Parisdə bomba həyacanı

Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/4 finalı çərçivəsində baş tutan Almaniya-İtaliya matçı zamanı Parisdə fan-ərazidə panika qeydə alınıb.

Anspress-in "L`equipe" nəşrinə istinadən verdiyi məlumata görə, panikaya insanlar arasında təşvişə səbəb yaxınlıqda partladılan pirotexniki vasitə olub. İnsanlar haxınlıqda partlayışın baş verdiyini zənn edərək ərazini sürətlə tərk ediblər. Hadisə Eyfel qülləsinin yanında baş verib.

Bir müddət sonra "Twitter"də insidentin videosu peydə olunub. Video böyük insan kütləsinin təşviş içində ərazidən qaçması aydın görünür.

"L`equipe"in məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar var. Onlara yerli xəstəxanalarda tibbi yardım göstərilib. "le Parisien" qəzetinin məlumatına görə isə, bir neçə nəfər xəsarət alıb.

Fan-əraziyədə ciddi zərər dəyib: insanlar qaçarkən bir neçə hasar, maniə və həmçinin çadırları aşırıblar.