yuxarıya
Moldova millisi ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasının heyəti açıqlanmışdır
06.11.2012 12:50
A A
Xəbər verdiyimiz kimi, noyabrın 9-15-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Moldovada təlim-məşq toplanışı keçiriləcəkdir.

AFFA-dan AzərTAc-a bildirmişlər ki, yığmamızın heyəti açıqlanmışdır. Heyətdə Mirhüseyn Seyidov, Araz Abdullayev, Tərlan Quliyev, Kərim Diniyev, Elvin Yunuszadə, Emil Balayev (hamısı "Neftçi"), Tural İsgəndərov, Qara Qarayev (hər ikisi "Qarabağ"), Cavid Tağıyev, Ruslan Tağızadə (hər ikisi AZAL), Abdulla Abasiyev, Aleksandr Qross (hər ikisi "İnter"), Nurlan Novruzov ("Bakı"), Slavik Alxasov ("Sumqayıt"), Amit Quluzadə ("Rəvan"), Orxan Sadıqlı ("Xəzər-Lənkəran"), Urfan Abbasov ("Qəbələ") və Nicat Qurbanov ("Simurq") yer almışlar.

Qeyd edək ki, millimiz toplanış çərçivəsində noyabrın 14-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcəkdir.

1-AFFA.jpg
Mənbə: azertag.com   
Hörmətli İstifadəçi, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
14
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • AŞPA həmməruzəçiləri gələn ay Azərbaycana səfər edəcəklər
    21.05.2013 16:06
    Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt ölkəmizə iyunun ortalarında gələcəklər.Bu barədə APA -ya açıqlamasında Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətin rəhbəri Səmə...
  • Məhbus fəalın səhhətində problem yaranıb
    21.05.2013 16:02
    Mayın 20-də vəkil Xalid Bağırov Bakı İstintaq Təcridxanasında "Nida" Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı ilə görüşüb."Media forum" saytına açıqlamasında vəkil deyib ki, həbs olunduğu gündən Zaur Qurbanlı ilə bağlı heç bir istintaq hərəkəti aparılmır.Xal...
  • Ən bahalı stadionun açılışı oldu
    21.05.2013 16:05
    Braziliyada ən bahalı stadion tikilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Resifi şəhərində yerləşən "Arena Pernambuku" adlanan stadionun açılışında ölkə prezidenti Dilma Russef də iştirak edib.Stadionun tikintisinə 590 mln pul xərclənib. Burada...
  • "Gündəm xəbər"in baş redaktoru: "Avropa Məhkəməsinədək gedəcəm"
    21.05.2013 17:13
    "Gündəm xəbər" qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri "Media forum" saytına danışıb. O, mayın 20-də Gəncənin Kəpəz Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verəcəyini bildirib.Baş redaktor Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi i...
  • Səməd Seyidov: "İşğalçı ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi xoşagəlməz faktdır"
    21.05.2013 16:20
    Milli Məclisin üzvü Sevinc Fətəliyeva mayın 24-də AŞPA Monitorinq Komitəsinin Estoniyada keçiriləcək iclasında iştirak edəcək.Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətin rəhbəri Səməd Seyidov məlumat verib. O bildirib ki, iclas çərçivəsində "dondurul...
  • 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarıldı
    21.05.2013 14:35
    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi dəyişdirilib.Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyev tutduğu vəzifədən azad edilib....
  • Saakaşvilinin "sağ əli" həbs olundu
    21.05.2013 17:52
    Gürcüstanın sabiq baş naziri, Vahid Milli Hərəkat partiyasının baş katibi Vano Merabişvili saxlanılıb. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, hazırda eks hökumət başçısının ifadəsi alınır. Vano Merabişvilinin adı iki korrupsiya qalmaqalında h...
  • Gürcüstanın sabiq baş naziri həbs olunub
    21.05.2013 17:57
    Mayın 21-də Gürcüstanın sabiq baş naziri, Vahid Milli Hərəkat Partiyasının baş katibi Vano Merabişvili və sabiq əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Çiaberaşvili həbs ediliblər."Media forum" saytı xəbər verir ki, Merabişvili ilə bağlı üç maddə (seçicilərin...
  • Bir-birini bitirmək şansı
    21.05.2013 18:09
    Hələ anlamırsan ki, ip sənin tükdən nazik boynundadır. Və bu ipi çəkib buraxanda sən ayı kimi dal ayaqlarının üstündə oynayırsan, acıqlanırsan, mayallaq aşırsan. Amma bilmirsən ki, niyə və kimin üçündür bu məzhəkə. Sonra bu məzhəkənin tragikliyini anlamaqdan belə ...
  • İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası üzrə məhkəmə başlayıb
    21.05.2013 13:15
    Bu gün Bakı şəhər Nəsimi Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Bu barədə APA-ya İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib. Məhkəm...
XƏBƏR LENTİ
Topnews.az facebook page
  • Türkiyə Suriya ilə sərhədlərini bağladı
    22.05.2013 03:42
    http://anspress.com/images/photos/38681.jpg
    http://anspress.com/images/photos/38681.jpg
    Türkiyə ilə Suriya arasındakı Yayladağı sərhəd qapısı müvəqqəti olaraq bağlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə yerli jurnalistlərə Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıçı məlumat verib.

    O deyib ki, Suriya ilə Türkiyə arasında olan bütün gömrük-keçid məntəqələri ciddi nəzarətdə saxlanılır və sərhəd mənətəqəsi də təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq qapadılıb.

    "Bütün vətəndaşlarımızın, suriyalı vətəndaşların təhlükəsizliyini təmin etmək baxımından müəyyən tədbirlər göryüləcək. Ona görə də sərhədlər müvəqqəti olaraq bağlanılıb", - nazir əlavə edib.
    0
    Mənbə: anspress.com  
  • Kişilər necə aşıiq olur?
    22.05.2013 03:38
    http://www.olaylar.az/foto/xeberler/kisilersevir.jpeg
    http://www.olaylar.az/foto/xeberler/kisilersevir.jpeg
    Xoşunuza gələn kişiyə təsir etməyin yolu və sağlam münasibət yaşamağın qaydaları…

    1. Öz həyatınız olmalıdır

    Sosial həyatda aktiv olun və öz ayaqlarınız üzərində dayanmağı bacarın. Şəxsi həyatını sevdiyi kişiyə görə planlamayan qadınlar özündən razı imic yaradır. Bu isə kişiləri xarici gözəllik qədər təsirləndirir. Bu təkcə sizə aid deyil. Dostlarınız, ailəniz və yaxınlarınızla da yaxşı keçirməyi bilin. Bu, münasibətlərə təsir edən amillərdəndir.

    2. İlk addımı sız atmayın

    Bu mübahisəli məsələ olsa da, dəqiq nəticəsi açıqlanmayıb. Buna görə də qaçanın axrasınca düşərlər məsləsinə əməl etməkdə fayda var. Əgər ilk addımı siz atsanız, Sizə həqiqətən də marağı olub-olmadığını bu halda bilməcəyəksiniz.

    3. Bəsit olmayın

    Sevginin ilk günlərində flirtin ən yoğun olduğu zamanlardır. Amma bu müddətdə nə çox utancaq, nə də çox açıq olmamalısınız. Aşırı cəlbedici geyim tərizi də toplum içində aşırı yaxınlıq göstərmək, əlbəttə ki, kişilərin xoşuna gəlir. Amma münasibətlərini ciddi qəbul etmələrini riskə alır.

    4. Dəyər verin

    Ona dəyər verdiyinizi göstərmək üçün bahanələr hədiyyələr almağa və ya özünüzü ona həsr etməyə gərək yoxdur. Gündəlik işlərində yardım edərək onu düşüdüyünüzü hiss etdirə bilərsiniz.

    5. Onu dəstəkləyin

    Dostlarının ya da müdirin önündə eqosunu təmin etmək üçün ürəyinizdən keçən sözlər deyin. Zarafatlarına da hər azman gülsəniz, eyni təsiri yaradacaq.

    6. Təzyiq göstərməyin.

    Gün ərzində onu axtarmaqla sıxa bilərsiniz. Gələcəklə bağlı planlar qurmaq istəsəniz də, bezdirməyin və səbrli olun. Hər şeyi ona demək məcburiyyətində deyilsiniz. Sizi həqiqətən sevirsə, gələcəklə bağlı planlar quracaq.

    7. Dürüstlük

    Hər zaman dürüst və güvənilməli olduğunuzu və həyatınızda da belə insanlara yer verdiyinizi ona hiss etdirin. Əgər siz gedəcəyiniz yeri gizlədirsinizsə, ondan da eyni şeyi gözləməyin.

    8. Sevgi dolu olun

    Evlilik üçün ən vacib şeyin sevgi olduğunu düşünürsüzsə, bunu onun da bilməsini təmin edin. Onunla pul, güvən və ya prestij üçün birlikdə olmadığınızı bilməsi sizə və münasibətinə olan inamı artıracaq.
    2
    Mənbə: olaylar.az  
  • Son beş ilin ən kasıb finalı
    22.05.2013 03:35
    http://ann.az/file/pic/news/2013-05/1369155024_cempionlar-liqasi.jpg
    http://ann.az/file/pic/news/2013-05/1369155024_cempionlar-liqasi.jpg
    Çempionlar Liqasının mayın 25-i baş tutacaq "Borussiya" (Dortmund) - "Bavariya" finalı tarixə həm də maddi tərəflərinə görə düşəcək.

    Qol.Az-ın məlumatına əsasən, dünyanın ən böyük idman mediası şirkətlərindən "Perform"un apardığı araşdırma nəticəsində məlum olub ki, bu qarşılaşma son beş ildə ÇL-də həlledici matçda üz-üzə gələn iki komandanın heyətinə görə ən kasıb final olacaq.

    Son 10 ildə ən kasıb final 2004-ci ildə "Monako" ilə "Porto" arasında olmuşdu - 267 milyon avro. Bu ilki finalın digər cəhəti 2003-ci ilin "Yuventus" - "Milan" finalından sonra eyni ölkənin iki komandasının qarşı-qarşıya gəlməsidir.

    425 milyon avroluq heyəti olan "Bavariya" ilə 255 milyon avroluq heyəti olan "Borussiya"nı qarşı-qarşıya gətirən finaldakı matçın ümumi dəyəri isə 680 milyon avro təşkil edəcək. Bu rəqəm ümumi dəyəri bir milyard avro olan və eyni zamanda son on ilin ən bahalı final oyunu- "Barselona"- "Mançester Yunayted" qarşılaşmasından xeyli geridə qalır.

    Katalon klubu o ilki 607 milyon avroluq heyəti ilə son on ilin ən bahalı komandasıdır.

    Bu ilki finalda meydana çıxacaq ən bahalı oyunçu isə "Bavariya"nın 43 milyon avroluq futbolçusu Frank Riberidir.

    2
    Mənbə: ann.az  
  • Azərbaycanlı müğənninin gizli saxladığı nişan xəbəri aşkarlandı
    22.05.2013 03:21
    http://anspress.com/images/photos/38682.jpg
    http://anspress.com/images/photos/38682.jpg
    Daha bir müğənnimizin xeyir xəbərini sizə çatdırırıq. ANS PRESS-in məlumatına görə, bu dəfə gənc müğənni Elvin Abdullayev

    subaylığın daşını atmağa qərar verdi. Bir müddət əvvəl nişanlanan sənətçi payızda özünə toy edəcək.

    Amma nədənsə Elvin bu xəbəri gizli saxlayıb. İfaçı ATV-nin "10lar" proqramının kameralarını görüncə tələm-tələsik barmağındakı nişan üzüyünü çıxarıb cibinə qoyub.

    Yaxalandığını görüncə isə şəxsi həyatından danışmaq istəmədiyini bildirib.
    5
    Mənbə: anspress.com  
  • Kimya sənayesi, əczaçılıq, rezin və plastik kütlə məmulatlarının istehsal göstəriciləri açıqlanmışdır
    22.05.2013 03:18
    Azərbaycanda kimya sənayesi, əczaçılıq, rezin və plastik kütlə məmulatları müəssisələri tərəfindən yanvar-aprel aylarında 89,9 milyon manatlıq məhsul istehsal edilmişdir.

    Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kimya sənayesində 7,6 faiz, əczaçılıq məhsullarının istehsalında 69,9 faiz artım, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 16,3 faiz azalma müşahidə olunmuşdur.

    Əsas kimya məhsullarından izopropil spirtinin istehsalı 26,1 faiz və lak-boya məmulatlarının istehsalı 35,9 faiz artmış, polietilenin istehsalı 5,8 faiz, propilenin istehsalı isə 21,8 faiz azalmışdır.

    Rezin və plastik kütlə məmulatlarından bərk polipropilen boruların istehsalı 19,6 faiz, məsaməli poliuretan lövhələrin istehsalı 13,7 faiz artmış, polietilen boruların istehsalı isə 13,6 faiz azalmışdır.
    8
    Mənbə: azertag.com  
  • Cari ilin ilk dörd ayında sığorta şirkətləri tərəfindən 5 min 153 sığorta tələbi qeydiyyata alınmışdır
    22.05.2013 02:58
    Cari ilin ilk dörd ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə informasiya sistemində İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətləri tərəfindən 5 min 153 tələb qeydiyyata alınmışdır.

    İSB-dən AzərTAc-a bildirmişlər ki, qeydiyyata alınmış sığorta tələblərindən 5 min 139-u üzrə sığorta ödənişi həyata keçirilmişdir. Doqquz sığorta tələbi üzrə ödəniş verilməsindən imtina olunmuş, 211 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.
    25
    Mənbə: azertag.com  
  • "Azərbaycan növbəti dəfə "Eurovision"da layiqincə çıxış etdi"
    22.05.2013 02:41
    http://eurovision.ann.az/file/pic/news/2013-05/1369126676_1.jpg
    http://eurovision.ann.az/file/pic/news/2013-05/1369126676_1.jpg
    Azərbaycan "Eurovision" mahnı müsabiqəsində yenidən layiqincə çıxış etdi və uğura nail oldu. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında azərbaycanlı iştirakçı Fərid Məmmədov bildirib.

    O, bu gün gənclərin müşayiəti ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

    İsveçin Malmö şəhərində keçirilən yarışda ikinci yeri tutan Fərid Məmmədov göstərdiyi dəstəyə görə bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirib.

    Onun sözlərinə görə o, yeni layihələr, konsertlər planlaşdırır. Həmçinin xarici şirkətlərdən əməkdaşlıq barədə təkliflər də gəlib:

    "Mən "Eurovision"u yenidən Bakıya gətirməyi çox istəyirdim və inanıram ki, ən yaxın vaxtda bu gerçəkləşəcək. Çünki Azərbaycan bütün çıxışlar boyu yaxşıların arasındadır".

    Onun sözlərinə görə, o, "Eurovision" səhnəsində ən yaxşı çıxış göstərməyə çalışdı və Azərbaycanın çıxışı yüksək qiymətləndirilib:

    "Malmödə heç bir problem yaşanmadı, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Sevindirici haldır ki, bizim səylərimiz boşa getmədi. Çox çətin idi, lakin biz uğur əldə etmək üçün çox çalışdıq. İnanıram ki, gələcəkdə biz yenidən birinci olacayıq".

    7
    Mənbə: ann.az  
  • Mediadan gizli toy edən müğənni ərini üzə çıxardı
    22.05.2013 02:41
    http://anspress.com/images/photos/38680.jpg
    http://anspress.com/images/photos/38680.jpg
    Mediadan gizli şəkildə ailə quran müğənni Kəmalə Qaramollayeva həyat yoldaşını üzə çıxardı. ANS PRESS-in məlumatına görə, sənətçi toy kadrlarını ATV-nin "10lar" proqramına təqdim edib. Kəmalənin həyat yoldaşı mətbuatda yazıldığı kimi heç də Türkiyə vətəndaşı deyilmiş. Azərbaycanlı Teymur keçmiş peşəkar idmançıdır. Hazırda özünün biznesi var.

    Kəmalə toyunun mediada işıqlandırılmamasının həyat yoldaşının fikri olduğunu dedi: "Teymur mənə ilk gündən mənə söylədi ki, şəxsi həyatını reklam eləmə."

    Sirr saxlanılan toyun xəbəri gec çıxsa da gənc ailənin bir-birinə vurub. Müğənni toyu haqqında yazılanlardan dəhşətə gəldiyini söylədu: "İnternetdə oxuduqlarımdan çox pis oldum. Yazırdılar ki, Kəmalə Qaramollayeva türkə ərə gedib. Bu belə deyil axı."

    Xatırladaq ki, Kəmalə Qaramollayevanın toyu bu ilin 14 aprelində olmuşdu.
    5
    Mənbə: anspress.com  
  • Niyə "Qış bulvarı"?
    22.05.2013 02:40
    Bakının mərkəzində salınan yeni park bir həftə sonra istifadəyə veriləcək

    Heydər Əliyev sarayının arxasından Füzuli meydanına kimi ərazidə salınan Qış Bulvarında gedən işlərlə tanış olmaq üçün parka yollandıq. Parkda nə usta, nə də fəhlə görünür. Kənarda skamyalardan birinə əyləşib yemək yeyən şəxsi görüb ona yaxınlaşırıq. Öyrənirik ki, Kamran Hüseynov 1 ildir ki, burada fəhlə işləyir. O, usta və fəhlələrin yemək fasiləsi verdiklərini, ona görə parkda olmadıqlarını deyir. Onun sözlərinə görə, parkda işlər hələ də davam edir: "Park istifadəyə verilsə də, hələ bir həftəlik də iş qalıb. Elektrik sistemi tam quraşdırılmayıb və avtopark da hələ tam hazır deyil. Burda bir həftəlik işimiz qalıb, ondan sonra park tam hazır olacaq". Kamran deyir ki, bir ildir davam edən tikinti işlərində ən çox vaxt aparan avtopark olub. Avtoparkda 3500 maşınlıq yer var. Daha sonra ustalardan biri söhbətimizə qatılır. Həsən Sərəfov olduğunu deyən usta parkın dekorasiyasında istifadə olunan ağacların İtaliyadan gətirildiyini deyir. Parkın yaşıllaşdırılmasında palma ağacları ilə yanaşı maqnoliya, başınağac və dəfnəgilənardan da istifadə olunduğunu öyrənirik.

    Parkdakı müasir dizayna malik tikintilərin hansı məqsədlərlə istifadə ediləcəyini soruşuruq. Həsən usta onların kafeterya kimi fəaliyyət göstərəcəyini deyir. Ancaq bu tikililər hələlik istifadəyə verilməyib.

    Parkın "Qış bulvarı" adlandırılmasını isə onlar buradakı kafelərin üstünün örtülü olması ilə izah edir. Ustanın fikrinə görə, bu tikililərinin üstünün örtülü olması burada qışda da vaxt keçirməyə imkan verir. Buna görə də parkı Qış Bulvarı adlandırırlar.

    Parkda istirahət edən bir neçə nəfərə yaxınlaşıb "Qış bulvarı"nı bəyənib bəyənmədiklərini soruşuruq. Gülşən Kərimova deyir ki, parkın digərlərindən elə bir fərqi yoxdu: "Evimə yaxın olduğu üçün gəlirəm. Düzdü dincəlirəm, yaxşıdı. Amma o biri parklardan fərqi yoxdu. Kafeləri də hələ istifadəyə verilməyib. Buranın niyə "Qış bulvarı" adlandırıldığını bilmirəm. Yəqin ki, insanlar qış aylarında dənizkənarı park yerinə buraya gələcək. Çünkü qışda o tərəflərə getmək olmur, dənizə görə hava çox soyuq olur".

    Emil Hüseynov isə parkdakı fəvvarələri çox bəyəndiyini deyir. Axşam hava qaraldıqdan sonra fəvvarələrin rəngbərəng işıqlara boyandığını deyən Emil bizə də buraya axşamtərəfi təkrar gəlməyi tövsiyyə edir. Emilin dostu Fərid Salahov söhbətimizə müdaxilə etdi: "Ümumiyyətlə, parkı bəyəndim. Əvvəllər buralar çox səliqəsiz idi, indi daha yaxşı oldu. Parkda sadəcə aşağı tərəfdəki fəvvarəni bəyənmədim, birbaşa yerə tökülür və çox səs çıxır. Çalışıram o tərəfə getməyim".

    Parka valideynləri ilə birgə gələn uşaqlar isə karusellərin olmamasından şikayətləndilər. Biz də parkın ortasında cərgə halında quraşdırılan maraqlı dizayna sahib skamyada oturub biraz dincəldikdən sonra oradan ayrılırıq.

    7
    Mənbə: ann.az  
  • Məleykə Abbaszadə buraxılış imyahanlarından danışdı
    22.05.2013 02:38
    http://ann.az/file/pic/news/2013-05/1369128084_meleyke-abbaszade.jpg
    http://ann.az/file/pic/news/2013-05/1369128084_meleyke-abbaszade.jpg
    "Nəzərdə tutmuşuq ki, şagirdlər gələn ildən etibarən 3 fəndən buraxılış imtahanı versinlər"

    "Attestat qiymətlərinin reallığı əks etdirməsinə nail olduqdan sonra buraxılış imtahanlarında fənlərin sayını artırmaq olar. Biz nəzərdə tutmuşuq ki, gələn ildən buraxılış imtahanında 3 fənn olsun. Hazırda bunun hansı fəndən olacağı və necə formada aparılacağını deyə bilmərəm".

    Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında fənlərin sayının artırılması və ya azaldılması barədə səslənən təkliflərə münasibət bildirərkən deyib.

    Komissiya sədri bildirib ki, bu ildən etibarən TQDK tərəfindən orta məktəb şagirdləri arasında monitorinq imtahanları keçirilib, gələn il də bu proses davam edəcək: "Hazırda bu istiqamətdə müvafiq araşdırma aparılır. Buraxılış imtahanlarında fənlərin sayı artırılarsa, o fənlərin sayı qəbul imtahanında azaldıla bilər. Düşünürük ki, məsələn, şagird buraxılış imtahanında Ana dili və ya Riyaziyyat fənnindən imtahan verirsə, onun nəticələri qəbul imtahanında nəzərə alınsın. Yəni, qəbul imtahanında abituriyentlər 5 fəndən imtahan verməsin. Nəticədə buraxılış və qəbul imtahanları arasında fərq azalsın. Bu istiqamətdə hələlik araşdırma aparılır. Təhsil eksperti olaraq bu mənim sadəcə, elmi mülahizələrimdir".

    M. Abbaszadə onu da bildirib ki, qeyd etdiyi məsələlər həyata keçsə, qəbul imtahanları gələcəkdə yalnız əvvəlki illərin məzunları və müsabiqə vəziyyəti yüksək olan bəzi ixtisaslar üzrə keçirilə bilər.

    APA
    6
    Mənbə: ann.az  
  • Buynakda atəş açılıb: polis həlak olub
    22.05.2013 02:34
    http://news.lent.az/upload/images/news/2013/may/22/big/da9a6254dacb8ef898768e7f636a81f2.jpg
    http://news.lent.az/upload/images/news/2013/may/22/big/da9a6254dacb8ef898768e7f636a81f2.jpg
    Gecə saatlarında Dağıstanın Buynak rayonunda naməlum şəxslər avtomobilə güllə atıb.

    Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nəticədə bir polis həlak olub, ağır yaralanmış hərbçi isə hospitala yerləşdirilib.

    Olay yerində polis araşdırma aparıb.

    Son zamanlar Rusiya ərazisində islam adı altında fəaliyyət göstərən yaraqlıların ocaqlarına qarşı mübarizə hakimiyyətin başlıca vəzifələrindən birinə çevrilib.

    Mayın 20-də Mahaçqalada məhkəmə xidməti binasının yaxınlığında minalanmış iki maşın partladılıb. Olay nəticəsində 4 nəfər həlak olub, 30-dan çox insan yaralanıb
    5
    Mənbə: news.lent.az  
  • İran xarici işlər nazirinin müavini Türkiyəyə gedəcək
    22.05.2013 02:34
    http://news.lent.az/upload/images/news/2013/may/22/big/770881e828ae2919aca75a19d9998cee.jpg
    http://news.lent.az/upload/images/news/2013/may/22/big/770881e828ae2919aca75a19d9998cee.jpg
    Mayın 23-də İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı Türkiyəyə səfər edəcək.

    APA-nın İRNA-ya istinadən məlumatına görə, səfər bir gün çəkəcək. Eyni zamanda İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsini icra edən A.Əraqçı səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmilərlə görüşəcək. Görüşlərdə iki ölkə arasındakı əlaqələr, Türkiyədə yaşayan iranlıların vəziyyəti, həmçinin regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq.
    7
    Mənbə: news.lent.az  
  • Səməd Səmədovu qıcıqlandırdılar
    22.05.2013 02:22
    http://www.olaylar.az/foto/xeberler/semedsemedov.jpeg
    http://www.olaylar.az/foto/xeberler/semedsemedov.jpeg
    Azərbaycanın xalq artisti Səməd Səmədov toylardan söz açıb. SİA-ya açıqlama verən Səməd Səmədov el şənliklərinə razılaşma yolu ilə getdiyini dilə gətirib: "Efirlərin birində adını açıqlamaq istəmədiyim xanım aparıcımız toylardan danışaraq veriliş zamanı bəyan etdi ki, Səməd Səmədov çox ucuz qiymətə el şənliklərində iştirak edir. Həmin söhbətdən sonra sözügedən teleaparıcıya zəng edərək iradımı bildirdim. O da səhəri gün canlı efirə çıxaraq söylədi ki, xalq artisti Səməd Səmədovun toy qiyməti 4 min manatdır. Teleaparıcının belə deməyi də mənə xoş gəlmədi, çünki çox yüksək məbləğ söyləmişdi".

    Qeyd edək ki, xalq artisti Səməd Səmədov maddi vəziyyəti yaxşı olmayan gənclərin toyunda məbləğlə bağlı endirim etdiyini xüsusi diqqətə çatdırıb
    6
    Mənbə: olaylar.az  
  • "Biz regionlarda QİÇS görmürük" layihəsi gənclər arasında sağlam həyat tərzinin təbliğinə yönəlmişdir
    22.05.2013 02:17
    "Azad Gənclər" İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Biz regionlarda QİÇS görmürük" layihəsinə başlamışdır.

    İB-dən AzərTAc-a bildirmişlər ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları XXI əsrin ən təhlükəli xəstəliyi olan QIÇS-dən qorumaqdır.

    İki ay müddətində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında həyata keçiriləcək layihə çərçivəsində kampaniyalar təşkil olunacaqdır. Gənclərə yaşadıqları icmada təbliğat işini davam etdirmək üçün xüsusi məlumatlar veriləcəkdir.

    Eyni zamanda, iştirakçılara maarifləndirici buklet, stiker və qələmlər paylanılacaqdır.
    7
    Mənbə: azertag.com  
  • Bəşər Əsəd çoxdan gözlənilən qərarı verdi
    22.05.2013 02:16
    http://anspress.com/images/photos/38676.jpg
    http://anspress.com/images/photos/38676.jpg
    Bəşər Əsəd Suriyada tökülən qanı dayandıra biləcək bir qərar verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əsəd 5 hökümət məmurunu müxalifətlə danışıqlar aparmaq üçün ayırıb.

    Həmin qrupda baş nazir Vail əl Halki də yer alıb. Müxalifət isə indidən danışıqlara qatılacaq bəzi şəxslərin adının siyahıdan çıxarılmasını tələb edir. Bəşər Əsədin qrupda yer alan şəxslərin Rusiya tərəfi ilə razılaşdırdığı iddia edilir.

    Avropa Birliyindəki adı açıqlanmayan diplomat isə açıqlamasında siyahının dəyişə biləcəyini bildirib. Qeyd edək ki, indiyədək Suriyada üsyançılarla hökumət qüvvələri arasında silahlı münaqişədə 80 min nəfərin öldürüldüyü bildirilir.
    7
    Mənbə: anspress.com  
  • İNANILMAZ! Aygün Kazımova ilə Röya barışacaqlar
    22.05.2013 02:15
    http://anspress.com/images/photos/36546.jpg
    http://anspress.com/images/photos/36546.jpg
    Düşmən münasibətdə olan sənətçilər Aygün Kazımova və Röya barışacaqlar. ANS PRESS-in məlumatına görə, ATV-nin "10lar" proqramı son buraxılışında, "Tezliklə Aygün Kazımova və Röya 100% "10lar"da barışacaqlar" - deyərək bu hadisəni anons ediblər.

    Beləki, Dj Kazımın aparıcılıq etdiyi "Muleyli" radio - şousunda mövzu Röya Ayxan olub. Proqramla telefon bağlantısı yaradan Aygün Kazımova düşmən həmkarını müzakirə etməkdən çəkinməyib.

    Kazımova Röyanın pis və yaxşı xüsusiyyətlərindən danışıb: "Röyanın pis cəhəti ətrafında olan insanların tələsinə düşməsidir. Bu bizim ikimizi də pis cəhətidir. Müsbət cəhəti odur ki, sənətini sevən və çox çalışqan biridir."
    5
    Mənbə: anspress.com  
  • AB vergidən yayınmaya qarşı mübarizəyə çağırır
    22.05.2013 02:15
    http://news.lent.az/upload/images/news/2013/may/22/big/0f16846dae0fda002403451a92e8e925.jpg
    http://news.lent.az/upload/images/news/2013/may/22/big/0f16846dae0fda002403451a92e8e925.jpg
    Avropa parlamenti bütün dövlətləri offşor zonada vergidən yayınma hallarının yoxlanılması üçün birgə mübarizə aparmağa çağırıb.

    Lent.az-ın BBC-yə istinadən məlumatına görə, qurum etibarsız dövlətlərin qara siyahıya salınmasına çağırış edib.

    Parlament üzvləri icarsı vacib olmayan iki qətnamə qəbul edib ki, o da vergidən yayınanlara aiddir.

    Vergidən yayınmaq hər il AB-yə 1,3 triliyon ziyan vurur. Bu da 2008-ci ildə quruma üzv 27 dövlətin səhiyyə sahəsinə sərf etdiyi maliyyə vəsaitindən çoxdur.

    Səsvermə Brüsseldə vergiyə həsr olunan zirvə toplantısından bir gün öncə keçirilib.

    Mütəxəssislərin qənaətincə, sənədin qəbulu AB-nin vergi məsələsinə daha sərt yanaşacağını ehtimal etməyə əsas verir.
    5
    Mənbə: news.lent.az  
  • Canlı yayımda qadın aparıcı çılpaq qaldı
    22.05.2013 02:07
    http://www.azxeber.com/files/5D1C60AW6T6q.jpg
    http://www.azxeber.com/files/5D1C60AW6T6q.jpg
    Meksika televiziyalarının birində maraqlı hadisə baş verib.

    AZXEBER.COM-un məlumatına görə, qadın aparıcı canlı yayımda verilişi apararkən, köynəyi aşağı düşüb. Aparıcı əvvəlcə heç nə hiss eləməsə də efir rejissorunun xəbərdarlığından sonra köynəyini yuxarı çəkib.

    Həmin görüntüləri təqdim edirik:





    6
    Mənbə: azxeber.com  
  • Bakıda valideynlərin köhnə və təzə dərdi
    22.05.2013 02:01
    http://www.milli.az/bpictures/picture189941.jpg
    http://www.milli.az/bpictures/picture189941.jpg
    Bakı şəhərində valideyn uşağını qoymağa bağça tapa bilmir. Milli.Az-a şikayət məktubu yazan Azər adlı valideyn iki ildir övladını Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Süsən" uşaq bağçasına düzəltmək istəsə də, ümidləri puç olur: "Uşağımın 5 yaşı var. Ötən ilin avqust ayından uşaq bağçasının müdiriyyətinə müraciət etmişəm. Rəhbərlik hər dəfə mənə "yer yoxdur", "baxarıq", "kömək" edərik cavabı verir. Son dəfə bu ilin martında uşağın adını dəftərinə qeyd etdi. Mayın 15-də direktora zəng etdim. Dedi ki, yer yoxdur, başqa yerə müraciət edim. İki il süründürməçilik olar? Özəl bağçalara müraciət etməyə isə maddi durum imkan vermir".

    Uşaq bağçasının direktoru Sevda Orucova Milli.Az-a açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi müəssisədə uşaq yeri məhduddur.

    Direktorun sözlərinə görə, bu barədə valideynlərlə söhbət etsə də, onu dinləyən yoxdur: "Paytaxtın bütün bağçalarında bu problem var. Bağçaların əksəriyyətində təmir gedir, ona görə də yer çatışmır. Bizim bağçada 130 uşaqlı yer olur. Qruplara 15 nəfərdən artıq uşaq götürmək olmaz. Gərək kimsə uşağını bağçadan çıxarsın ki, yer boşalsın. Bu isə inandırıcı deyil. Hazırda növbədə 85 uşaq var. Onlardan yalnız 15 nəfərini bağçaya qəbul etmək mümkün olacaq. Yerdə qalanlar isə məndən şikayətlənəcək. Yer yoxdursa, neyləməliyəm?"

    S.Orucova valideynlərə səbrli olmağa məsləhət görür: "Bakıda bütün bağçalar əsaslı təmir olunur. Bir müddət gözləmək lazımdır. Onları da başa düşürəm, amma yer yoxdursa, çıxış yolumuz da yoxdur. Normadan artıq uşaq qəbul etməyə ixtiyarımız yoxdur".

    Anar Məmmədov

    5
    Mənbə: milli.az  
  • ABŞ Dövlət Departamentindən İrəvana sərt təpki
    22.05.2013 01:55
    http://anspress.com/images/photos/37298.jpg
    http://anspress.com/images/photos/37298.jpg
    Ermənistan Konstitusiyası dini azadlıqları təmin etsə də, reallıqda buna əməl edilmir. Üstəlikdə bu ölkənin bəzi qanunları bu azadlıqları məhdudlaşdırır.

    Bu barədə ABŞ Dövlət Departamentinin dünyada dini azadlıqlara dair 2012-ci il üzrə hesabatının Ermənistana aid hissəsində deyilir.

    "Qeydiyyatdan keçmiş dini qurumlar onların fəaliyyətinə ciddi hüquqi əngəllər törədilmədiyini bildirsələr də, qanunun Erməni Apostol Kilsəsinə, başqa dini qruplar üçün mümkün olmayan imtiyazlar verdiyini qeyd edirlər", - hesabatda deyilir.

    Rəsmən qeydiyyatdan keçmiş dini qrupların əksəriyyəti fəaliyyət göstərdikləri müddət ərzində ciddi problemlərlə üzləşmədiklərini bildirirlər, lakin Yehovanın şahidləri təşkilatının hərbi mükəlləfiyyətdən və alternativ ordu xidmətindən qaçan 31 üzvü hələ də həbsdə qalmaqdadır.

    ABŞ hökuməti Ermənistan hakimiyyətinə yeni, beynəlxalq meyarlara uyğun, alternativ ordu xidməti qanununu qəbul etməyi təklif edir.

    Dini azlıq nümayəndələrinə qarşı ictimaiyyət, bəzən də bir çox yerli KİV tərəfindən qərəzli və dözülməz münasibət göstərilir. Bu, həmçinin iş yerlərində müşahidə olunur. Yerli mətbuatda dini azlıqlar çox vaxt "sekta" (təriqət) kimi səciyyələndirilir.

    Hesabatda qeyd olunur ki, Ermənistan əhalisinin 90 faizi Erməni Apostol Kilsəsinə etiqad edir, qalan dindarlar arasında katoliklər, pravoslavlar, yevangelistlər, mormonlar, Yehova şahidləri, yəhudilər, yezidlər, sünni və şiə müsəlmanlar və bütpərəstlər var.

    Ermənistan qanunvericiliyinə görə, təhsil qeyri-dinidir, lakin Erməni Apostol Kilsəsinin tarixi fənni tədris proqramına daxil edilib. Kilsə isə dərsliklərin tərtib edilməsi və müəllimlərin hazırlanması prosesində iştirak etmək və müəllim təyin etmək hüququna malikdir.

    "Demokratiya naminə əməkdaşlıq" ictimai təşkilatının ötən il apardığı təhqiqata əsasən, bəzi məktəb müəllimləri və direktorları bəyan ediblər ki, onların məqsədi uşaqları "əsil xristian" etmək və təriqətlərin "erməni millətini parçaladığını" uşaqlara izah etməkdir.

    Dini azlıq nümayəndələri deyirlər ki, Erməni Apostol Kilsəsinin ruhaniləri bəzən yersiz aqressivlik nümayiş etdirirlər.
    8
    Mənbə: anspress.com  
  • Deputat Torpaq Komitəsini yenə tənqid etdi
    22.05.2013 01:53
    http://editor.az/wp-content/uploads1/2013/05/torpaqq.jpg
    http://editor.az/wp-content/uploads1/2013/05/torpaqq.jpg
    Hacı Qalib Salahzadə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ittihamlar səsləndirdi

    «Bakı kəndlərinin xəritələşdirilməsi məsələsi yenə də problem olaraq qalmaqdadır». Bunu parlamentin Regional məsələlər komitəsinin mayın 21-də keçirilən iclasında çıxışı zamanı millət vəkili Hacı Qalib Salahzadə dilə gətirib. Onun qeyd etdiyinə görə, bu məsələ ilə bağlı dəfələrlə adı çəkilən komitədə, o cümlədən, parlamentin plenar iclasında müzakirələr açılıb: "Bir neçə gün öncə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı kəndlərindən 10-nun xəritəsi hazırlanaraq, həmin kəndlərin bələdiyyə sədrlərinə və yerli icra nümayəndələrinə təqdim olunub. Ancaq çox təəssüflər olsun ki, həmin xəritələrin heç biri düz olmayıb və hamısı yenidən həmin Komitəyə geri qaytarılıb. Mən başa düşə bilmirəm, bu, nə savadsızlıqdır, onlar bu xəritəni harada, necə hazırlayıblar? Çox xahiş edirəm ki bu məsələyə əməlli-başlı bir aydınlıq gətirilsin».

    Buna cavabında isə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, kənd və qəsəbələrin, o cümlədən Bakının tərkibindəki inzibati ərazi dairələrinin, sərhədlərinin müəyyənləşdirilməsi, xəritələrinin hazırlanması ilə bağlı ölkə başçısının müvafiq sərəncamı var: "Hazırda da bu sərəncamdan irəli gələn məsələlər üzərində işlər görülür. İndi ola bilsin ki, bu məsələdə hansısa çatışmazlıqlar, nöqsanlar olsun. Amma, xüsusilə Bakı şəhərində vəziyyət, infrastruktur elədir ki, bir kommunikasiya bu ərazidən başlayır, digərində başa çatır. Buna görə bu məsələdə nöqsanların olması başa düşüləndir. Məsələn, vaxtilə Abşeron rayonunda 2 nömrəli sovxoz deyilən yaşayış məntəqəsi mövcud olub, ancaq indi sovxoz olmadığı üçün həmin yaşayış məntəqəsi bir növ arxada qalıb. Bununla belə inanıram ki, Bakı kəndlərinin xəritələrinin aparılması istiqamətində işlər bundan sonra daha intensiv xarakter alacaq".

    //Editor.az
    6
    Mənbə: editor.az  
  • Bu gün bürclər nə vəd edir? - PROQNOZ
    22.05.2013 01:51
    http://www.azxeber.com/files/jBHc551NF93Q.jpg
    http://www.azxeber.com/files/jBHc551NF93Q.jpg
    QOÇ- Xoş ovqat qazanmaq üçün bu təqvimdən maksimum

    istifadə etməlisiniz. Bu istiqamətdə Göy qübbəsi də sizə yardımçı olacaq. Yeni

    xəbərlər, maraqlı adamlar yolunuzu gözləyir.

    BUĞA- Bürcünüzə xas olmayan özünütərif prinsipindən

    qaçın. Bu, nüfuzunuza xələl gətirə bilər. Çalışın ki, ünsiyyətdə olduğunuz hər

    kəsə mərhəmət göstərəsiniz. Acıdil olmayın.

    ƏKİZLƏR- Sağlamlıqla bağlı problemləriniz artdığından

    astroloji göstəricilər ağır fiziki işlər görməyinizi məsləhət görmür.

    Ətrafınızda nələr baş versə də, bütün işlərə yüksək enerji ilə başlayın.

    XƏRÇƏNG- Daha çox düşərli gündür. İstər qarşılıqlı

    münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz.

    Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.

    ŞİR- Səhhətlə bağlı problemlə rastlaşma ehtimalınız

    var. Havaların istiləşməsi nəticəsində ürəksıxılmalarına məruz qala bilərsiniz.

    Bu səbəbdən də bütün fiziki işlərinizi təxirə salın.

    QIZ- Astroloji göstəricilər bu ərəfədə daha çox təmkin

    göstərməklə müvəffəqiyyət əldə edəcəyinizi bəyan edir. Ümumiyyətlə, bu təqvimdə

    çılğınlıq sizə yalnız zərər yetirə bilər.

    TƏRƏZİ- Qan-damar sisteminə fikir verin. Nəzərə alın

    ki, Ayın mənfi təsiri altındasınız. Pulla bağlı riskli sövdələşmələrdən uzaq

    olun. Fəaliyyətinizdə isə sıçrayış mümkündür.

    ƏQRƏB- İşgüzar əlaqələri dərinləşdirmək üçün birə beş

    qat əzmkarlıq göstərməlisiniz. Qarşılıqlı anlaşma sizin üçün vacib şərtdir. Şəxsi

    həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti qoruyun.

    OXATAN- Saat 15-ə qədər özünüzü münaqişəli

    situasiyalardan qorumalısınız. Elə addım atın ki, ətrafda özünüzə qarşı ikrah

    doğurmayasınız. Sonrakı saatlarda isə uğurlu məqamlar yaşayacaqsınız.

    OĞLAQ- Nahara qədər əsəblərinizi qoruya bilsəniz,

    sonrakı müddəti rahat başa vuracaqsınız. Sənədləşdirmə işlərində yarımçıq qalan

    məsələləri həll edin. Axşam evə bir qədər tez gedin.

    SUTÖKƏN- Artıq öz bürcünüz başladığı üçün nə vaxtdan bəri

    həsrətində olduğunuz məqamlarla rastlaşacaqsınız, xüsusən də fəaliyyətdə və

    sevgidə. Saat 14-dən sonra qazanmaq imkanınız da ola bilər.

    BALIQLAR- Bu gün kənardan sizə böyük dəstək verənlər

    ola bilər. Hətta bu ərəfədə iş yerini və ya üslubunu dəyişmək üçün də böyük

    şanslar əldə edəcəksiniz. Nahardan sonra sövdələşmələriniz gözlənilir.





    5
    Mənbə: azxeber.com  
  • Beren Saat kişiləri sillə-təpiyin altına saldı
    22.05.2013 01:47
    http://www.azxeber.com/files/4nFe5vFwImW6.jpg
    http://www.azxeber.com/files/4nFe5vFwImW6.jpg
    Türkiyənin tanınmış aktrisası Beren Saat "İntikam" adlı serialın çəkilişləri üçün idman dərsləri alıb.

    AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa ssenaridə olan döyüş səhnələrini canlandırmaq üçün peşəkar döyüş dərsləri almağa başlayıb.

    Sosial şəbəkələrdə yayılan həmin görüntüləri təqdim edirik:





    5
    Mənbə: azxeber.com  
  • Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində artım müşahidə olunmuşdur
    22.05.2013 01:43
    Cari ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 874,6 milyon manat təşkil etmişdir ki, bu da cari ilin proqnoz göstəricisindən 22,6 milyon manat və ya 2,7 faiz çoxdur.

    DSMF-dən AzərTAc-a bildirmişlər ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 22,7 milyon manat və ya 5,1 faiz çox olmaqla 463,8 milyon manat təşkil etmişdir. Bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 13,9 faiz və ya 56,7 milyon manat çoxdur.

    Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,8 faizi və ya 295,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşür.Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 54,8 milyon manat və ya 22,7 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 21,1 faiz və ya 51,5 milyon manat çox olmuşdur.

    Cari ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsinə nəzarət gücləndirilmişdir. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 50,9 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 85,4 faiz artmışdır.
    7
    Mənbə: azertag.com  
  • Ançelottini kim əvəzləyəcək?
    22.05.2013 01:39
    http://ann.az/file/pic/news/2013-05/1369153933_ancellotti.jpg
    http://ann.az/file/pic/news/2013-05/1369153933_ancellotti.jpg
    Fransanın PSJ klubu son zamanlar adı "Real"la hallanan baş məşqçisi Karlo Ançelottinin əvəzləyicisini tapıb.

    Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu, "Çelsi"nin baş məşqçisi Rafael Benizetdir. Mövsümün sonunda "Çelsi"dən ayrılacağı gözlənilən ispnan mütəxəssislə artıq Fransa klubunun danışıqlara başladığı bildrilir.

    Qeyd edək ki, PSJ-nin maraqlandığı məşqçilər arasında Roberto Mançini və Fabio Kapellonun da olduğu iddia edilir.

    5
    Mənbə: ann.az  
  • Avtovağzalı və Biləcəri dairəsini su basdı
    22.05.2013 01:26
    http://www.azxeber.com/files/pA8OUT9XD0AK.jpg
    http://www.azxeber.com/files/pA8OUT9XD0AK.jpg
    "Azərsu" boru partlamasına görə metropoliteni günahlandırır,

    qazıntını aparan işçilər iddiaları rədd edir

    Mayın 21-i Bakı Beynəlxaq Avtovağzalı ərazisində qəza baş

    verib. Ərazidən keçən iri diametrli içməli su borusunun partlaması nəticəsində

    avtovağzal ərazisini su basıb. Qəza nəticəsində avtovağzala daxil olan və çıxan

    avtobus və minik maşınlarının hərəkətinə maneələr yaranıb. Baş verən partlayış

    nəticəsində Biləcəri dairəsini də su basıb. Maşınların hərəkətini tənzimləmək

    üçün əraziyə xeyli sayda Yol Patrul Xidməti maşınları cəlb olunub. Qəzanın nəticələrinin

    aradan qaldırılması məqsədilə əraziyə texnika cəlb olunub.

    Hadisə yerində olan "Azərsu" ASC-nin içməli suyun paylanması

    departamentinin rəisi Yaşar Əhmədov qəzanın səbəblərinə dair jurnalistlərə

    açıqlama verib. O, bildirib ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında yeni

    metrostansiyanın tikintisi ilə əlaqədar işi aparan təşkilatlar tərəfindən

    qazıntı işləri həyata keçirilib. Lakin əvvəlcədən xəbərdarlıq olunmasına

    baxmayaraq, ehtiyatsızlıq üzündən qazıntı işləri zamanı Biləcəri nasos

    stansiyasından 9-cu mikrorayna gedən 1000 millimetrlik içməli su borusu zədələnib:

    "Su verilişi dayandırılıb. Hazırda xəttin bərpası işləri gedir. Xətt qısa müddət

    ərzində təmir olunacaq və suyun verilişi təmin olunacaq".

    Qeyd edək ki, qəza saatında avtovağzal ətrafında yerləşən

    yaşayış evlərinə də suyun verilişi dayandırılıb. Y.Əhmədov bildirdi ki,

    avtovağzal yaxınlığında yerləşən evlərə verilən suyun dayandırılmasının

    boruda baş verən qəza ilə heç bir bağlılığı yoxdur: "Bu boru

    mağistral xətdir. Bu xəttin üzərində təlabat yoxdur. Xətt birbaşa su anbarını

    doldurmaq üçün nəzərdə tutlub. Xəttin bərpası bir iki saata tamamlanacaq".

    Y.Əhmədov sonda qeyd etdi ki, yerin səthinə çıxan su

    pompalar vasitəlisə sovrulub təmizlənəcək.

    Qeyd edək ki, ərazidə avtovağzalın tikintisini aparan

    briqada işçiləri borunun tikinti işlərinə görə zədələnməsi iddialarını rədd

    etdilər.Onlar bildirdilər ki, boru köhnə olub və qaynaq olunan hissəsindən zədələnib.
    10
    Mənbə: azxeber.com  
  • Bakının mərkəzində parkinq özbaşınalığı
    22.05.2013 01:18
    http://www.milli.az/bpictures/picture189884.jpg
    http://www.milli.az/bpictures/picture189884.jpg
    Milli.Az-ın məlumatına görə, Səbail rayonunda, metronun "İçəri şəhər" stansiyasının arxasındakı avtomobil dayanacağı öz əhatə dairəsini genişləndirərək insanların yoluna qədər çıxıb. Maşınlar artıq piyada səkilərində, stansiyanın ətrafındakı yaşıllıq sahəsində, daş döşənmiş ərazilərdə saxlanılır. Bu hal isə haqlı olaraq insanların narazılığına səbəb olur.

    Şəhərin mərkəzi və sıx yerində belə bir halın qarşısının alınmaması təəccüb doğurur.

    Məsələ ilə bağlı həmin dayanacağın əməkdaşından bunun səbəbini soruşsaq da, cavab ala bilmədik.

    Səbail Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən Milli.Az-a bildirildi ki, avtomobillərin dayanacaqdan kənarda saxlanılması düzgün hal deyil. Bu məsələ ilə bağlı aidiyyəti quruma tədbir görülməsi üçün məlumat veriləcək.

    Anar Məmmədov

    12
    Mənbə: milli.az  
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri