həmçinin youtube portalında Qarabağ münaqişəsi barədə yerləşdirilən videokadrlardan istifadə edilib.

Animasiyada "3 D" qrafikası ilə hadisələr texniki cəhətdən bərpa edilmiş və işğal altında olan tarixi abidələrin şəkilləri öz əksini tapıb.