Prezident efirdə homoseksualları təhqir etdi

AzVision.az -ın azadlıq.org-a istinadən verdiyi məlumata görə, prezident deyib ki, eynicinsli münasibətlərdə olan kişilər və qadınlarda "hər halda nəsə çatışmır". Homoseksuallıq hərəkətlərinə görə üç ilə qədər həbs cəzasının nəzərdə tutulduğu ölkənin prezidenti eynicinslilərin intim münasibətlərini Qərb mədəniyyətinin "vulqar" təzahürü adlandırıb. "Biz... Qərb mədəniyyətindən danışırıq. Biz onu vulqar mədəniyyət adlandırırıq. Siz bilirsiniz mən nəyi nəzərdə tuturam. Bu barədə qadınların yanında danışmaq da uyğun deyil. Düşünürəm ki, kişilər kişilərlə, qadınlar qadınlarla yaşayırsa deməli, nəsə düzgün deyil,". Kərimov başını göstərib və əlavə edib ki, "Burada nəsə çatışmır. Bir məsəl var: Allah bir adamın abırsızlığını ortaya qoymaq istəyəndə əvvəl onun ağlını alır." Qeyd edək ki, Özbəkistan homoseksuallığın qeyri-qanuni sayıldığı yeganə keçmiş sovet respublikasıdır. Hərçənd cinsi azlıqların nümayəndələrini təcrid etmək cəhdləri digər keçmiş sovet respublikalarında da edilib və ya edilməkdədir. 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin "uşaqlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliğini" qadağan edən qanun imzalayıb. AzVision.az Teqlər: