İngiltərə çempionu 24 yaşlı futbolçunu transfer etdi

Futbol üzrə son İngiltərə çempionu "Lester" növbəti transferini gerçəkləşdirib. SİA ingilis klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Nitsa"nın yarımmüdafiəçisi Nampalis Mendi transfer edib. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Ötən mövsüm "Nitsa"nın heyətində 38 oyun keçirən Mendi cəmi 1 qol vurub. Qeyd edək ki, "Lester" buna qədər Lukas Hernandes, Raul Uçe Rubio və qapıçı Ron-Robert Zieleri transfer edib.