Kadırov seçkilərə qatılacaq

Ramzan Kadırov Çeçenistan rəhbəri seçkilərində iştirak etməyə razılıq verdiyini və sənədlərini seçki komissiyasına təqdim etdiyini bildirib.

Qaynarinfo.az "Report"a istinadən bildirir ki, o, bu barədə öz "Instagram" səhifəsində yazıb.

"Elə indicə bütün lazımi sənədlərimi seçki komissiyasına verdim. Namizəd olmağa razılıq barədə ərizəmi təqdim etdim", - deyə Kadırov yazıb.