Nyu-Yorkda partlayış olub, xəsarət alan var

Bakı-APA. Nyu-Yorkun Mərkəzi parkı ərazisində partlayış baş verib.

APA-nın CBS News telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Onun ayağından yaralandığı bildirilir. Hazırda zərərçəkənə tibbi yardım göstərilir. Hadisənin başvermə səbəbləri və təfərrüatlarıbarədə hələ ki, məlumat verilmir.