Fransada 1000-dən çox azarkeş saxlanılıb

Fransada futbol üzrə Avropa çempionatı başlanandan 1000-dən çox azarkeş saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın daxili işlər naziri Bernar Kaznev bəyan edib.

 

"Yarışlar start götürəndən bu günədək 1000-dən çox adam saxlanılıb, onlardan 600-ü müvəqqəti saxlanma təcridxanasına göndərilib, 56 nəfərə müxtəlif həbs cəzaları verilib, 34 nəfər ölkə sərhədlərindən xaric edilib", deyə B.Kaznev bildirib.

 

Avropa çempionatının oyunları keçirilən bir neçə şəhərdə futbol fanatları arasında toqquşmalar baş verib. İyunun 11-də Marsel şəhərində Rusiya və İngiltərə azarkeşləri arasında baş verən qarşıdurma zamanı azı 30 nəfər müxtəlif dərəcəli xəsarət alıb.