Burakı Çində əzişdirdilər...

Futbol üzrə Türkiyə milli komandasının üzvü, sabiq "Qalatasaray"lı Burak Yılmaz Çin Super Liqasının 16-cı həftəsində "Henan Jianye"-"Bejinq Quoan" matçında rəqib oyunçularla mübahisə edib. Belə ki, Burak rəqib oyunçuya sərt müdaxilə etdikdən sonra çinli futbolçular sabiq "Qalatasaray"lının üzərinə hücum çəkib. Çinlilər Burakı sərt formada itələyərək yerə səriblər. Qeyd edək ki, bu hərəkətinə görə Burak sarı kartla cəzalandırılıb.