Buffon almanlara məğubiyyətdən şoka düşüb

Futbol üzrə İtaliya millisinin qapıçısı Canluici Buffon "Avro-2016"nın 1/4 finalında Almaniyaya uduzduqları oyundan sonra maraqlı açıqlamalarla yadda qalıb. SİA-nın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, almanlara məğlubiyyət əfsanəvi qapıçını şoka salıb: "Qələbə qazanmaq üçün əlimizdən gələni etdik.

Turnirdə irəliləmək üçün ürəyimizi qoyduq. Lakin alınmadı. Konte komanda ilə fəxr edir. Biz sonadək mübarizə apardıq. Hamımızın ağlamaq üçün səbəbi var. Qələbəyə yaxın idik. Almaniya 3 penaltidən yararlana bilmədi. Ancaq bu da bizim qələbəmiz üçün kifayət etmədi. Almaniyaya məğlubiyyət əsl şok oldu. Bundan sonra irəli baxmalıyıq". Qeyd edək ki, penaltilər seriyasında Almaniyaya 5:6 hesabı ilə uduzan İtaliya "Avro-2016"da mübarizəni dayandırıb.