Almaniyanın 3 futbolçusu mübarizəni dayandırdı

Almaniya millisinin futbolçusu Mario Qomes Avro-2016 ilə erkən vidalaşıb.

Axar.az xəbər verir ki, Almaniya Futbol Federasiyasından verilən məlumata görə, dünən İtaliya ilə keçirilən matçda zədələnən 30 yaşlı futbolçu çempionatda iştirak edə bilməyəcək.

Bastian Şvaynştayqer və Sami Xediranın da yarımfinal matçında iştirak etməyəcəyi istisna edilməyib.