Kerri və Lavrov Qarabağı müzakirə etdilər

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparıb.

APA-nın verdiyi məlumata görə. C. Kerrinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünə də toxunulub.

C. Kerri və S. Lavrov prezidentlərin görüşünün nəticələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin atacağı növbəti addımları müzakirə ediblər.