yuxarıya
Onlayn Ödəmə
"Kuzey Güney": 48-ci seriya
08.11.2012 10:50
A A
Kuzey can düşməni Ferhaddan intiqamını alarkən yenə Cemre ilə qarşılaşmış və məhəbbətini seçmişdi.

Ferhadın işiylə bağlı araşdırma zamanı şübhəli şəxslərin çoxalmasıyla hadisə daha da böyüyür.

Komissar Şeref Kuzeyə verdiyi dəstəyə görə əziyyət çəkir və bu hərəkətinin qarşılığını verir.

Cemre isə Barışla danışıb ayrılmaq istəyəndə bütün həyatını dəyişdirəcək bir seçim qarşısında qalır.

Milli.Az serialın 48-ci bölümünü təqdim edir.

Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
89
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • "DXR"ın baş nazirinə sui-qəsd olunub
    30.08.2014 20:37
    Bakı - APA. Donetskdə "Donetsk xalq respublikası"nın baş naziri Aleksandr Zaxarçenkoya sui-qəsd cəhdi olunub.Bu barədə APA ITAR-TASS agentliyinə istinadən xəbər verir.Sui-qəsd nəticəsində baş nazirin sürücüsü yaralanıb, Zaxarçenko xəsarət almayıb.Hadisənin təfərrüatla...
  • İlham Əliyevdən həmkarlarına təbrik
    30.08.2014 18:45
    Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib."Qafqazinfo" xəbər verir ki, məktubda deyilir: "Qırğızıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmim...
  • ABŞ İŞİD-ə qarşı əməliyyata hər gün 7,5 milyon dollar xərcləyir
    30.08.2014 01:06
    Amerikanın İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatları hər gün orta hesabla 7,5 milyon dollara başa gəlir. Bu haqda Reuters-ə Pentaqonun mətbuat katibi Con Kirbi deyib. Onun sözlərinə görə, İraqdakl əməliyyatlara ümumulikdə 500 milyon dollara yaxın vəsait xərcl..
  • Uşaqlıq dostları 56 il sonra qardaş çıxdı
    30.08.2014 22:52
    71 yaşındakı Ron Kolun Kanadadakı evinə içi şəkillərlə dolu zərf göndərilib.Axar.az xəbər verir ki, şəkillərdən yalnız biri onun uşaqlığına aid olub.Şəkil Kol dostu Dunkan Kaminq ilə Ottava çimərliyində əylənən zaman çəkilib.Adları sadalanan şəxslər körpə ik..
  • Nazarbayevdən ultimatum
    30.08.2014 22:41
    "Qazaxıstanın maraqlarına toxunulacağı təqdirdə rəsmi Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququnu özündə saxlayacaq".ANS PRESS-in Virtualaz.org-a istinadən məlumatına görə, bu sensasion bəyanatla bu ölkənin prezidenti Nursultan Nazarbayev çıxış edib.Qazax..
  • "İlham Əliyev gələn həftə Sərkisyanla görüşə bilər" - RƏSMİ
    30.08.2014 22:18
    "Heç kim münaqişənin eskalasiyasında maraqlı deyil və Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".Modern.az saytının xəbərinə görə bunu Turan İnformasiya Agentliyinə müsahibəsində ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, ATƏT-in Mins...
  • Brüsseldə Avropa İttifaqının sammiti başlayıb
    30.08.2014 22:13
    Bakı-APA. Bu gün Brüsseldə Avropa İttifaqının sammiti başlayıb.APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, ənənəvi olaraq, sammitin işi Avropa Parlamentinin sədri Martin Şultsla Avropa İttifaqı liderləri arasındakı fikir mübadiləsi ilə başlayıb.Bu...
  • Azərbaycan yeni təyyarələr alıb
    30.08.2014 21:40
    Təyyarənin biri artıq Bakıya gətirilib. Yeni təyyarə ilə gələn aydan etibarən Koreya Respublikasının paytaxtı Seula müntəzəm uçuşlar təşkil ediləcək. Eyni zamanda, Şanxay və Honq-Konq istiqamətində uşuların sayı həftədə 5 dəfəyədək artırılacaq, Avropanın Hahn ...
  • Azərbaycanda yük maşını yandı
    30.08.2014 20:56
    Azərbaycanda yük maşını yanıb.ANS PRESS-in məlumatına görə, hadisə Bərdə rayonunda baş verib.Belə ki, rayon mərkəzindən 19 km aralıda yerləşən Qaradəmirçi kəndində vətəndaşa məxsus "Qaz" markalı yük avtomobili yanıb.Yanğın zamanı avtomobilin banına yığılmış ...
  • Ketrin Eşton: "Rusiya ordunu geri çək"
    30.08.2014 20:52
    Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsiKetrin Eşton Rusiyaya çağırış edib.Axar.az xəbər verir ki, Eşton Rusiyadan Ukrayna böhranında hüsumətə son verməyə və ordunu geri çəkməyə çağırıb.AB üzvü 28 ölkənin Xarici ...
XƏBƏR LENTİ
  • Kraldan dünyaya İŞİD xəbərdarlığı: "Bu mesajı liderilərinizə çatdırın"
    30.08.2014 23:22
    http://avrasiya.net/wp-content/uploads/kral.png
    http://avrasiya.net/wp-content/uploads/kral.png
    Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz İŞİD terror təşkialtı ilə bağlı dünyaya xəbərdarlıq edib.

    Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Səudiyyə kralı dünyanın İŞİD təhdidinə qarşı birləşməyəcəyi halda, təşkilatın Avropa və ABŞ-a çatacağını söyləyib.

    "Terrorizm sərhəd tanımır.Cihatçıların baş kəsdiyini və bunları küçələrdə uşaqlara göstərdiyini görürük. Onların nələr etdikləri və nələr edə biləcəkləri də sirr deyil. Sizdən bu mesajı liderlərinizi çatdırmağınızı xahiş edirəm: Şeytanı bir güc olan terrorizmə qarşımüdriklikvə sürətləbir şəkildə savaşmaq lazımdır. Əgər laqeyd qalsaq, terrorizm bir ay sonra Avropaya, iki ay sonra ABŞ-a çatacağından əminəm", - Abdullah bin Əbdüləziz xarici ölkələrin səfirləri ilə görüşündə deyib.
    0
  • Azyaşlı uşaq xilas edildi
    30.08.2014 23:16
    http://anspress.com/images/photos/54040.jpg
    http://anspress.com/images/photos/54040.jpg
    Azərbaycanda azyaşlı uşaq xilas edilib.

    ANS PRESS-in məlumatına görə, hadisə Pirallahı rayonunda baş verib.

    Belə ki, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Xilasedicilər ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olublar.

    Mənzildə nəzarətsiz qalmış uşağı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
    8
  • Ruhanidən Obamaya MESAJ:
    30.08.2014 23:12
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    İran "İslam Dövləti" (keçmiş adı İŞİD) adlı terrorçu qruplaşması ilə mübarizədə ABŞ-la əməkdaşlıq etməyəcək. Modern.az saytı İran KİV-nə istinadən xəbər verir ki, belə bəyanatla prezident Həsən Ruhani çıxış edib. Onun sözlərinə görə rəsmi Tehranın ABŞ-la bu istiqamətdə heç bir planı yoxdur.

    İran prezidenti bildirib ki, ölkəsi terrorizmlə mübarizədə ABŞ-dan başqa istənilən dövlətlə mübarizəyə hazırdır. "Lakin mən ABŞ-ın bu terrorçu təşkilatla mübarizəyə ciddi kökləndiyini görmürəm",-deyə Həsən Ruhani bildirib.
    4
  • Suriya Livanı vurdu - Son dəqiqə
    30.08.2014 23:07
    http://axar.az/cdn/2014/august/30/1409421480.jpg
    http://axar.az/cdn/2014/august/30/1409421480.jpg
    Suriya ordusu Livanın Arsal qəsəbəsi yaxınlığında yerləşən radikal qruplaşmaların olduğu ehtimal olunan əraziləri bombalayıb.

    Axar.az xəbər verir ki, Curud Arsal bölgəsinə təşkil olunan hücumda ölən və yaralananların olduğu bildirilib.

    Xatırladaq ki, Livanın Suriya sərhədindəki Arsal qəsəbəsində ordu birlikləri və Suriyadan gələn silahlı qruplar arasında qarşıdurmalar 2 avqustda başlamışdı. Arsal bölgəsinə girən Əl Nusra cəbhəsi və İŞİD terrorçuları bölgədən geri çəkilərkən 20-yə yaxın hərbi girov götürmüş, lakin onlardan səkkizini sərbəst buraxmışdı.
    20
  • "Deyə bilmərəm ki, bu, bizim üçün dönüş nöqtəsidir"
    30.08.2014 22:57
    http://img.milli.az/n/0f/1/terlan_58gu5775.jpg
    http://img.milli.az/n/0f/1/terlan_58gu5775.jpg
    "Mövsüm başlayandan komandada böyük dəyişikliklər etmişik. Heyətə 12 yeni futbolçu cəlb edilib. İlk turlarda da demişdim ki, öz oyunumuzu nümayiş etdirmək üçün hələ zamana ehtiyacımız var. Lakin bugünkü matç da göstərdi ki, komanda üzvləri bir-birinə hələ tam uyğunlaşmayıb".

    Milli.Az qol.az-a istinadən bildirir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhəmdov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qəbələ"yə qalib gəldikləri oyundan (2:1) sonra deyib.

    O bildirib ki, bu qələbə komandası üçün çox vacib idi:

    "Deyə bilmərəm ki, bu, bizim üçün dönüş nöqtəsidir. Mövsüm uzundur, komandada özünəinam hissinin olması üçün qalib gəlməli idik. Futbolda mübarizəsiz heç nəyə nail ola bilmərik. Ruslan Məcidov və Tomi Kostadinovun olmaması bizə müəyyən çətinliklər yaradır. Onlar yaxın zamanda komandaya qoşulacaqlar. İlk görüşdə Rəşad Abdullayevi ehtiyatda saxlamışdım ki, ehtiyac olanda oyunda dönüş yarada bilək. Viktor İqbekoyi artıq neçə mövsümdür ki, komandadır. Əvəzetmədən meydana daxil olub göstərdiyi əzmkar oyunu ilə dönüş yarada bilir".

    13
  • Merkel Ukraynaya pul köməkliyi etmək niyyətindədir
    30.08.2014 22:57
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Almaniya Ukraynaya maliyyə yardımı edə bilər. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə bunu Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Pyotr Poroşenko ilə Brüsseldəki görüşündə çıxış edib.

    Onun sözlərinə görə rəsmi Berlin Donbassdakı gərgin vəziyyəti nizama salmaq üçün Kiyev hakimiyyətinə pul ilə kömək etməyə hazırdır.

    Merkelin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Almaniya lideri Ukraynada sülh planının reallaşması üçün Berlinin ardıcıl dəstəyini ifadə edib.
    7
  • Bakı-Ələt yolunda "KamAz"la "Mercedes" toqquşdu, tıxac yarandı
    30.08.2014 22:57
    http://img.milli.az/n/clickable/204433/0e/e/292021.jpg
    http://img.milli.az/n/clickable/204433/0e/e/292021.jpg
    Bir neçə dəqiqə əvvəl Bakı-Ələt yolunda ağır qəza baş verib.

    Şahidlərin Milli.Az-a verdikləri məlumata görə, Bakı-Ələt yolunun 45-ci km-də, üzü Ələt istiqamətində hərəkətdə olan "KamAz"la "Mercedes" markalı maşın toqquşub. Daş yüklü "KamAz" aşıb, daşlar yola dağılıb. Yolda 5-7 dəqiqə ərzində tıxac yaranıb.

    Qəzada yaralanın olmadığı deyilir. Hadisə yerində polis əməkdaşları çalışırlar.

    5
  • Uşaqlıq dostları 56 il sonra qardaş çıxdı
    30.08.2014 22:52
    http://axar.az/cdn/2014/august/30/1409420414.jpg
    http://axar.az/cdn/2014/august/30/1409420414.jpg
    71 yaşındakı Ron Kolun Kanadadakı evinə içi şəkillərlə dolu zərf göndərilib.

    Axar.az xəbər verir ki, şəkillərdən yalnız biri onun uşaqlığına aid olub.Şəkil Kol dostu Dunkan Kaminq ilə Ottava çimərliyində əylənən zaman çəkilib.

    Adları sadalanan şəxslər körpə ikən ayrı-ayrı ailələrə övladlığa verilib.

    Onlar yalnız 56 il sonra qardaş olduqlarını öyrənib və əsil valideynlərinin kim olduqlarını tapmaq qərarına gəliblər.
    14
  • Dairəvi ekranlı LG göstərildi
    30.08.2014 22:51
    http://img.milli.az/n/clickable/204433/0d/7/291709.jpg
    http://img.milli.az/n/clickable/204433/0d/7/291709.jpg
    LG şirkəti dairəvi siferblata malik LG G Watch R ağıllı saatını nümayiş etdirib.

    Milli.Az ICTnews-a istinadən bildirir ki, cihaz 1,3 düymlük ekrana malik olacaq, onun matrisi plastik işıq diodları texnologiyası (P-OLED) əsasında hazırlanıb.

    Qurğu Android Wear əməliyyat sistemi ilə işləyir, onun üçün Google Play tətbiq mağazasında kənar proqramlar var. Saat telefona gələn mesaj və zənglər haqda istifadəçini xəbərdar edir, ürək ritmini izləyir, həmçinin hava proqnozunu göstərir.

    LG G Watch R cihazı 1.2 QHs takt tezlikli Snapdragon 400 prosessoru, 4 GB-lıq daxili yaddaş, 410 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Saat IP67 standartı üzrə toza və suya davamlıdır və bir metr dərinliyində suyun içində işləməyə imkan verir.

    7
  • "Möhtəşəm təşkil olunub"
    30.08.2014 22:46
    http://anspress.com/images/photos/71774.jpg
    http://anspress.com/images/photos/71774.jpg
    Qafqazda ilk dəfə keçirilən Caucasus Moto Festin ikinci günündə ilk olaraq səhnəyə çıxıb mahnılarını səsləndirən gənc müğənni və aktrisa Mina Sovetskaya fikirlərini ANSPRESS-lə bölüşüb.

    Şəki şəhərinə heyran olduğunu dilə gətirən ifaçı bu qədər insanın Moto Festivalı izləmək üçün meydançaya yığışacağını gözləmədiyini etiraf edib.

    Baykerləri və rok musiqini çox sevdiyini deyən Mina maraqlı məqamlara toxunub: "Artıq bir neçənci dəfədir ki, baykerlərin Moto Festivalında iştirak edirəm. Dünyaca məşhur brend olan Harley Devidsonun bütün proqramlarına sevərək qatılıram. Mən bu dəfə Şəkiyə gələndə şoka düşdüm, çünki gözlədiyimdən də çox tamaşaçı var idi və Moto Festival o qədər möhtəşəm təşkil olunub ki, insanlar baxmaqdan zövq alırlar".

    Söhbət zamanı M. Sovetskaya ilk dəfə Şəkiyə "Hoca" filminin çəkilişində gəldiyini bildirib.

    Filmin çəkilişləri kədərli olduğundan Şəkidən də hüzünlü ayrılan Mina bu dəfə burada möhtəşəm konsertdə çıxış etdiyinə, həm özü, həm də tamaşaçıları əyləndirə bildiyinə görə fəxr hissi duyduğunu qeyd edib.
    8
  • Nazarbayevdən ultimatum
    30.08.2014 22:41
    http://anspress.com/images/photos/47561.jpg
    http://anspress.com/images/photos/47561.jpg
    "Qazaxıstanın maraqlarına toxunulacağı təqdirdə rəsmi Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququnu özündə saxlayacaq".

    ANS PRESS-in Virtualaz.org-a istinadən məlumatına görə, bu sensasion bəyanatla bu ölkənin prezidenti Nursultan Nazarbayev çıxış edib.

    Qazaxıstanın dövlət başçısı yerli "Xabar" telekanalına müsahibəsində deyib ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: "Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm".

    N.Nazarbayevin sözlərinə görə, Qazaxıstan onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq: "Ən qiymətli sərvətimiz müstəqilliyimizdir. Ata-babalarımız uzun müddət məhz bunun üçün mübarizə aparıblar. Biz bu müstəqilliyi heç kimə təslim etməyəcəyik, onu qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".
    14
  • "Sumqayıt" liderliyə yüksəldi
    30.08.2014 22:41
    http://news.lent.az/upload/images/news/2014/august/30/small/80888cf3e7b45ad9db93e6d81a412259.jpg
    http://news.lent.az/upload/images/news/2014/august/30/small/80888cf3e7b45ad9db93e6d81a412259.jpg
    Topaz Premyer Liqasında bu gün IV turun daha 2 oyunu keçirilib.

    Apasport.az saytının məlumatına görə, hər iki oyun bölgələrdə baş tutub.

    İlk öncə meydana "Qəbələ" və AZAL çıxıb. Dorinel Muntyanunun yetirmələri bu matçadək qələbəyə həsrət qalan rəqiblə matçda zirvəni ələ keçirmək imkanına malik olub. Lakin meydana 3 xal üçün çıxan "qırmızı-qaralar" bakılılar önündə aciz qalıb - 1:2.

    "Sumqayıt" isə öz meydanında qazandığı qələbə ilə liderliyə yüksəlib. Aqil Məmmədovun yetirmələri debütant "Araz-Naxçıvan"ı 1 qolla məyus edib.

    Topaz Premyer Liqası

    IV tur

    30 avqust

    "Qəbələ" - AZAL - 1:2

    QOLLAR:Cavid Hüseynov, 83-p -Rəşad Abdullayev, 45 1-p., Kərim Diniyev, 68

    "Sumqayıt" - "Araz-Naxçıvan" - 1:0

    QOL:KiyanSultanpur, 23

    Qeyd edək ki, sabah turun daha 2 oyunu keçiriləcək. "Qarabağ" "Bakı" ilə, "Neftçi" isə "Simurq"la qarşılaşacaq.
    11
  • Orduya əmr verildi: Son "qala"ya hücuma keçildi - Gərginlik
    30.08.2014 22:32
    http://axar.az/cdn/2014/august/30/1409419347.jpg
    http://axar.az/cdn/2014/august/30/1409419347.jpg
    İraq ordusu Diyalanın qərbində yerləşən və İŞİD-in son "qala"sıolaraq xarakterizə edilən İncanə bölgəsini geri almaq üçün hərbi əməliyyat başladıb.

    Axar.az xəbər verir ki, bu barədə Diyala rəsmisi Adi Əl-Hudran bildirib. İraq ordusu İncanəyə gedən yolda İŞİD tərəfindən minalanmış ərazilərin təmizləndiyini açıqlayıb.

    Qarşıdurmaların yaşandığı İraqda İŞİD liderliyindəki silahlı qrupların başda Mosul olmaq üzrə bəzi şəhərləri ələ keçirməsindən sonra ölkənin müxtəlif yerlərində terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir. İraq ordusu və ABŞ-a məxsus hava qüvvələri də İŞİD-ə aid hədəflərə hava hücumları təşkil edir.
    16
  • Medianın qeyri-peşəkarlığı
    30.08.2014 22:26
    http://anspress.com/images/photos/853.jpg
    http://anspress.com/images/photos/853.jpg
    Ramiz Mehdiyevin KİV-ə xəbərdarlığı müzakirə mövzusudur.

    ANS TV-nin məlumatına görə, "Xəbərçi"nin bu günkü qonağı millət vəkili Fərəc Quliyevdir.

    Ölkənin informasiya təhlükəsizliyinə nə qədər təhdid qarşısında olduğunu hamı gördü.

    Elə bu baxımdan Fərəc Quliyev "kütləvi informasiya vasitələrinin qeyri peşəkarlığı" və digər mövzularla bağlı öz fikirlərini bildirəcək.
    17
  • "İlham Əliyev gələn həftə Sərkisyanla görüşə bilər" - RƏSMİ
    30.08.2014 22:18
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Heç kim münaqişənin eskalasiyasında maraqlı deyil və Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".

    Modern.az saytının xəbərinə görə bunu Turan İnformasiya Agentliyinə müsahibəsində ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu sülhün saxlanılmasına çalışır. Amerikalı diplomat qeyd edib ki, iyul ayının 31-dən başlaya və avqust ayının əvvəllərinə qədər davam edən cəbhə xəttindəki gərgin vəziyyət sülh prosesinə əngəldir. "Cəbhə xəttindəki münaqişə zamanı onlarla insanın ölməsi bizi sülhün nailiyyətinə gedən yolda geriyə salır. Həll yollarını tapmaq üçün işləmək və danışıqlar stolu arxasında səyləri ikiqat artırmaq lazımdır. Bunun üçün isə atəşkəs rejiminə əməl etmək ilkin şərtdir". Həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanlrda növbəti görüşünün baş tutacağını da istisna etməyib: "Prezidentlər NATO-nun Uelsdə keçiriləcək sammitində və ya BMT Baş Assambleyasının iclasında görüşə bilər",-deyə C. Uorlik bildirib. Qeyd edək ki, NATO-nun sammiti sentyabr ayının 4-5-də Uelsin paytaxtı Kardifdə keçiriləcək.
    11
  • ""Qarabağ"ı inandıracağıq ki, Dnepropetrovsk təhlükəsizdir"
    30.08.2014 22:14
    http://axar.az/cdn/2014/august/30/1409418147.jpg
    http://axar.az/cdn/2014/august/30/1409418147.jpg
    "Dnepr" çox istəyir ki, Avroliqa matçlarını doğma "Dnepr Arena"da oynasın.

    Biz Dnepropetrovskda oynamaq üçün hər şey edəcəyik". Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın "Dnepr" klubunun baş direktor müavini Dmitri Pelin deyib.

    Ukrayna ilə Rusiya arasında siyasi gərginlik olduğundan, "Dnepr" oyunlarını şimal qonşularımıza yaxın olan Dnepropetrovsk şəhərində keçirməyə bilər. Məhz bu üzdən "ağ-göylər" "Kopenhagen"lə Çempionlar Liqası və "Hayduk"la Avroliqa matçlarını Kiyevin Olimpiya stadionunda keçirməli olmuşdu.

    Pelinin sözlərinə görə, onlar oyunların "Dnepr Arena"da baş tutması üçün "İnter", "Sent-Etyen" və "Qarabağ"ın nümayəndələrini razı salmalıdırlar: "Bildiyiniz kimi, yekun söz UEFA-ya məxsusdur, "Dnepr"ə yox. Ona görə də mənə demək çox çətindir ki, komanda harda oynayacaq. Biz rəqiblərimizi və UEFA-dan olan məmurları inandırmağa çalışacağıq ki, Dnepropetrovskda oynamaq təhlükəsizdir. Ancaq onlar necə qərar verəcək, bunu bilmirik. Yaxın 7-10 günə vəziyyətə aydınlıq gələcək".

    Qeyd edək ki, "Qarabağ" oktyabrın 23-də "Dnepr"in qonağı olacaq. UEFA-nın saytı ilkin olaraq bu oyunun keçirilmə yeri kimi hələ ki "Dnepr Arena"nı göstərib.
    13
  • Brüsseldə Avropa İttifaqının sammiti başlayıb
    30.08.2014 22:13
    http://az.apa.az/logoapa.png
    http://az.apa.az/logoapa.png
    Bakı-APA. Bu gün Brüsseldə Avropa İttifaqının sammiti başlayıb.

    APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, ənənəvi olaraq, sammitin işi Avropa Parlamentinin sədri Martin Şultsla Avropa İttifaqı liderləri arasındakı fikir mübadiləsi ilə başlayıb.

    Bu dəfə sammit iştirakçıları, həmçinin, Avropa Komissiyasının yeni seçilmiş sədri Jan-Klod Yunkerlə də fikir mübadiləsi aparacaqlar. Daha sonra iclasda Ukrayna prezident Pyotr Poroşenko çıxış edəcək.

    Sammitin gündəmində Avropa Şurasının sədrinin seçilməsi, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə alı nümayəndəsinin təyin etmək kimi məsələlər durur. Adıçəkilən postlara ən real namizədlər Polşanın Baş naziri Donald Tusk və İtaliyanın xarici işlər naziri Federika Moqerinidir. Yekunda Ukraynadakı vəziyyətə dair sənədin qəbul olunması gözlənilir.
    8
  • AZAL futbol komandası səfərdə, "Sumqayıt" isə evdə qələbə qazanıb
    30.08.2014 22:08
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Avqustun 30-da futbol üzrə Topaz Premyer Liqasının dördüncü turu çərçivəsində növbəti oyunlar keçirilib.

    AzərTAc xəbər verir ki, "Qəbələ" şəhər stadionunda eyniadlı komanda AZAL kollektivini qəbul edib. Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

    Qəbələlilərin heyətində Cavid Hüseynov və AZAL-da isə Kərim Diniyev və Rəşad Abdullayev fərqləniblər.

    "Kapital Bank Arena" stadionunda isə "Sumqayıt" komandası "Araz-Naxçıvan" klubu ilə qarşılaşıb. Baş hakim Ömər Paşayevin idarə etdiyi görüşdə ev sahibləri 1:0 hesabı ilə qalib gəliblər. Matçda yeganə qolu sumqayıtlıların heyətində Kiyan Sultanpur vurub.

    Turun digər oyunları avqustun 31-də keçiriləcək. "Neftçi" komandası "Simurq", "Qarabağ" kollektivi isə "Bakı" ilə üz-üzə gələcək.
    11
  • "Sumqayıt" qalib oldu, "Qəbələ" uduzdu
    30.08.2014 22:07
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    "Sumqayıt" yenidən liderliyə yüksəldi, "Qəbələ" uduzdu

    Azərbaycan Premyer Liqasında dördüncü turun oyunları davam edir.

    Gün.Az xəbər verir ki, növbəti oyun günündə daha iki qarşılaşma baş tutub.

    Öz meydanında AZAL-ı qəbul edən "Qəbələ" 1:2 hesabı ilə uduzub.

    "Sumqayıt isə öz meydanında "Araz Naxçıvan"ı qəbul edib. Bu görüşdə minimal hesabla qalib gələn Sumqayıt təmsilçisi yenidən liderliyə yüksəlib.

    Qeyd edək ki, Premyer Liqada dördüncü tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

    8
  • Peşə sahiblərinin qəribə inancları - MARAQLI
    30.08.2014 22:02
    http://modern.az/images/2014/dunya/inanclar_(2).jpg
    http://modern.az/images/2014/dunya/inanclar_(2).jpg
    Qədim dövrlərdən nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan inanclar müasir dövrümüzdə də insanların böyük marağına səbəb olur. Kiminin ciddi, kiminin isə qeyri-ciddi yanaşmasına baxmayaraq, bir çox hallarda insanlar daxilən olsa da inanclara inanırlar.

    İnanclar həyatımızın bütün sahələrində özünə yer tapıb. Bayramlarla, insan münasibətləri ilə, sevgi məsələlərində, hətta əşyalarla bağlı saysız-hesabsız inanclar var. Ancaq bunların arasında daha maraqlısı və insanların daha çox riayət etdiyi peşə sahiblərinin inanclarıdır. Modern.az saytı bu yazında inanclardan bəhs edir...

    Təyyarəçilər uçuşdan qabaq heç vaxt şəkil çəkdirməməlidirlər. İnanclara görə uçuşdan qabaq şəkil çəkdirən təyyarəçilər uçuş zamanı xoşagəlməz problemlərlə üzləşə bilərlər.

    Musiqiçilər konsert verəcəkləri gün yataqdan sağ ayağı üstə durmalıdırlar və həmin gün yataq yığıdırılmamalıdır. İnanclarda deyilir ki, bunlara riayət olunmazsa onların çıxışları uğurlu alınmayacaq.

    İnanclar dənizçilərə barmaqla səmanı göstərməyi qadağan edir. Gəmi heyətinin üzvlərindən biri bu hərəkəti edərsə deməli onları qarşıda qasırğa və fırtına gözləyəcək.

    Yanğınsöndürənlərin də öz inancları var. Əgər növbədə olan yanğınsöndürənlərdən hər hansı biri növbəqabağı çəkməsini təmizləyərsə həmin növbə müddətində yanğınların sayı çox olacaq.

    Gecə növbəsində çalışan həkimlər üçün də inanclar yaxşı heç nə vəd etmir. İnanclara görə əgər həkim öz nöbbəsini həmkarı ilə dəyişərsə həmin gecə növbəsi çox ağır keçəcək.

    Yəqin ki, ticarətçilər inanclara daha çox riayət edirlər. Belə ki, dükan-bazarda əgər "siftə"ni ilk olaraq kişilər edirsə bi yaxşı əlamətdir, yəni həmin gün alver yaxşı gedəcək. Yox, əgər ilk müştəri qadın oldusa demək həmin gün qazancın az olacaq.

    İnanclara görə istehkamçılar öz işlərinin icrasına sağollaşmadan getməlidirlər və "bu mənim sonuncu işimdir" deməməlidirlər. Cünki bunun düşər-düşməzi ola bilər.

    Müəllimlər üçün də inanclar mövcuddur. Yenicə işə düzələn müəllim ilk dərsinə gecikməməlidir. Əgər belə hal baş verərsə həmin müəllimin pedoqoji karyerası uğursuz olacaq.

    İnanclar sürücülərə hər addımda nəyi isə xatırladır. Maşınının salonunda fit çalmaq yaxın dəqiqələrdə yol polisinin onu saxlamağına işarədir. Avtomobili idarə edərkən pəncərədən zibil atmaq mənzil başına çatana qədər problemlə üzləşəcəyindən xəbər verir. Evin lap yaxınlığında maşını yumaq isə onun qaçırılacağının əlaməti ola bilər. Maşının qarşısından qara pişik və ya it keçdisə inanclara görə 5-10 dəqiqə gözləyib sonra hərəkətə davam etmək lazımdır.

    Tələbələr üçün də qəribə inanclar var. İmtahana gedən tələbə auditoriyay sol ayağı ilə girərsə, bileti sol əli ilə çəkərsə və imtahan zamanı qiymət kitabçasının üstündə əyləşərsə imtahandan müvəffəqiyyətlə çıxar.

    Heç bir elmi əsaslara söykənməsə də inancları arabir sınaqdan keçirmək olar. Axı bu dünyanın şübhələr altında qalan bəlkələri çoxdur...

    İlham Cəmiloğlu
    12
  • Yüngül tüninqli BMW X5M
    30.08.2014 21:57
    http://img.milli.az/n/clickable/204433/05/b/291718.jpg
    http://img.milli.az/n/clickable/204433/05/b/291718.jpg
    "BMW" markalı idman yolsuzluq avtomobillərinin bəzi pərəstişkarlarının yeni "X5M"-in buraxılışını gözlədikləri halda, keçmiş nəsil avtomobil sahibləri avtomobillərini bütün mümkün vasitələrlə yaxşılaşdırmağa çalışırlar.

    Milli.Az auto.az-a istinadən bildirir ki, belə üsullardan biri Bavariya avtozavodunun istənilən modellərinin köklənməsi ilə məşğul olan məşhur "Vorsteiner" tüninq-atelyesinin Amerika bölməsinin fotosetində nümayiş etdirirlib.

    Şəkildə təqdim olunan krossover yeni ban asması və ideal şəkildə seçilmiş disklərlə yenilənib ki, bu da onun cazibədarlığını daha bir neçə illik uzadıb. Arasında qabaq bamperin karbon splitteri və arxa bamperin karbon diffuzoru olan banın aerodinamik asmasının yeni hissələri avtomobilin aqressivliyini artırdı.

    Aşağı profilli enli rezini olan 21 düymlük qara tutqun disklər tund aksentlərə (radiator barmaqlığı, damdakı reylinqlər və yan şüşələrin çərçivələri) kompaniya təşkil edir.

    Parlaq ağ "Alpine White" rəngdə olan banın fonunda, həmçinin qırmızı əyləc supportları, qabaq bamperdəki tündləşdirilmiş reflektorlar və tonlaşdırılmış şüşələr nəzərə çarpır. Bu layihənin son ştrixi səs müşayiətini yaxşılaşdıran və 4,4 litrlik tvin-turbo "səkkizliyi" ilə təchiz olunmuş idman qazçıxma sistemi oldu.

    8
  • Vəfa Quluzadə: "Düşmən bu mənfur plandan əl çəkməyəcək"
    30.08.2014 21:57
    http://axar.az/cdn/2014/august/30/1409417086.jpg
    http://axar.az/cdn/2014/august/30/1409417086.jpg
    "Erməni diasporunun Dağlıq Qarabağseparatçılarının müstəqilliyini ayrı-ayrı ştatlarda tanıtmaq cəhdləri yenə boşa çıxacaq".

    Bunu Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadəerməni diasporunun qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması üçün yenidən hərəkətə keçməsi məsələsinə münasibət bildirərkən deyib.

    Politoloq bildirib ki,ermənilər bu məkrli siyasətlərini həmişə təkrarlayacaq:

    "Nə qədər ki Qarabağ məsələsi həll olunmayıb, düşmənlər bumənfur planlarından əl çəkməyəcəklər. Ancaq hesab edirəm ki, Amerika ermənilərin bu cəhdini tanımayacaq. Hansısa bir ştatda dünyadan bixəbər, avam adamların erməniləri guya soyqırıma məruz qalmış bir xalq kimi tanımalarının heç bir qanuni əsası yoxdur. Ermənilərin ayrı-ayrı ştatlar üzrə qondarma müstəqillik əldə etmək cəhdləri boşa çıxacaq. Çünki Vaşinqton çox gözəl başa düşür ki, diaspor onun maraqlarına zərbə vurmaq istəyir. Bu reallıqda da belədir.Amerikakimi bir nəhəng Azərbaycanla əlaqələrin inkişafına və ikitərəfli əməkdaşlığa böyük önəm verir. Ermənilərin bu məkrli cəhdləri növbəti dəfə təkrarlansa da, bu, nəticəsiz qalacaq".
    9
  • Məşhur türk aktrisa yalvarır
    30.08.2014 21:56
    http://img.milli.az/n/10/f/funda_3fj578573636.jpg
    http://img.milli.az/n/10/f/funda_3fj578573636.jpg
    "Bir İstanbul Masalı", "Yalan Dünya", "Salkım Hanımın Taneleri" kimi teleseriallardakı rolları ilə tanınan aktrisa Funda Şirinkal indi ağır günlər yaşayır.

    Milli.Az AHT-yə istinadən bildirir ki, əri Rene Kannaonun bu yaxında boşanacağını bildirən F.Şirinkal övladı ilə yollandığı Maltada ev dustağına çevrilib. Onun 1 yaşlı oğlu Leonardo Deniz Kannaonun Maltadan çıxışı yasaqlanıb.

    Aktrisanın dediyinə görə, oğlunu ərinin yanında qoyub Türkiyəyə qayıtmaq istəmədiyi üçün Maltada gözləyir.

    Funda Şirinkal və Rene Kannaonun boşanması ilə bağlı məhkəmə prosesi sentyarın 18-də Maltanın paytaxtı Valettada olacaq.

    Məşhur aktrisa Twitter-dəki profilində yazıb: "Çoz pris vəziyyətdəyəm. Oğlumu Maltaya, atasını görməyə apardım. Atası pasportumu oğurladı və oğlumu buraxmamaq üçün məni məhkəməyə verib.

    Əvvəlcədən planlaşdırılmış oyuna düşdüm. Maltadan sentyabrın 2-də, oğlumun ad günündə bərabər qayıdacağımızı düşünsəm də, burada ev dustağına çevrildim. Çox, çox ağır vəziyyətdəyəm. Lütfən, yardım edin".

    13
  • Festivalin 2-ci gunu başladı
    30.08.2014 21:51
    http://anspress.com/images/photos/71773.jpg
    http://anspress.com/images/photos/71773.jpg
    Festivalın ikinci gunu acıq elan edildi.

    ANS PRESS-in məlumatına görə, aparıcılar Natiq Nailəğlu və Xanım Yadigarlı hər kəsi salamladıqdan sonra gənc müğənni Mina Sovetskaya səhnəyə çıxaraq Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş "Tənha ulduzum" mahnısını ifa etdi.

    Müğənni mahnını oxuduğu zaman baykerler motosikletlerinin motorlarının yüksək səsi ilə Vətəni uğrunda şəhid düşən qəhrəmanı yad ediblər.
    10
  • Əsgər yoldaşını güllələyən erməni tutuldu
    30.08.2014 21:47
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Ermənistan ordusunun əsgəri Vladimir Ayrapetyanı güllələyərək qətlə yetirən hərbçi yoldaşı Simon Mkrtçyan həbs olunub. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Xəbər verildiyi kimi avqustun 28-də yerli vaxtla saat 18 radələrində Ermənistan ordusunun əsgəri, 20 yaşlı Vladimir Ayrapetyanın xidmət keçdiyi hərbi hissənin postlarından birində gülllə ilə vurulub öldürülüb. Faktla bağlı cinayət işi qaldırılıb və araşdırma zamanı onu öz hərbçi yoldaşının qətlə yetirdiyi məlum olub.
    15
  • "Qəbələ" doğma meydanında uduzdu
    30.08.2014 21:41
    http://anspress.com/images/photos/27118.jpg
    http://anspress.com/images/photos/27118.jpg
    Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun oyunları davam edir.

    ANS PRESS-in məlumatına görə, növbəti oyun günündə daha iki qarşılaşma baş tutur.

    "Qəbələ" - AZAL oyununda qolları 45-ci dəqiqədə AZAL-ın oyunçusu Abdullayev penalti zərbəsi ilə vurub. 2-ci qol qəbələlilərin qapısında oyunun 71-ci dəqiqəsində Kərim Diniyevin zərbəsindən sonra görsənib. "Qəbələ"nin təsəlli qolu isə 83-cü dəqiqədə Cavid Hüseynov tərəfindən penalti zərbəsi ilə vurulub.

    Xatırladaq ki, AZAL-ın oyunçusu Eduardo Makiel 90-cı dəqiqədə qırmızı vərəqə alıb.

    Bakı vaxtı ilə saat 20:00-da başlayan "Sumqayıt" - "Araz Naxçıvan" matçı isə davam edir: 1:0

    Qol: Kiyan Sultanpur, 23 (1:0)

    Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov, Mahir Məmmədov

    Sumqayıt stadionu.
    11
  • Bir şüşə qəlyan 4-5 qutu siqaret deməkdir
    30.08.2014 21:40
    http://cdn.qafqazinfo.az/73289.jpg
    http://cdn.qafqazinfo.az/73289.jpg
    Qəlyanın vətəni Hindistan sayılır. Qədim mədəniyyət atributu sayılsada siqaretdən daha ziyanlıdır.

    "Qafqazinfo" azadxeber-ə istinadən məlumat verir ki, bir şüşə qəlyanı çəkmək bir dəfəyə 4-5 qutu siqaret çəkməyə bərabərdir. Bu isə 80-100 siqaret deməkdir! Başqa sözlə desək, qəlyan siqarətdən 63% daha zərərlidir.

    Qəlyanın əsas tərkib hissəsi tütündür ən çox istifadə olunan "tumbak" adlanan adi tütündür. Tumbak tütünündə nikotinin miqdarı çoxdur.Tütünün 70%-i bal,meyvə aromaları və qliserində isladılır. Bu da qəlyanı çəkən zaman xoş ətir və xüsusi yumşaqlıq verir.

    Amma qəlyanın tərkibində ağır metallar sayılan qurğuşun, nikel, kobalt və arsen var. Bundan əlavə qəlyan çəkən zaman zərərli maddə sayılan fenol, karbonmonoksid və minlərlə insanın sağlamlığını təhlükə altına qoyan maddələr əmələ gəlir.Müqayisə etsək görərik ki, bir siqaretdə 30-80 nq (nanoqram) qurğuşun varsa,qəlyanda bu miqdar 6870 nq təşkil edir.

    Əsas ziyan səbəbi olan arsenin miqdarı isə siqaretdə 45-125 nq təşkil etdiyi halda, qəlyanda -165 nq-dır.

    Qəlyan çəkilən məkanların qapalı olması və xüsusi dekoru tüstünün daha çox udulmasına səbəb olur.Bundan əlavə qəlyan çəkməkdən əvvəl və sonra maye qəbulu orqanizmdə böyük fəsadlara səbəb ola bilər.

    Bir çoxları qəlyan çəkən zaman tütünün xüsusi filtr sayılan sudan keçməsi ilə zərərin minimuma endiyinə inanır. Lakin bu heç də belə deyil. Hərçənd, su filtr rolunu oynayır, amma bütün zərərli maddələri özündə saxlaya bilmir. Suda yalnız 90% fenol qalır, bu da sadəcə boğazı qiciqlandırmır.əksinə, sudan keçən tüstü ağ ciyərlərdə təzyiqin dəyişməsinə və tüstünün daha yaxşı yayılmasına səbəb olur.

    Bundan əlavə qəlyanı çəkən zaman həcmcə daha çox tüstünü çəkir və alveollara qədər çatmasına səbəb olur. Bu da insanın daha tez halının dəyişməsinə və bir növ hallanmasına səbəb olur.Baş dönməsi, əhvalın dəyişməsi, yuxululuq da yanma zamanı əmələ gələn dəm qazı (karbonmonoksid) sayəsində baş verir.Bu qazın miqdarı hətta 10 mq (milliqrama) qədər çata bilər.

    Daimi olaraq çəkilən qəlyanın sağlamlığa vurduğu zərər çox böyükdür.Bir qəlyan şüşəsi insanın 1 aylıq immunitetini zəiflədir.Ağciyər xərçəngi,xroniki bronxit,ürək-damar xəstəliklərinin yaranmasıa səbəb olur.Vərəm, hepatit xəstəliklərini tətikləyir. Qadınlarda isə hamiləlik zamanı bətndaxili dölün inkişafının gecikməsi və az çəkili uşaqların doğulmasına səbəb olur.
    8
  • Azərbaycan yeni təyyarələr alıb
    30.08.2014 21:40
    http://azvision.az/photos/1409410339.jpg
    http://azvision.az/photos/1409410339.jpg
    Təyyarənin biri artıq Bakıya gətirilib. Yeni təyyarə ilə gələn aydan etibarən Koreya Respublikasının paytaxtı Seula müntəzəm uçuşlar təşkil ediləcək. Eyni zamanda, Şanxay və Honq-Konq istiqamətində uşuların sayı həftədə 5 dəfəyədək artırılacaq, Avropanın Hahn və Milan aeroportlarına gündəlik uçuşlar həyata keçiriləcək.

    Qeyd edək ki, Silk Way West aviaşirkətinin marşrut şəbəkəsi 20-si müntəzəm, 30-u isə çarter olmaqla 50 istiqamətdə uçuşlar həyata keçirməyə imkan verir.
    8
  • Rusiya MN: "Ukraynada savaş aparmırıq, ancaq..."
    30.08.2014 21:37
    http://axar.az/cdn/2014/august/30/1409416045anatoliy.jpg
    http://axar.az/cdn/2014/august/30/1409416045anatoliy.jpg
    Rusiya Müdafiə nazirinin müavini Anatoliy Antonov Ukrayna torpaqlarında hərbi bir əməliyyat aparmadıqlarını bildirib.

    Axar.az xəbər verir ki, Antonov Rusiya ordusunun Ukrayna ərazisində olduğunu təkzib etməsə də, hərbi əməliyyatların aparılmadığını deyib. Nazir müavini Rusiyanın müharibə aparmadığını, sadəcə hadisələrin daha da kəskinləşməməsi üçün siyasi yollar axtardıqlarını qeyd edib:

    "Təəssüf ki, iki xalqın arasını vurmaq üçün və Ukrayna ilə Rusiya arasında savaş başlatmaq istəyən bəzi qüvvələr var . Rusiya Ukrayna torpaqlarında hərbi bir əməliyyat aparmır".

    Kiev rəhbərliyi isə ölkənin şərqində aprel ayından bu günə qədər ordu ilə zidd düşən separatçılara Rusiyanın dəstək verdiyini iddia edir.
    8
  • Bred Pittin evlənməsi keçmiş xanımını özündən çıxarıb
    30.08.2014 21:36
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Hollivud ulduzları - Bred Pitt və Ancelina Colinin ailə qurması aktyorun keçmiş xanımı Cennifer Enistonu özündən çıxarıb.

    Gün.Az Axşam.az-a istinadən xəbər verir ki, C. Eniston eks həyat yoldaşı B.Pittin evlənməsi barədə verilən suallara qarşı çox aqressivdir.

    Aktrisa jurnalistlərin ona toy, ailə və uşaqlar haqda sual ünvanlamasını qadağan edib.

    Xüsusilə, o, Bred və Ancelina ilə bağlı sual eşidən kimi müsahibəni dayandıraraq studiyanı tərk edəcəyini bildirib. Aktrisa, həmçinin, qatıldığı şou-proqramlara onun keçmişindən kadrların verilməsini də qadağan edib.

    7
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri