Dünya tarixində rekord büdcə - 4.1 trilyon dollar

ABŞ prezidenti Barak Obama 1 oktyabr 2016 tarixindən başlayacaq 2017 maliyyə ili üçün büdcə proqramının Konqres ə təqdim edib. ABŞ -ın 2017-ci il üçün büdcəsi rekord həddə - 4.1 trilyon dollar həcmində olacaq. 2017-ci ilin büdcə təklifi terror, iqlim dəyişikliyi, kiberhücumlar və xərçənglə mübarizədən təmiz enerji investisiyalarına qədər bir çox sahələri əhatə edir. 1 oktyabr 2016-cı il — 30 sentyabr 2017-ci il dövrünü əhatə edəcək büdcə ölkənin gələcəyini zəmanət altına alacaq cəhdlər üçün 4.1 trilyon dollarlıq rekord xərcləmələri nəzərdə tutur. Obamanın səkkizinci və son büdcə planı çərçivəsində ABŞ Müdafiə Nazirliyinə 582.7 milyard, Xarici İşlər Nazirliyinə 50.1 milyard, Maliyyə Nazirliyi nə 13.3 milyard dollar ayrılması planlaşdırılır. Buna qarşı gələcək 10 ilə bağlı büdcə açığını vergi gəlirlərinin artırılmasıyla, 2.9 trilyon dollar azaldılacağı qeyd olunur. Büdcə planında İŞİD-in yox edilməsinə yönəlik fəaliyyətlər üçün 11 milyard dollarlıq maliyyə ayırılması nəzərdə tutulur. ABŞ -ın Müdafiə və Xarici İşlər nazirliklərinə köçürüləcək 11 milyard dolların, İŞİD-ə qarşı döyüşən qrupların təhsili və avadanlıqla təmin edilməsinə, təşkilatın maliyyə qaynaqlarının kəsilməsinə, regional partnyorların gücləndirilməsinə, qarşıdurmalardan əziyyət çəkən insanlara humanitar yardım göstərilməsinə yönələcək. Bu vəsaitdən, həmçinin Suriya dakı vətəndaş müharibəsinə siyasi bir çözümün tapılması üçün istifadə edilməsi planlaşdırılır. Büdcə təklifi, həmçinin "Rusiyanın təcavüzkar mövqeyinə" məruz qalan NATO müttəfiqləri və Avropa , Avrasiya, Orta Asiyadakı partnyor ölkələrin müqavimətini artırmaq məqsədiylə 4.3 milyard dollar xərclənməsini ehtiva edir. Vəsaitin bölgədəki ölkələrə siyasi, iqtisadi və hərbi dəstəyi təmin edəcəyi bildirilir. AzVision.az Teqlər: