Lavrovla Kerri Qarabağı müzakirə etdilər

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünün yekunlarının inkişaf etdirilməsi istiqamətində dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək addımlarını telefon danışığı zamanı müzakirə ediblər.

Qaynarinfo.az Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

Tərəflər həmçinin terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyət imkanları daxil olmaqla, Rusiya və ABŞ-ın Suriya münaqişəsinin aradan qaldırılması yollarını müzakirə ediblər.