Lavrov və Kerri Qarabağı müzakirə ediblər

İyulun 2-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və ABŞ-ın dövlət katibi Con Kerrinin telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib.

Telefon söhbəti zamanı bir çox məsələlərlə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşünə də toxunulub.

Dövlət başçılarının görüşünün nəticələrinə uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin atacağı növbəti addımlar müzakirə olunub. Bu gün daha öncə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer arasında telefon danışığı olmuşdu. Lavrov və Ştaynmayer arasında baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Telefon danışığı Almaniyanın təşəbbüsü ilə baş tutub. Onlar beynəlxalq problemlər ətrafında fikir mübadiəsi aparıblar. Danışıqlara zamanı Ukrayna böhranına və Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrılıb.

Ştaynmayer Lavrova İrəvan və Bakı səfərləri barədə məlumat verib və Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinin sürətləndirilməsinin perspektivlərindən danışıb. ATƏT sədri iyunun 29-da İrəvanda, 30-da isə Bakıda səfərdə olub. Hər iki səfərin əsas müzakirə mövzusu Dağlıq Qarabağmünaqişəsinin həlli yolları idi.