Nazir: "AVRO-2016 başlanandan Fransada 1000-dən çox azarkeş saxlanılıb"

Bakı-APA. Fransada futbol üzrə Avropa çempionatı başlanandan 1000-dən çox azarkeş saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın daxili işlər naziri Bernar Kaznev bəyan edib.

"Yarışlar start götürəndən bu günədək 1000-dən çox adam saxlanılıb, onlardan 600-nə qarşı həbs qətimkan tədbiri seçilib, 56 nəfər müxtəlif müddətli həbs cəzasına məhkum olunub, 34 nəfər ölkədən deportasiya edilib", deyə B.Kaznev bildirib.

Xatırladaq ki, Avropa çempionatının oyunları keçirilən bir neçə şəhərdə futbol fanatları arasında toqquşmalar baş verib.